Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-148/2024 08.01.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Nəcəfli Rizvan Ramazan oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi və avtomobilin geri qaytarılması tələbinə” dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə onun arasında “VAZ 21041” minikmarkalı, 2011-ci il buraxılışlı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışına dair bağlanmış 26 may 2023-cü il tarixli müqavilənin ləğv edilməsi və avtomobilin Cavabdeh alınaraq ona təhvil verilməsi, ödənilmiş 100 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahişetmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona məxsus olan “VAZ 21041” minik markalı, 2011-ci il buraxılışlı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobilini 15 ay müddətinə hər ay 600 manat ödəmək şərti ilə vətəndaş Cavabdeh satmışdır. Cavabdeh pulunu həmin vaxtdan ödəmir. Dəfələrlə müraciət etməsinə baxmayaraq, heç bir hərəkət etmir və pulu ödəməkdən yayınır İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasına və qiyabi qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılmasını mümkün saymışdır. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147 və 185.5-ci maddələrinə əsasən məhkəmə onun məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını nəzərdən keçirib və iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə ilk öncə iddia tələbinin xx.xx.2023-cü il tarixli müqavilənin ləğv edilməsi hissəsində aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan icarəyə verən "xxxx" MMC ilə icarədar Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli “Avtonəqliyyat vasitəsinin icarə haqqında iltizamı” adlı müqaviləyə əsasən Cavabdeh 15 ay müddətinə hər ay 600 manat ödəniş etmək şərti ilə “VAZ 21041” minik markalı, 2011- ci il buraxılışlı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürmüşdür. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə Cavabdeh ödənişi 3 gün gecikdirdiyi halda ona verilmiş etibarnamə ləvğ edilir və avtomobilin qaytarılması haqda qərar qəbul edilə bilər. Məlum olduğu kimi, qüvvədə olan mülki qanunvericiliyin tələblərinə əsasən mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər müqavilə şəklində ola bilər. Müqavilənin bağlanması üçün isə tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Göründüyü kimi, tərəflər öz aralarında üzərlərinə öhdəlik götürməklə müqavilə bağlamışlar. Həmin müqavilənin birinci şərtindən görünür ki, Cavabdeh 15 ay müddətinə hər ay 600 manat ödəniş etmək şərti ilə “VAZ 21041” minik markalı, 2011-ci il buraxılışlı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürmüşdür. Lakin cavabdeh həmin müqavilənin şərtlərini pozaraq avtomobilin ödənişlərini tam yerinə yetirməmişdir. Bu səbəbdən cavabdehdən tələb edilən həmin avtomobilin qaytarılmasına müqavilə öhdəlikilərinin icra edilməməsindən irəli gələn mülki qanunvericilik normalarının müddəaları baxımından hüquqi qiymət verilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanılmış müqavilənin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Cavabdehin isə müqavilə üzrə iddiaçı qarşısında icra edilməmiş öhdəlikləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəsifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci mаddəsinə əsаsən öhdəliyin əmələ gəlməsi üçün оnun iştirаkçılаrı аrаsındа müqаvilə оlmаlıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Göründüyü kimi, "xxxx" MMC ilə icarədar Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Avtonəqliyyat vasitəsinin icarə haqqında iltizamı” adlı müqaviləyə əsasən Cavabdeh 15 ay müddətinə hər ay 600 manat ödəniş etmək şərti ilə “VAZ 21041” minik markalı, 2011-ci il buraxılışlı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürmüşdür. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə Cavabdeh ödənişi tam həyata keçirmədi. Lakin Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi tam yerinə yetirməmiş və müqavilə şərtlərini pozmuşdur. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəlləyə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır (maddə 423.1). Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər (maddə 423.2). Mülki Məcəllənin 424.3-cü maddəsi isə müəyyən edir ki, müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Azərbaycan Respublikası MPM-nin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddiaçının dəlilləri, onun izahatı və təqdim etdiyi sübutları iddia tələbinin qiyabi qətnamə ilə təmin edilməsi üçün yetərlidir. Buna görə də göstərilən sübutların tədqiqi ilə kifayətlənərək, həmin sübutlar nəzərə alınmaqla iddianın təmin edilməsinə dair qiyabi qətnamə qəbul edilməlidir. Məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, tətbiq edilməli olan hüquq normalarına müvafiq surətdə və məcmu halda qiymət verərək hesab edir ki, qeyd olunan nəqliyyat vasitəsi iddiaçının mülkiyyəti olduğundan, cavabdehə verilən etibarnamə ləğv edildiyindən iddia təmin edilməli, "xxxx" MMC ilə icarədar Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Avtonəqliyyat vasitəsinin icarə haqqında iltizamı” adlı müqavilə ləğv edilməli, Cavabdehdan “VAZ 21041” minik markalı, 2011-ci il buraxılışlı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobil alınaraq sahibi İddiaçı verilməlidir. İş üzrə məhkəmə xərci iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumundan ibarətdir. İddia tam təmin olunduğundan Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. "xxxx" MMC ilə icarədar Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli “Avtonəqliyyat vasitəsinin icarə haqqında iltizamı”adlı müqavilə ləğv edilsin. Cavabdeh “VAZ 21041” minik markalı, 2011-ci il buraxılışlı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobil alınaraq sahibi İddiaçı verilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 (yüz) manat alınaraq İddiaçı verilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Şəmkir Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-148/2024
Şəmkir Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(076)-148/2024
08.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver