Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-15/2024 01.10.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X10 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi Cavabdeh: Cavabdeh1 Roma oğlunun, onun və Cavabdeh2 vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 Roma oğluna və Cavabdeh2 qarşı evdən çıxarılma tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Roma oğluna və Cavabdeh2 qarşı evdən çıxarılma tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehlərin ünvan 1 ünvanında yerləşən evdən çıxarılması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yerləşən evdə doğulmuş və hazırki vaxta qədər ailə üzvləri ilə həmin evdə yaşayır. Belə ki, xx.xx.2002–ci il tarixli Çıxarışa əsasən həmin ev onun mülkiyyətindədir. Əmisi oğlu Cavabdeh1 və onun digər ailə üzvləri uzun müddət Rusiya Federasiyasında yaşadıqdan sonra Azərbaycana qayıtmış və Şəmkir rayon mərkəzində məskunlaşmışlar. Bir müddət sonra Cavabdeh1 valideynləri vəfat etmiş, bacıları isə evlənmişlər. Cavabdeh1 özü də Cavabdeh2 ilə ailə həyatı qurmuşdur. Sonradan Cavabdeh1 Şəmkir rayonu, Qaracəmirli kəndinə gələrək onun evində kirayə qalmış və bir neçə ay sonra ailəsi ilə birlikdə Rusiya Federasiyasına gedəcəyini bildirmişdir. Bugünə kimi də cavabdeh ailəsi ilə birlikdə ona məxsus evdə yaşayır. Hazırda həmin evdə cavabdehin ailəsi ilə birlikdə onun ailəsi və yaşlı anası da yaşayır. Lakin uşaqlar yola getmir, bu hal isə yaşlı anasının narazılığına səbəb olur. Dəfələrlə cavabdehlə söhbət edərək ona məxsus evdən çıxmasını tələb etsə də, cavabdeh ona məhəl qoymamışdır. Bu səbəbdən məcbur olub məhkəmədə iddia qaldırmışdır. Odur ki, cavabdehlərin ünvan 1 ünvanında yerləşən evdən çıxarılması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 Roma oğlu məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etmədi və izahatında göstərdi ki, ünvan 1 ünvanında yerləşən evə dair İddiaçı adına verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022–ci il tarixli qətnaməsi ilə ləğv edilmiş, həmin evdən və evin yerləşdiyi torpaq sahəsindən ibarət miras əmlakın iddiaçı, o və X7 tərəfindən qəbul edilməsi faktı müəyyən edilmiş və onların miras əmlak üzərində hər birinin payı 1/3 hissədə müəyyən edilmişdir. Göründüyü kimi mübahisəli fərdi yaşayış evinə dair iddiaçının adına verilmiş Çıxarış artıq ləğv edilmiş və həmin əmlakdan onların da payı müəyyən edilmişdir. Hazırda məhkəmənin icraatında payların naturada bölünməsi tələbinə dair iddiaları da vardır. Belə olan halda iddiaçının mübahisəli ev üzərində xüsusi mülkiyyət hüququ yoxdur və onlara qarşı evdən çıxarılma tələbinə dair iddia əsaslı sayıla bilməz. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş edir. İddiaçı və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Cavabdeh isə işə mahiyyəti üzrə baxılmasını tələb etmişdir. Məhkəmə iddiaçının və gəlməyən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını, vəkilin çıxışını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan xx.xx.2020–ci il tarixli, ********** qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”dan görünür ki, ünvan 1 ünvanında yerləşən 0.25 ha torpaq sahəsi və üzərindəki fərdi yaşayış evi İddiaçı adına qeydiyyata alınmışdır. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022–ci il tarixli, 2(104)– 782/2022 saylı qərardadından görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021–ci il tarixli qətnaməsi X5 münasibətdə ləğv edilmiş, onun iddia tələbindən imtina etməsi qəbul edilmiş və mülki işin icraatına X5 münasibətdə xitam verilmişdir. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022–ci il tarixli, 2(104)– 782/2022 saylı qətnaməsindən görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021–ci il tarixli qətnaməsi ilə iddiaçılar X3 və Cavabdeh1 Roma oğlunun cavabdehlər İddiaçı və Şəmkir rayon 1 saylı Notariat Ofisinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab olunması, mirasın qəbul edilməsi faktının və miras əmlaka qanun üzrə vərəsəliyin müəyyən olunması, miras əmlaka qanun üzrə vərəsə tanınma, miras əmlakın bağışlanması müqaviləsinin və daşınmaz əmlakın bağışlanma müqaviləsinin etibarsız hesab olunması və çıxarışın ləğv olunması tələbinə dair iddiası təmin edilməmiş, həmin qətnamədən iddiaçılar tərəfindən apellyasiya şikayəti verilmiş, həmin apellyasiya şikayəti təmin edilərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021–ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilmiş, mərhum X1 miras qalmış əmlaka görə Şəmkir rayon Notariat Kontorunda tərtib edilmiş xx.xx.2013–cü il tarixli, 2v–01–78 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, mərhum X6 miras qalmış əmlaka görə Şəmkir rayon Notariat Kontorunda tərtib edilmiş xx.xx.2013–cü il tarixli, 2v– 01–76 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, miras payın bağışlanmasına dair xx.xx.2013–cü il tarixli müqavilənin və daşınmaz əmlakın bağışlanması haqqında xx.xx.2020–ci il tarixli müqavilənin etibarsız hesab olunması, İddiaçı adına verilmiş xx.xx.2020–ci il tarixli, ********** qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın ləğv olunması, ünvan 1 ünvanında yerləşən evdən və evin yerləşdiyi 0.25 ha torpaq sahəsindən ibarət miras əmlakın X7, Cavabdeh1 Roma oğlu və İddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlak üzərində X3, Cavabdeh1 Roma oğlunun və İddiaçı hər birinin payının 1/3 hissədə müəyyən edilməsi qət edilmişdir. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024–cü il tarixli məktubundan görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022–ci il tarixli, 2(104)–782/2022 saylı qərardadı və xx.xx.2022–ci il tarixli, 2(104)– 782/2022 saylı qətnaməsi qanuni qüvvəyə mindiyindən mülki iş arxivə təhvil verilmişdir. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024–cü il tarixli qərardadından görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 Roma oğluna və Cavabdeh2 qarşı evdən və qeydiyyatdan çıxarılma tələbinə dair iddiası üzrə mülki işin icraatına “qeydiyyatdan çıxarılma” hissəsinə münasibətdə xitam verilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, xx.xx.2020–ci il tarixli, ********** qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”dan görünür ki, ünvan 1 ünvanında yerləşən 0.25 ha torpaq sahəsi və üzərindəki fərdi yaşayış evi İddiaçı adına qeydiyyata alınmışdır. Bundan sonra X7 və Cavabdeh1 Roma oğlu cavabdehlər İddiaçı və Şəmkir rayon 1 saylı Notariat Ofisinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab olunması, mirasın qəbul edilməsi faktının və miras əmlaka qanun üzrə vərəsəliyin müəyyən olunması, miras əmlaka qanun üzrə vərəsə tanınma, miras əmlakın bağışlanması müqaviləsinin və daşınmaz əmlakın bağışlanma müqaviləsinin etibarsız hesab olunması və çıxarışın ləğv olunması tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldırmış, həmin məhkəmənin xx.xx.2021–ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan X7 və Cavabdeh1 Roma oğlu tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022–ci il tarixli, 2(104)–782/2022 saylı qərardadı ilə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021–ci il tarixli qətnaməsi X5 münasibətdə ləğv edilmiş, onun iddia tələbindən imtina etməsi qəbul edilmiş və mülki işin icraatına X5 münasibətdə xitam verilmişdir. Həmçinin, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022–ci il tarixli, 2(104)– 782/2022 saylı qətnaməsi ilə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021–ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilmiş, mərhum X1 miras qalmış əmlaka görə Şəmkir rayon Notariat Kontorunda tərtib edilmiş xx.xx.2013–cü il tarixli, 2v–01–78 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, mərhum X6 miras qalmış əmlaka görə Şəmkir rayon Notariat Kontorunda tərtib edilmiş xx.xx.2013–cü il tarixli, 2v– 01–76 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, miras payın bağışlanmasına dair xx.xx.2013–cü il tarixli müqavilənin və daşınmaz əmlakın bağışlanması haqqında xx.xx.2020–ci il tarixli müqavilənin etibarsız hesab olunması, İddiaçı adına verilmiş xx.xx.2020–ci il tarixli, ********** qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın ləğv olunması, ünvan 1 ünvanında yerləşən evdən və evin yerləşdiyi 0.25 ha torpaq sahəsindən ibarət miras əmlakın X7, Cavabdeh1 Roma oğlu və İddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlak üzərində X3, Cavabdeh1 Roma oğlunun və İddiaçı hər birinin payının 1/3 hissədə müəyyən edilməsi qət edilmişdir. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddianın dəlilləri əsaslı deyildir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13–cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası MM–in 152.1–ci maddəsinə əsasən mülkiyyət hüququ– subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ünvan 1 ünvanında yerləşən evin xx.xx.2020–ci il tarixli, ********** qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” əsasında onun mülkiyyətində olmasını qeyd edərək, cavabdehlərin həmin evdən çıxarılmasını tələb etsə də, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022–ci il tarixli, 2(104)–782/2022 saylı qətnaməsi ilə həmin Çıxarış ləğv edilmiş və qətnamə qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası MM–in 139.1–ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3–cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 178.1–ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Həmin Məcəllənin 178.2–ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Məhkəmə mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddiaçı mübahisəli fərdi yaşayış evi üzərində xüsusi olaraq sərəncam, istifadə, sahibliklə bağlı qanunla müəyyən edilən hər hansı hüquq müəyyənedici sənədə malik deyildir. Onun adına olan Çıxarış məhkəmə qətnaməsi ilə ləğv edilmişdir. Belə olan halda iddiaçı xüsusi mülkiyyətində olmayan evdən cavabdehlərin çıxarılmasını tələb etməkdə haqlı olmamışdır. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadı etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Habelə, işin araşdırılmış halları ilə müəyyən edilir ki, cavabdehlər tərəfindən iddiaçının hər hansı hüquqlarının pozulması halı aşkar edilməmişdir. Yuxarıda qeyd olunanlar onu göstərir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ yoxdur. Belə ki, məhkəmə həmçinin, işin müəyyən olunmuş faktiki hallarına əsasən hesab edir ki, mübahisənin düzgün həll edilməsi üçün ilk növbədə iddiaçının hazırkı tələbi irəli sürməkdə müvafiq subyektiv hüquqa malik olub–olmaması, malik olduğu halda, həmin hüququn cavabdeh tərəfindən pozulub–pozulmaması məsələsinin araşdırılması zəruridir. Məhkəmə iddiaçının istinad etdiyi dəlillərə əsasən hesab edir ki, iddiaçının hazırkı iddianı irəli sürərəkən subyektiv hüququ olmadığına, həmçinin onun subyektiv hüququ cavabdeh tərəfindən pozulmadığına görə iddia tələbi əsaslı deyildir. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.2–ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları əsasında çıxarılmalıdır. İnsan Hüquqları və X4 X2 1 saylı Protokolunun 1–ci maddəsində göstərilmişdir ki, hər kəsin mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası MM–in 157.4–cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 158.1 və 158.1.2–ci maddələrinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. Həmin Məcəllənin 158.4–cü maddəsinə görə mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının əmlak hüquqları cavabdehlər tərəfindən pozulmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia rədd edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 Roma oğluna və Cavabdeh2 qarşı evdən çıxarılma tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X11
Məhkəmə qərarları › İş №2(076)-15/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-15/2024
01.10.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver