Məhkəmə qərarları › İş №2(076)-1470/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1470/2025

03.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1470/2025 03.04.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “Pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı, Cavabdeh qarşı “Pul tələbi”nə dair iddia qaldıraraq, Cavabdeh 3100 (üç min yüz) manat məbləğində pulun və 55 (əlli beş) manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh o, 2024-ci ilin yay fəslində VAZ 21063 markalı, ** BH *** dövlət nömrə nişanlı avtomobili 3100 (üç min yüz) manata etibarnamə əsasında satın almışdır, o, Cavabdeh VAZ 21063 markalı ** BH *** dövlət nömrə nişanlı avtomobili satın aldıqdan bir neçə ay sonra 2024-cü ilin yanvar ayında Göygöl rayon Üçtəpə kənd sakini X3 3150 (üç min yüz əlli) manata etibarnamə əsasında satmışdır. Sonradan ona məlum oldu ki, VAZ 21063 markalı ** BH *** dövlət nömrə nişanlı avtomobilin mülkiyyətçisi X8 etibarnamələri ləğv edərək, Göygöl rayon Üçtəpə kənd sakini X2 əlindən VAZ 21063 markalı ** BH *** dövlət nömrə nişanlı avtomobili geri almışdır. O, Cavabdeh VAZ 21063 markalı ** BH *** dövlət nömrə nişanlı avtomobili satın aldıqdan birneçə ay sonra 2024-cü ilin yanvar ayında Göygöl rayon Üçtəpə kənd sakini X3 3150 (üç min yüz əlli) manata etibarnamə əsasında satmış olduğu avtomobilə görə Şəmkir Rayon Məhkəməsində X5 ona qarşı "pul tələbinə dair iddia qaldırmışdır. Şəmkir Rayon Məhkəməsində X5 ona qarşı "pul tələbi”nə dair iddia ərizəsi təmin edilmişdir. Qeyd edilənlərə əsasən Cavabdeh 3100 (üç min yüz) manat məbləğində pulun və 55 (əlli beş) manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, VAZ-21063 markalı, **-BH-*** dövlət nömrə nişanlı avtomobili Cavabdeh etibarnamə əsasında 2750 manata almış, özü adına rəsmiləşdirməmişdir. Daha sonra maddi vəziyyəti ilə əlaqədar VAZ-21063 markalı avtomobili 3150 manata etibarnamə əsasında X1. Avtomobil isə X6 adına qalmışdır. Avtomobilin mülkiyyətçisi X8 etibarnamələri ləğv etdirmiş və onunla heç bir əlaqəsi olmamışdır. Daha sonra isə X5 ona qarşı iddia qaldırıb 3100 manat pulunu geri almışdır. Odur ki iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahatında bildirdi ki, VAZ-21063 markalı, **-BH-*** dövlət nömrə nişanlı avtomobili X4 alaraq İddiaçı satmışdır. Avtomobilin mülkiyyətçisi X8 etibarnamələri ləğv etdirmiş və onunla heç bir əlaqəsi olmamışdır. Hazırda İddiaçı 2750 manata satmış olduğu avtomobilin dəyərini birdəfəyə ödəyə bilmir, odur ki qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib iş materiallarına əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 7E-411 nömrəli, xx.xx.2024-cü il tarixli Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamədən görünür ki, VAZ-21063 markalı, ** BH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi mülkiyyətçi X8 adından onun verdiyi etibarnamə əsasında hərəkət edən nümayəndəsi Cavabdeh tərəfindən İddiaçı idarə etmək, bağışlamaq, ipoketa qoymaq, sərəncam vermək və digər hərəkətlər səlahiyyəti üzrə etibarnamə vermişdir. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)- 3096/2024 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı 3150 manat vəsaitin tutularaq X2 xeyrinə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməliidarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə,qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqlabağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya buMəcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki,hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cürvarlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1 və 1092.1.1-ci maddələrinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrumolanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya da şamil edilir. Hazırki mülki iş üzrə İddiaçı Cavabdeh 2750 manat məbləğində pulu VAZ-21063 markalı avtomobilin əvəzində verməsi, cavabdehin iddiaçının adına avtomobilə dair etibarnamə verməsi, eləcə də İddiaçı həmin avtomobili X3 etibarnamə əsasında satması, daha sonra etibarnamənin avtomobilin əsas mülkiyyətçisi tərəfindən ləğv edilməsi və VAZ- 21063 markalı avtomobilin avtomobilin mülkiyyətçisi X7 qaytarılması işin mübahisəsiz halıdır. Həmçinin, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-3096/2024 saylı qətnaməsi ilə İddiaçı 3150 manat vəsaitin tutularaq X2 xeyrinə ödənilməsi qət edilmişdir. Hazırda da iddiaçı avtomobilin əvəzində 3100 manat pulun geri qaytarılmasını tələb edir. Cavabdeh isə avtomobilin əvəzi qismində ona 2750 manat iddiaçı tərəfindən verilməsini əsas gətirərək iddianın qismən təmin edilməsinə etirazı olmadığını bildirmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı VAZ-21063 markalı avtomobili almaq məqsədilə Cavabdeh 2750 manat pul vermiş, Cavabdeh VAZ- 21063 markalı avtomobili iddiaçının istifadəsinə vermişdir. Avtomobilin əsas mülkiyyətçisi X8 cavabdehə verdiyi etibarnamə ləğv etdirərək avtomobili təkrar öz istifadə və sahibliyinə geri qaytarmışdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, cavabdeh 2750 manat məbləğində pulun iddiaçı tərəfindən cavabdehə verilməsini təsdiq edir. Tərəflər arasında həmin pulun verilməsinə dair başqa heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, cavabdeh əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə həmin pul məbləğini ona qaytarmalıdır. Məhkəmə baxışı zamanı isə cavabdeh iddiaçıdan aldığı pulun və ya onun bir hissəsinin qaytarılmasına dair, eyni zamanda iddiaçı isə 2750 manatdan başqa hər hansı məbləğin cavabdehə verilməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, verilmiş iddia qismən təmin edilməli, 2750 manat məbləğində pul cavabdeh İddiaçı alınaraq iddiaçı X3 ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş üzrə məhkəmə xərci iddiaçı tərəfindən ödənilmiş 55 manat dövlət rüsumundan ibarətdir. İddia tam təmin olunduğundan Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, , Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 2750 (iki min yeddi yüz əlli) manat məbləğində pul və dövlət rüsumunun əvəzi qismində 55 (əlli beş) manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar