Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-1483/2023 16.05.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədirliyi, X8 iclas katibliyi, Şəmkir Rayon Prokurorunun nümayəndəsi X6, vəsatət vermiş Şəmkir Rayon Polis X3 baş müstəntiqi, polis kapitanı X7, təqsirləndirilən şəxs X4 və müdafiəçi X2 iştirakları ilə, xx.xx.1986-cı ildə Şəmkir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında daimi qeydiyyatda olmaqla ünvan 2 230800054 nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs X4 barəsində həbs qətimkan tədbiri seçilməsi barədə Şəmkir Rayon Polis X3 baş müstəntiqi, polis kapitanı X7 vəsatətinə, toplanmış ilkin sübutlarla birlikdə qapalı məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Şəmkir Rayon Polis X3 baş müstəntiqi, polis kapitanı X7 vəsatəti əsasında ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Şəmkir rayon prokuroru, baş ədliyyə müşaviri Azər Hətəmov təqdimatla məhkəməyə müraciət edərək, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxsxx.xx.1986-cı ildə Şəmkir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında daimi qeydiyyatda olmaqla, Şəmkir şəhəri, İ.Qayıbov küçəsi ev 42 ünvanında yaşayan X10 barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edilməsini təklif etmişdir. Təqdimatın və vəsatətin məzmunundan görünür ki, cinayət işi 30 mart 2023-cü il tarixdə Şəmkir rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Musa Cəfərov tərəfindən X4 barəsində toplanmış material üzrə cinayətin izlərinin müəyyən edilməsi və rəsmiləşdirilməsi məqsədi ilə təxirəsalınmaz istintaq hərəkətlərinin aparılması üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə başlanmış, 30 mart 2023-cü il tarixdə istintaq aidiyyəti üzrə Şəmkir rayon polis şöbəsinin İstintaq bölməsinə göndərilmiş və həmin tarixdə icraata qəbul edilməklə istintaqı davam etdirilir. 29 mart 2023-cü il tarixdə saat 18:50 dəqiqədə X1 rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Musa Cəfərov tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs kimi tutulmuşdur. Aparılmış istintaqla müəyyən edilmişdir ki, X10 29 mart 2023-cü il tarixdə yaşadığı Şəmkir şəhəri, İsmət Qayıbov küçəsindəki su arxının kənarından tapdığı 7,881 qram çəkidə narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib, daşımaqla üzərində saxlamış, Şəmkir rayon polis şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında həmin tarixdə keçirilmiş əməliyyat tədbirləri zamanı X1 şəhəri, İsmət Qayıbov küçəsində polis əməkdaşları tərəfindən saxlanılaraq Şəmkir rayon polis şöbəsinə gətirilib, üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli idman gödəkçəsinin sol yan cibindən bir ədəd şəffaf sellofan paketdə “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı İ siyahısı, həmçinin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorlarm siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin” İ siyahısının 1-ci bəndi ilə müəyyən edilən külli miqdarda, kustar üsulla hazırlanmış 7,881 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs X4 törətmiş olduğu cinayət əməli özünün ifadəsi, şəxsi axtarış protokolu, məhkəmə kimyəvi ekspertizasının rəyi, maddi sübutlar və s. sənədlərlə sübuta yetirildiyinə görə 31 mart 2023-cü il tarixdə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. Təqsiləndirilən şəxs X4 barəsində həbs qətimkan tədbirinin seçilməsi aşağıdakılara görə zəruridir: iş üzrə toplanmış istintaq materialları ilə təqsirləndirilən şəxs X4 Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsinin 155.1.1-155.1.4-cü maddələrində nəzərdə tutulan hərəkətlərin, yəni cinayət prosesini həyata keçirən orqandan gizlənmək, cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsir göstərməklə ibtidai istintaqın normal gedişinə mane olmaq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli yenidən törətmək, cinayət prosesini həyata keçirən orqanın çağırışlarına üzrlü səbəblər olmadan gəlməmək və ya digər yolla cinayət məsuliyyətinə cəlb edilməkdən və cəza çəkməkdən boyun qaçırmaq və cəmiyyət üçün təhlükə yaratmaq ehtimalına kifayət qədər əsas verir. Belə ki, təqsirləndirilən şəxs X4 hazırda törətdiyi əməllərinə görə gələcəkdə üç ildən səkkiz ilədək müddətdə azadlıqdan məhrum etmə cəzası tətbiq oluna bilər. Onun həmin cəzadan yayınmaq üçün istintaq orqanından gizlənmək riski mövcuddur. Həmçinin onun həbs olunmadığı təqdirdə cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsir göstərməklə ibtidai istintaqın normal gedişinə mane olma ehtimalı vardır. Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsinin 155.3 və 155.3.1-ci maddələri həbs qətimkan tədbirinin 2 (iki) ildən artıq müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilə bilən cinayətlərin törədilməsində ittiham olunan şəxsə tətbiq olunmasını nəzərdə tutur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2009-cu il tarixli 2 saylı qərarında göstərilir ki, İnsan hüquqları üzrə Avropa məhkəməsinin presedentlərinə əsasən həbs qətimkan tədbirinin tətbiqinə bir qayda olaraq cəmiyyətin maraqlarının şəxsin azadlıq hüququndan üstün olduğu halda yol verilir, yəni təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli cəmiyyətdə mənfi emosiyalar doğurur və cəmiyyət üçün təhlükə yaradır. Təqsirləndirilən şəxs X4 törətdiyi cinayət əməli cəmiyyətdə mənfi emosiyalar doğurur. Cinayətin xarakteri və ictimai rezonansa səbəb olması nəzərə alınaraq ictimai maraqların təmin olunması, həbs qətimkan tədbirinin seçilməsini zəruri edir. Təqsirləndirilən şəxs X10 azadlıqda qalarsa cinayət prosesini həyata keçirən orqandan qaçıb gizlənə biləcəyini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli yenidən törədə biləcəyi ehtimalının olmasını, cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsir göstərməklə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən materialları gizlətməklə və ya saxtalaşdırmaqla ibtidai istintaqın normal gedişinə mane ola biləcəyini, törətmiş olduğu cinayət əməlinin xarakterini, iki ildən artıq müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edilə bilən ağır cinayət törətməsini, istintaqın hərtərəfliliyini, tamlığını və obyektivliyini təmin etmək məqsədi ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilməsini zəruri edir. Məhkəmə iclasında vəsatət vermiş şəxs Şəmkir Rayon Polis X3 baş müstəntiqi, polis kapitanı X12 vəsatətin məzmununa uyğun çıxış edərək, vəsatətin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs X10 vəsatəti əsassız hesab edərək çıxışında bildirdi ki, polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə baxış keçirilərkən onun üzərində olan narkotik vasitə aşkar edilmişdir. O, əvvəllər arada bir narkotik vasitə istifadə etdiyindən, küçədən tapdığı həmin narkotik vasitəni üzərində saxlamışdır, lakin həmin narkotikdən istifadə etməmişdir. O narkotik vasitəni küçədən tapmış və cibinə qoymuşdur. Onun daimi yaşayış yeri var və istintaqdan yayınmaq niyyəti yoxdur. Vəsatətin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi X9 vəsatətin dəlillərini əsassız hesab edərək, X4 özünü təqsirli hesab etməsini, daimi yaşayış yerinin olmasını və istintaqdan yayınmaq niyyətinin olmamasını nəzərə alaraq vəsatətin təmin edilməməsini, həbslə əlaqədar olmayan qətimkan tədbirinin seçilməsini xahiş etdi. Məhkəmə iclasında Şəmkir Rayon Prokurorunun nümayəndəsi X13 təqdimata uyğun izahat verərək, vəsatətin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, təqdim olunmuş materialı nəzərdən keçirərək, prokurorluğun nümayəndəsini, vəsatət vermiş şəxsi, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyib hesab edir ki, verilmiş vəsatət təmin edilməli və təqsirləndirilən şəxs X10 barəsində həbs qətimkan tədbiri seçilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işi başlanması və icraata götürülməsi haqqında” 30 mart 2023-cü il tarixli qərardan görünür ki, X4 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılması və icraata qəbul edilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, X10 xx.xx.2023-cü il tarixdə saat 18:50 radələrində tutulmuşdur. İşdə olan xx.xx.2023-cü il tarixli məhkəmə ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs X5 üzərindən aşkar edilmiş 8,17 qram narkotik vasitə...’’ sözləri və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 7,881 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in 1-ci siyahısının İ bəndinə daxildir. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X10 Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan görünür ki, X10 ona elan edilmiş ittaham üzrə özünü təqsirli bilmiş və ifadəsinin doğruluğunu imzalayaraq təsdiq etmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli şəxsi axtarış haqqında protokoldan görünür ki, X4 üzərinə şəxsi axtarış aparılan zaman o əynində olan qara rəngli idman gödəkçəsinin sol yan cibindən bir ədəd ağ rəngli şəffaf sellofan paket çıxararaq təqdim etmişdir. Həmin şəffaf sellofan paketdə olan qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzət kütlə elektron tərəzidə ölçülən zaman sellofan bökümlə birlikdə çəkisinin 8.17 qram olduğu müəyyən edilmişdir. Həmin kütlə zərfə qoyularaq xüsusi qaydada qablaşdırılaraq ekspertiza tədqiqatına göndərilməsi üçün götürülmüşdür. İşdə olan 30 mart 2023-cü il tarixli qərardan görünür ki, X4 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi icraata qəbul edilərək istintaqın davam etdirilməsi qərara alınmışdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ona istinad edilən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsinə aidiyyətini təsdiq edən ilkin sübutlar mövcuddur. Bundan başqa, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsi üçün prosessual hüquqi əsaslar da mövcuddur. Belə ki, təqsirləndirilən şəxs 2 ildən artıq müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilə bilən ağır cinayətin törədilməsində ittiham olunur, cinayət təqibi üzrə toplanmış materiallar təqsirləndirilən şəxs tərəfindən cinayət prosesini həyata keçirən orqandan gizlənmək, cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsir göstərmək və təkrar cinayət törədə biləcəyi kimi hərəkətlərin edilməsi ehtimalına kifayət qədər əsas verir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 155.3-cü maddəsinə görə belə hallarda təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri tətbiq oluna bilər. Həmçinin, “Təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimatlara baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2009-ci il tarixli 2 nömrəli Qərarının 5-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası CPM-nin 155.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri bir qayda olaraq iki ildən artıq müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin oluna bilən cinayətin törədilməsində ittiham olunan şəxsə tətbiq oluna bilər. Belə ki, azadlıq hər bir kəsin təbii haqqı və konstitusion hüququ olsa da Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsi bu haqqı ən yüksək ümumxalq iradəsi səviyyəsində tanımaqla həmin hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsə alma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırmağa icazə verir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi üzrə Avropa Konvensiyasının (bundan sonra konvensiyanın) 5-ci maddəsi də eyni tələblə çıxış edir və hər bir insanın qeyri-məhdud azadlığının prezumpsiyasını bəyan edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 155-158-ci maddələri cinayət törətmiş şəxsin azadlığının məhdudlaşdırılmasının konkret əsaslarını və qaydalarını təsbit etmişdir. Həmin maddələrin sistemli təfsirinə görə, şəxsin həbsə alınmasının qanuni hesab olunması üçün iki kateqoriya əsasların mövcudluğu təsdiq olunmalıdır. Bu əsaslar sırasına cinayət-mühakimə icraatı üzrə maddi və prosessual hüquq məsələləri aiddir. Avropa Məhkəməsi də göstərilən məsələ ilə bağlı eyni mövqedən çıxış edir. Həmin Məhkəmə Roman Belevitskinin şikayəti ilə bağlı «Belevitski Rusiyaya qarşı» 01 mart 2007-ci ildə çıxardığı qərarda qeyd etdi ki, «Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndinə görə, tutulmuş və ya həbs edilmiş şəxs həbsin «qanuniliyinin» müəyyən edilməsində xüsusi əhəmiyyət daşıyan prosessual və maddi-hüquq məsələləri üzrə məhkəmə araşdırmasını başlatmaq imkanında olmalıdır. Bu o deməkdir ki, səlahiyyətli məhkəmə yalnız milli qanunvericilikdə nəzərdə tutulan prosessual əsasları deyil, həm də həbsə almaya əsas olmuş şübhələrin ağlabatanlığını, eləcə də həbsə alma və həbs müddətinin uzadılması ilə qanuni məqsədlərin güdüldüyünü araşdırmalıdır». Həbsin qanuniliyinin prosessual əsasları CPM-in 155-ci, maddi əsasları isə 156.1-ci maddəsində təsbit olunmuşdur. Maddi və prosessual əsasların hər ikisi yalnız birlikdə mövcud olduğu təqdirdə konkret təqsirləndirilən şəxs barəsində həbs, yaxud digər qətimkan tədbiri seçilə və ya seçilmiş qətimkan tədbirinin müddəti uzadıla bilər. Göstərilən əsaslardan hər-hansı birinin mövcud olmaması qətimkan tədbirinin seçilməsini və ya qətimkan tədbiri müddətinin uzadılmasını istisna edir. Məhkəmə, həbs qətimkan tədbirinin seçilməsinin səbəblərini izah etmək üçün maddi və prosessual əsasların şərhinə ayrılıqda yer ayırmağı və onların hazırkı işin halları ilə müqayisəsini aparmağı zəruri hesab edir. Həbs qətimkan tədbirinin tətbiqinə imkan verən maddi-hüquqi əsas şəxsin ona istinad edilən cinayət əməlini törətməsi barədə şübhələrin əsaslılığını, bu barədə faktların tutarlılığını əhatə edir. Məhkəmənin fikrincə, şübhə yalnız o halda əsaslı sayıla bilər ki, şübhəli şəxsin güman edilən cinayətlə əlaqəsi olduğunu obyektiv olaraq göstərən faktlara və ya informasiyaya əsaslansın. Məhkəmə iclasında tədqiq edilmiş ilkin sübutlardan yəni, istintaq materiallarında olan sübutlarından aydın olur ki, təqsirləndirilən şəxsin istinad edilən cinayət əməlini törətməsi barədə kifayət qədər şübhələr mövcuddur. Prosessual hüquqi əsaslar barədə məhkəmə qeyd edir ki, X10 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçiləcəyi təqdirdə yenidən cinayət törətməsi və istintaqın normal gedişinə mane ola biləcəyi, cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsir göstərmək kimi ehtimalların mövcud olduğunu nəzərə alaraq məhkəmə həbs qətimkan tədbirinin seçilməsi üçün prosessual əsaslar olduğundan vəsatətin təmin olunmasını məqbul sayır. Bundan əlavə, təqsirləndirilən şəxsə istinad edilən əməlin xarakterini və törədilmə şəraitini, təqsirləndirilən şəxsin şəxsiyyətini, yaşını, ailə və sosial vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin barəsində həbslə əlaqədar olmayan qətimkan tədbirinin seçilməsi qeyri-mümkündür. Beləliklə, təqdim edilmiş ibtidai araşdırma materiallarında sadalanan hallar mövcud olduğundan məhkəmə həbs qətimkan tədbirinin seçilməsi üçün prosessual əsaslar olduğunu müəyyən edir və vəsatətin təmin olunmasını məqbul sayır. Məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs X4 təqsirləndirildiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, həmçinin törətdiyi cinayət əməlinə görə 2 ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilə biləcəyi, azadlıqda qalarsa istintaq orqanından gizlənə biləcəyi, cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsir göstərməklə ibtidai istintaqın normal gedişinə mane olacağı, eləcə də analoji cinayətlər törətməsinə ehtimal etməyə kifayət qədər əsasların olması, onun şəxsiyyətini səciyyələndirən hallar, habelə ağır cinayətin törədilməsində təqsirləndirilməsi nəzərə alınaraq onun barəsində həbs qismində qətimkan tədbirinin seçilməsi barədə vəsatət təmin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.1-ci maddəsinə əsasən, cinayət işi üzrə məhkəməyədək icraat zamanı qətimkan tədbiri qismində həbs seçilməsi barədə qərar qəbul edərkən məhkəmə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətini böyük ictimai təhlükə törətməyən cinayət törədilməsinə görə 2(iki) ay həddində, az ağır cinayət törədilməsinə görə 3 (üç) ay həddində, ağır və xüsusilə ağır cinayət törədilməsinə görə isə 4 (dörd) ay həddində müəyyən edir. Həmin Məcəllənin 158.2-ci maddəsinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.1-ci maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxs X10 istintaq müddətinin sonunadək olan müddətə həbs edilməlidır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 154-158, 446-448 və 452-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Vəsatət təmin edilsin. xx.xx.1986-cı ildə Şəmkir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında daimi qeydiyyatda olmaqla Şəmkir şəhəri, İ.Qayıbov küçəsi, ev-42 ünvanında X4 barəsində 04 (dörd) ay müddətinə, yəni xx.xx.2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilsin. Həbsdə saxlanma müddətinin əvvəli X4 şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablansın. Elan edilmiş qərarın surəti təqsirləndirilən şəxsə, onun müdafiəçiyə və prokurora təqdim edilsin. Qərarın icrası Şəmkir Rayon Polis Şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-in 2 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Qərar elan olunduqdan sonra 3 gün müddətində qərar qəbul etmiş Şəmkir Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə və ya həbsdə saxlanma yerinin müdiriyyəti vasitəsi ilə (yalnız şikayət üçün) Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən. Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(076)-1483/2023
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-1483/2023
16.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver