Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1493/2024 14.08.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı və onun vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia qaldıraraq, Cavabdeh 15000 manat pulun, 136+1 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsin dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh onun həmkəndlisidir və tanışıdır. Bu səbəbdən də onların yaxın münasibətləri olmuşdur. O 2010-cu ildən 2016-cı ilə qədər həmkəndli Güllü adlı şəxsə məxsus olan Sabirkənd kəndi ərazisində yerləşən ərzaq mağazasında aralarında olan şifahi razılıq əsasında satıcı işləmişdir. Bu səbəbdən 2016-cı ildə cavabdehə məxsus olan mağazada usta kimi təmir işləri aparmış, həmin təmir işlərinə görə cavabdehin ona 15.000 (on beş min) manat borcu yaranıb. Dəfələrlə təklif etməyinə baxmayaraq onlar ona olan borclarını qartarmamışdır. Buna görə də hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. O öz üzərinə düşən öhdəliyi yerinə yetirmiş, belə ki, cavabdehin sifarişi ilə ona məxsus mağazada təmir işləri görmüşdür. Cavabdeh ona olan borcunu digər məhkəmə iclaslarında etiraf etsə də hazırda həmin borcu qaytarmır. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində maddi ziyan çəkmişdir. Qeyd edilənlərə əsasən Cavabdeh 15000 manat pulun, 136+1 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsin dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və onun vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildimişdirlər ki, cavabdehə məxsus təxmini 200 kv.m olan mağazası yanmış, o isə həmin mağazasını təmirində iştirak etmiş, lakin cavabdeh ona pul verməmişdir. Onun hesabı ilə həmin işlərin qiyməti 15000 manat təşkil edir, ona görə iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəməyə ərizə təqdim edərək bilmişdir ki, Vasif mağazasında təmir işlərinə, ustalara köməklik etmişdir. O mağazanı təkbaşına təmir etməmişdir. Belə ki, həmin vaxt cavabdeh onun mağazasında satıcı işləmiş, mağaza yandıqdan sonra ustalar təmir tikinti işləri aparmış, iddiaçı isə yalnız ustalara köməklik etmişdir ki, həmin vaxtlarda ona 2000-3000 manat arası zəhmət haqqı ala bilərdi. Ona görə 3000 manat ödəməyə razıdır. Qeyd edilənlərə əsaəsn iddianın qismən təmin edilməsinə heç bir etirazı yoxdur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iclasında iştirak edən tərəflərin izahatları ilə müəyyən olunur ki, iddiaçı cavabdehə məxsus mağazada təmir işlərində iştirak etmiş, lakin tərəflərin arasında təmir işlərində iştirak etməsi üçün hər hansı əmək haqqı və digər ödənişlər barədə razılığa gəlməmişlər. Cavabdeh iddiaçıya 2016-cı il tarixində mağazasında usta köməkçisi kimi fəaliyyət göstərdiyi vaxt üçün 3000 manat ödəməyə razıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Göründüyü kimi, podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi öhdəsinə götürən tərəfdir. Podrat müqaviləsi üzrə podratçının əsas vəzifəsi müqavilədə nəzərdə tutulan işi icra etmək və yerinə yetirməkdən ibarətdir. Hazırki iş üzrə tərəflər arasında görülən işin əvəzində hər hansı haqq ödənilməsi barədə razılaşma olmamışdır. Qanunvericiliyin yuxarıda qeyd edilən tələbinə əsasən tərəflər arasında adi muzdun şərtləşdiyi müəyyən olunur ki, adi muzdun həmin dövr üçün dəyəri barədə tərəflər hər hansı sübut məhkəməyə təqdim etməmişlər. Məhkəmə qeyd edir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından görülmüş işin dəyərinin 15000 manat məbləğində olması halını sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Məhkəmə baxışında müəyyən edildi ki, iddiaçı cavabdehə məxsus mağazada təmir işləri aparılması öz təsdiqini tapsa da, görülmüş işlərin dəyərinin 15000 manat məbləğində olmasını sübut edəcək hər hansı dəlili məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (Azərbaycan Respublikası MPM-nin 76.1.və 76.2. maddələri). Məhkəmə qeyd edir ki, hər bir şəxs öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. Əgər bir tərəf digər tərəfin tələbinin əsası kimi istinad etdiyi halı etiraf edirsə və bu hal digər sübutla təsdiq edilməklə inkar edilmirsə, bu zaman məhkəmə əlavə araşdırma aparılmadan iddia tələbinin təmin edilməsi qənaətinə gəlir. Lakin, məhkəmə baxışı zamanı iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyini yerinə yetirə bilməmiş və cavabdeh isə görülmüş işlərin dəyərinin əvəzində 3000 manat ödəyə biləcəyini qeyd edərək iddianın qismən təmin edilməsinə etirazı olmadığını bildirmişdir. Qeyd edilənlərə əsasən iddia qismən təmin edilməli, Cavabdeh 3000 (üç min) manat pul alınaraq İddiaçı verilməlidir. «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 14.2-ci mаddəsinin tələbinə görə məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, Məhkəmə həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən 50 manat dövlət rüsumu da cavabdehdən iddiaçının hesabına tutulmalıdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 3000 (üç min) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 50 (əlli) manat alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-1493/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1493/2024
14.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver