Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1498/2025 21.05.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “Pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “Pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 24950 manat məbləğində pulun və 165 manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o cavabdehi uzun illərdir tanıyır və həmkəndlidirlər. Cavabdeh ona xx.xx.2025-ci il tarixədək 0.24 ha həyətyanı torpaq sahəsi vermək üçün xx.xx.2022-ci ildə özü şəxsən imza etməklə akt əsasında öhdəlik götürmüşdür. O, bunun müqabilində bankdan kredit götürüb cavabdehə 27.000 (iyirmi yeddi min) manat pul vermişdir. Hal-hazıradək cavabdeh öhdəliyi yerinə yetirməmiş və 2050 (iki min əlli) manat pul ona pul qaytarmışdır. Borcun qalan hissəsini ödəməkdən müxətlif bəhanələrlə boyun qaçırır. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilənlərə əsasən Cavabdeh 24950 manat məbləğində pulun və 165 manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iddiaçı tərəfindən ona qarşı verilmiş iddia ərizəsini tam olaraq qəbul etmir, etirazını müdafiə edərək və iddia ərizəsinə münasibət bildirərək, aşağıdakı hüquqi əsaslar və faktiki hallara istinad edərək etirazını bildirir. İddiaçı tərəfindən iddia edilən pul vəsaiti ona faktiki olaraq nə nağd, nə də bank köçürməsi yolu ilə təqdim edilməmişdir. İddia olunan borc münasibətini təsdiq edən heç bir qəbz, müqavilə, köçürmə sənədi və ya digər yazılı sübut mövcud deyildir. Belə olan halda, iddia yalnız sözə əsaslanır və hüquqi cəhətdən əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz iddiasını sübut etməlidir. İddiaçı tərəfindən borcun verilməsi faktı sübut olunmadığından, iddianın hüquqi əsası yoxdur. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, 3000 (üç min) manatdan artıq olan pul borcları yazılı müqavilə ilə sübut olunmalıdır. İddiaçı isə iddiasını təsdiqləyən heç bir yazılı sübut təqdim etməmişdir. Bu baxımdan, iddia olunan borc münasibəti hüquqi cəhətdən etibarsız və uydurma xarakter daşıyır. Mülki Məcəllənin 390-cı maddəsinə görə, müqavilənin yaranması üçün tərəflər arasında qarşılıqlı razılıq və yazılı təsdiq tələb olunur. Onunla iddiaçı arasında heç bir yazılı müqavilə bağlanmadığından, tərəflər arasında hüquqi öhdəliklər formalaşmamışdır. İddiaçı tərəfindən istinad edilən torpaq aktına gəlincə, bu sənəd yalnız bələdiyyə əməkdaşı və baş mühasib kimi özünü təqdim edən şəxs tərəfindən imzalanmışdır. Halbuki, bələdiyyə əməkdaşı və baş mühasib yalnız fiziki şəxs kimi şahid qismində imza ata bilərdi, vəzifəli şəxs qismində belə bir səlahiyyəti yoxdur. Eyni zamanda onu da qeyd edir ki, iddiaçı söz vermişdir ki, bu akt tərtib edildikdən sonra kredit götürüb aktda qeyd edilən məbləği ona borc olaraq verəcəkdir. Lakin iddiaçı bunu etməmiş və akt tərtib edərək onu aldatmışdır. Halbuki hər hansı müqavilə bağlandıqda tərəflərin iradə ifadəsi önəmli olmalıdır. Aktın notariat qaydasında təsdiq edilməməsi isə, onu hüquqi qüvvədən məhrum edir. Azərbaycan Respublikasının "Notariat haqqında" Qanununun tələblərinə əsasən, hüquqi əhəmiyyət kəsb edən sənədlər notariat qaydasında təsdiq edilmədikdə hüquqi qüvvəyə malik sayılmır. Nəhayət, Mülki Prosessual Məcəllənin 77-ci maddəsinə uyğun olaraq, iddiaçı iddiasını sübut etmək öhdəliyini daşıyır. İddiaçı bu öhdəliyi icra etmədiyindən, iddianın təmin olunması üçün hüquqi əsas yoxdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə onların məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli aktdan müəyyən olunur ki, İddiaçı Cavabdeh 27000 manat məbləğində pulu borc qismində verir, borclu borcun təminatı olaraq 27 000 manat dəyərində öz mülkiyyətində olan torpaq sahəsini verməyi öhdəsinə götürür. 0.24 ha torpaq sahəsini verməyi öhdəlik götürür. Borc 3 (üç) il müddətinə yəni xx.xx.2025-ci il tarixədək verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, xx.xx.2022-ci il tarixdə tərəflər arasında şifahi qaydada borc müqaviləsi bağlanmış və iddiaçı tərəfindən cavabdehə 27000 manat pul borc kimi verilmiş, lakin bu barədə tərəflər arasında qanunvericiliyə uyğun olaraq yazılı borc müqaviləsi bağlanmamış, pulun verilməsi yalnız cavabdehin imzası ilə təsdiq etdiyi akt ilə rəsmiləşdirilmişdir. İddiaçı həmin məbləğdən cavabdehin 2050 manat qaytarmasını qeyd edərək cavabdehdən 24950 manat pulun alınıb ona verilməsi barədə məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Məhkəmə hesab edir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixdə bağlanmış 27000 manat pulun borc kimi verilməsinə dair müqavilə qanunvericiliyin müəyyən etdiyi formada, yəni yazılı formada bağlanmadığından etibarsızdır. Bununla belə aktla təsdiq olunur ki, həmin pul məbləği 03 il müddətinə, yəni xx.xx.2025-ci il tarixinədək geri qaytarmaq şərtilə iddiaçı tərəfindən cavabdehə verilmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, həmin tarixdə pulun və ya pulun əvəzi qismində torpaq sahəsinin iddiaçıya cavabdeh tərəfindən verilməsi barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Bu halda cavabdeh hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına varlanmışdır. Belə ki, Mülki Məcəllənin 1091-ci maddəsində qeyd olunur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, tərəflər arasında 27000 manat pulun cavabdehə verilməsinə dair yazılı müqavilə olmasa da, cavabdeh və iddiaçı tərəfindən tərtib edilərək imzalanmış akt həmin məbləğin iddiaçı tərəfindən cavabdehə verilməsini təsdiq edir. Tərəflər arasında həmin pulun verilməsinə dair başqa heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, cavabdeh əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə həmin pul məbləğini ona qaytarmalıdır. Məhkəmə baxışı zamanı iddiaçı cavabdehin aldığı pulun 2050 manat hissəsini qaytardığını bildirmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, verilmiş iddia təmin edilməli, 24950 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş üzrə məhkəmə xərci iddiaçı tərəfindən ödənilmiş 165 manat dövlət rüsumundan ibarətdir. İddia tam təmin olunduğundan Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 24950 (iyirmi dörd min doqquz yüz əlli) manat məbləğində pul və dövlət rüsumunun əvəzi qismində 165 (yüz altmış beş) manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-1498/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1498/2025
21.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver