Məhkəmə qərarları › İş №2(076)-1455/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1455/2025

02.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1455/2025 02.06.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi İsmayılova Sənubər Nəcəf qızının katibliyi İddiaçı Cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə qapalı məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia qaldıraraq, Şəmkir rayonu Mahmudlu kəndinin 3-cü küçəsində qeydiyyatda olaraq yaşayan Cavabdeh vermiş olduğu 3300 (üç min üç yüz) manat məbləğində pul və BANK OF Baku ASC-dən almış olduğu 6000 (altı min) manat faizi ilə birlikdə 7956 (yeddi min doqquz yüz əlli altı) manat məbləğində vermiş olduğu ümumilikdə 11.256 (on bir min iki yüz əlli altı) manat məbləğində pul və məhkəməyə ödədiyi dövlət rüsumu Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, qızı X4 Şəmkir rayon Mahmudlu kənd sakini Cavabdeh el adəti ilə elçilik edərək istədi ən başda qızı Mahiri tanımadığına görə yox dedi. Sonradan elçilər yenə gəldilər və onlar 09 dekabr 2023-cü ildə razılığa gəldilər hə dedilər. Belə ki, 17 dekabr 2023-cü ildə qız toyu, 22 dekabr 2023-cü ildə oğlan toyu oldu. Cavabdeh məxsus Şəmkir rayonu Mahmudlu kəndində yerləşən ev tamamilə boş olduğuna görə o və həyat yoldaşı qızına görə evi cehiz əşyalarıyla tamamilə doldurdular. 2 ay 10 gün qızı həyat yoldaşı ilə mehriban yaşadılar.Toy oldu bitdi Cavabdeh qızı İlahəyə bildirdi ki, toydan sonra toya görə 3300 (üç min üç yüz) manat məbləğində borcu var, borc sahibi onu sıxışdırır. Qızı İlahə ona dedikdə o dedi ki, o onun həyat yoldaşı yəni cavabdeh olan Mahirə pulu borc verər əllərində toydan yığılan pulları var idi. Amma Mahir işləsin tez zamanda borcunu ödəsin. Mahir hə dedikdən sonra 3300 manat pulu Mahirə verdi. Biraz vaxt keçdikdən sonra Mahir onlara bildirdi ki, Rusiyaya getmək istəyir, lakin əlində pul yoxdur bilet ala bilmir getmək üçün 6000 (altı min) manat məbləğində pul lazımdır. Bundan başqa onlara bildirdi ki, Rusiyaya getməsə işləyə bilməyəcək ondan aldığı borcları 3300 (üç min üç yüz) manat məbləğində pulu ödəyə bilməyəcəkdir. O da qaynana olaraq düşündü ki, qızına almış olduğu cehiz əşyaların pulunun bir hissəsini verməmişdir. Mahirin ondan aldığı 3300 manat məbləğində pulla borcunu bağlayacaq. Düşündü ki, Mahir getsin işləsin ona olan borcunu ödəsin ki, o da qızının cehiz əşyalarına olan borc pulunu ödəyə bilsin. O da məcbur qalaraq, Bank of Baku ASC-dən kredit pul götürmüş 6000 (altı min) manat məbləğində pulu Mahirə vermişdir. 6000 (altı min) manat məbləğində pul faizi ilə birlikdə 7956 (yeddi min doqquz yüz əlli altı) manat etdi və həmin kredit qrafikini Mahirə vermişdir. Mahir pulu ondan aldıqdan sonra Rusiyaya getmişdir. Qızı İlahə ilə daim mehriban idi, əlaqə saxlayırdı. Lakin, xx.xx.2024-cü il tarixdən etibarən Mahir qızı İlahədən soyumağa başladı, qızının əvvəlcə mesajlarına cavab vermədi sonra internet şəbəkəsində guya internet olmadığını dedi. Sonrada, qızı İlahəyə heç bir səbəb olmadan ani bir anda mesaj yazaraq Mahir dedi ki, o hər şeyi bilir get cehizlərini götür evi boşalt ondan ayrılır, ondan şübhələnir, o toy gecəsi bakirə deyildi cərrahi əməliyyat etdirib ona ərə gəlmiş deyərək qızı İlahəyə ağır ittihamlı şər böhtan ataraq yalandan ibarət sözlər deyərək insanlığa sığışmayan puldan ötrü yollara əl atdı. O İlahənin anası olaraq əmindir ki, Mahir pulları min bir bəhanə ilə ondan alaraq bu yola əl atdı. Hazırda məcburiyyət qarşısında qalıb məhkəməyə pul tələbi ilə müraciət etməli olmuşdur. İddiaçı məhkəmə iclası zamanı iddianı müdafiə edərək əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, xx.xx.2023-cü ildə qızı ilə cavabdeh arasında el adəti ilə toy olmuşdur. Toydan sonra cavabdeh ona toya görə 3300 manat borcu olduğunu bildirmiş və o da cavabdehə o pulu vermişdir. Sonra o Rusiya Federasiyasına getmək üçün 6000 manat pul lazım olduğunu bildirmişdir. O Bank of Baku ASC-dən kredit götürmüş və ona vermişdir. Pulu verən zaman onun oğlu yanlarında olmuşdur. O Rusiyaya getdikdən sonra qızı onlarla qalmışdır. Cavabdeh Rusiyadan toya gələcəydi və o zaman qayıdanda qızını da aparacaydı. Lakin cavabdeh sənədlərində problem olduğunu bildirərək xalası oğlunun toyuna gəlməyəcəyini bildirmiş və onların kartına toya yazılmaq üçün 500 manat pul göndərmişdir. Toydan sonra cavabdehin xalası və xalası qızı Rusiyaya Federasiyasına gedəsi oldular. Həmin vaxtıda cavabdeh qızı İlahəyə demişdir ki, sənədlərini düzəltsin və o da onlarla gəlsin. O da İlahəyə passport çıxartdırmışdır. Lakin cavabdeh sonra bəhanələr gətirərək qızını aparmadı. Cavabdeh sonra qızı ilə əlaqəni kəsmiş və ona qız olmadığı yazaraq çıxıb getməsini demişdir. Cavabdeh Rusiya Federasiyasında meyvə-təvəz alışısatışı ilə məşğuldur. O cavabdehə 3300 manat toydan sonra, 6000 manat isə Rusiya Federasiyasına gedəndə vermişdir. Hazırda cavabdehin ona 11256 manat borcu var. Borcundan 650 manat ödəmişdir. Cavabdeh 1100 manat pul göndərmiş, o puldan 500 manat toya yazılmaq üçün və 650 manat isə borcundan göndərmişdir. Ona görə də iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı cavabdehin keçmiş qaynanasıdır. Cavabdeh İddiaçı qızı X5 ilə 2023-cü ildə ailə qurmuşdur. Ailə qurduqdan sonra 2-3 ay birlikdə yaşamışlar. Cavabdeh Rusiya Federasiyasında işlədiyi üçün oraya getmişdir. Toydan sonra cavabdehin borcu qalmışdı. Ona görə də arvadı İlahə İbrhahimova bu borcdan məlumatı olduğu ondan xəbərsiz valideynlərindən 3300 manat borc pul almış və cavabdehə vermişdir. O isə borcunu vermiş və Rusiyaya getmişdir. Cavabdeh sonradan həmin 3300 manat pulun 1100 manatını İlahənin qardaşı Ceyhunun kart hesabına göndərmişdir. Qalan pulu isə müxtəlif vaxtlarda İlahənin özünə vermişdir ki, anasına versin. Hazırda onun iddiaçıya borcu qalmamışdır. Bununla bağlı Şəmkir RPŞ-nin X10 araşdırma aparılmış, cavabdeh həmin vaxt da izahat vermişdir. Odur ki, qeyd edilənlərin nəzərə alınaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, Mahir onun keçmiş həyat yoldaşıdır. İddiaçı anasıdır. Mahir toydan sonra ona toya görə 3300 manat borcu olduğunu bildirmişdir. O da Mahirə həmin pulu anasından almasını və sonra qaytarmasını demişdir. Anası 3300 manat və 6000 manat pulu Mahirə onun yanında vermişdir. Mahir onu Rusiyaya aparmamışdır. Mahir Rusiyadan onlara 500 manat toya yazılmağa, 650 manat isə borcundan onun anasına qaytarmaq üçün pul göndərmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, iddiaçı onun anasıdır. 6000 manat pulu o aparıb Mahirə vermişdir. Həmin pulu Rusiya Federasiyasına gedəndə almışdır. 3300 manat pul Mahirə daha əvvəl verilmişdi. Qəbzdə qeyd edilən kart onun kartı deyil, onun bir dənə kartı var o da Unibank tərəfidən bağlanmışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh Şəmkir Rayon Polis Şöbəsinin X10 verdiyi izahatından görünür ki, o hal-hazırda Şəmkir rayonu Mahmudlu kəndində yaşayır. Gəncə şəhər sakini İddiaçı onun haqqında yazmış olduğu şikayət ərizəsi ilə tanış olmuşdur. İddiaçı belə tanıyır ki, 2023-cü il tarixdə qeyri-rəsmi olaraq qızı İlahə Yaqub qızı ilə ailə qurmuşdur. Ailə qurduqdan sonra təxminən 5-6 gün keçəndən sonra aralarında narazılıq yarandı həmin narazılığa da belə izah verə bilər ki, X1 toy gecəsi baş vermiş müəyyən çatışmamazlıqlara görə narazılıqları oldu. Ancaq buna baxmayaraq 2-3 ay birgə yaşayası oldular. Həmin yaşadıqları müddətdə onun toy ərəfəsində borclu olduğu üçün X5 eşitdi ki, onun 3300 manat borcu qalıb ondan xəbərsiz valideynlərindən həmin pulu alaraq ona gətirmişdir. X2 alıb ona gətirdiyi 3300 manatdan müxtəlif vaxtlarda bir qismini İlahəyə vermişdir ki valideyninə versin qalan 1100 manatı isə İlahənin qardaşı Ceyhunun kartına göndərmişdir. İddiaçı ondan başqa ondan iddia etdiyi məbləğlər yalan və böhtan xarakterli iddiadır. İddiaçı hazırda iddia etdiyi məbləğ qızı İlahəyə verdiyi cehiz əşyalarına aid olan məbləğdir. X3 ailə münasibətinin pozulmağına belə izah verə bilər ki, ona məxsus olan mobil telefonunda bir neçə şəxsin yəni kişi cinsli şəxslərin mobil nömrələri tərəfindən aşkar edilmişdir. ***-***-**-** Vüsal, ***-***-**-** Mənsur, ***-***-**-** Eltac, ***-***-**-** Şamil adlı şəxsərin mobil nömrələrini gizlətdiyi aşkara çıxartmışdır. X5 bu halları gördükdə qonşu otağa keçərək anasına zəng edib bildirdi ki, Mahir onun telefonundan başqa şəxslərin mobil nömrələrini aşkar etmişdir. Həmin hadisəni yəni telefon nömrələrini aşkarladıqdan sonra İlahə Yaqub qızı çıxaraq evlərinə getmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********* saylı m10 ödəniş qəbzinin surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə +994-51-346-94-85 saylı mobil nömrə vasitəsilə 416973******8060 saylı karta 1100 manat pul göndərilmişdir. İş materiallarına əlavə edilmiş whatsap yazışmalarından görünür ki, tərəflər pul barəsində və aralarında olan boşanma barəsində söhbət aparır. Tətbiq edilən hüquq: Mülki Məcəllə Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Mülki Prosessual Məcəllə Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Maddə 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 106.4. Məhkəmə faktın etiraf olunmasının işin hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilməlidir ki, Mülki Məcəllənin 739.2-ci maddəsində borc müqaviləsi predmetinin məbləğinin üç min manatdan çox olduğu halda, borc müqaviləsinin yazılı formada bağlanılması imperativ şəkildə göstərilmişdir. Cavabdehin iddiaçıya aldığı pul vəsaitlərini qaytaracağına dair hər hansı bir öhdəlik götürməsi barədə işdə heç bir sübut yoxdur. Onlar arasında öhdəlik və ya borc münasibətləri yaranmamışdır. Ona görə iddiaçının cavabdehdən pul vəsaitinin qaytarılması ilə bağlı iddiaya borc münasibətləri çərçivəsində baxılması yolverilməzdir. Bu baxımdan məhkəmə hesab edir ki, hazırki halda iddiaçının tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091, 1092-ci maddələri təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmiş ki, İddiaçı Mirəzli qızı Cavabdeh 3300 manat pul verməsi təsdiq olunur. Belə ki, cavabdeh hətta polis bölməsində vermiş olduğu izahatında da bildirmişdir ki, iddiaçıdan 3300 manat borca pul almışdır. Həmçinin cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında da, etirazındada göstərmişdir ki, cavabdeh iddiaçıdan 3300 manat borca pul almışdır. Bu hal öz təsdiqini iş materiallarına əlavə edilmiş sübutlarla öz təsdiqini tam olaraq tapır. Məhkəmə iddiaçının cavabdehə 6000 manat pulu borc verməsini və həmin pulun faizi ilə birlikdə 7956(yeddi min doqquz yüz əlli altı) manat məbləğdə cavabdehdən tutulması tələbini əsaslı hesab etmir, belə ki, iddiaçı cavabdehə 6000 manat pul verməsinə dair mötəbər sübutlar təqdim etməmişdir. Bu halı məhkəmə iclasında iddiaçının ailə üzvləri təsdiq etmişdir ki, məhkəmə həmin hissədə onların izahatını mötəbər və qərəzsiz sübut növü kimi qəbul etmir. Bununla belə məhkəmə iclasında müəyyən edilmişdir ki, 3300 manat pul məbləği iddiaçı tərəfindən cavabdehə verilmişdir və bu hal nəticəsində cavabdeh hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına varlanmışdır. Məhkəmə qeyd edir ki, cavabdeh öz etirazında borca aldığı 3300 manat puldan 1100 manatını kart vasitəsi ilə, qalan borcunu isə başqa vaxtlarda tamamilə qaytardığını bildirsədə, bu halı təsdiq edəcək mötəbər sübutlar təqdim edə bilməmişdir. Cavabdeh hesab nömrəsindən çıxarış təqdim etmişdir ki, həmin çıxarışda pulun göndərildiyi şəxsin fərdi məlumatlarını müəyyən etmək olmur. Bundan əlavə iddiaçı özü və iş üzrə dindirilmiş şahidlər təsdiq etmişlər ki, cavabdeh aldığı puldan 650 manat hissəsini geri qaytarmışdır. Həmçinin iddiaçı tərəfindən təqdim edilmiş yazışmalardan da, həqiqətən cavabdehin iddiaçıdan 6000 manat pulu borca aldığı müəyyən edilmir.Odur ki, hazırki halda iddiaçı iddia tələbinin cavabdeh tərəfindən ödənilməmiş borcun əvəzi qismində 2650 manat məbləğində pul tutulması hissəsinin əsaslılığını sübuta yetirmişdir . Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, tərəflər arasında 3300 manat pul manat pulun cavabdehə verilməsinə dair yazılı müqavilə olmasa da, cavabdeh özü izahatı ilə iddiaçı tərəfindən cavabdehə verilməsini təsdiq edir. Tərəflər arasında həmin pulun verilməsinə dair başqa heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, cavabdeh əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə həmin pul məbləğini ona qaytarmalıdır. Məhkəmə baxışı zamanı isə cavabdeh iddiaçıdan aldığı pulun tamamilə qaytarılmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdehin iddiaçıdan 3300 manat məbləğində borc pul alması, lakin həmin pulu tam şəkildə qaytarmaması sübuta yetirilmişdir, həmçinin cavabdeh borclu olduğu məbləğdən 650 manat pul ödədiyindən iddiaçının cavabdehə qarşı pul tələbinə dair iddiası qismən əsaslı hesab edilərək qismən təmin edilməli və Cavabdeh 2650 (iki min altı yüz əlli) manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. İş üzrə məhkəmə xərci iddiaçı tərəfindən ödənilmiş 79 manat dövlət rüsumundan ibarətdir. İddia qismən təmin olunduğundan Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun 40 manat hissəsi cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki–Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2650 (iki min altı yüz əlli) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. Cavabdeh 40 (qırx) manat məbləğində dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar