Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1514/2024 10.07.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X1 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi İddiaçı: İddiaçı1 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı maddi ziyan tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı 15.500 manat məbləğində maddi ziyanın və 137 manat dövlət rüsumunun cavabdehdən alınması tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldırmışlar. İddiaçılar tələbini belə əsaslandırmışlar ki, Cavabdeh onların qonşusudur və əvvəllər normal münasibətləri olmuşdur. Lakin cavabdeh xx.xx.2021-ci il tarixdə saat 17 radələrində hasardan aşmaqla onların ünvan 1 ünvanında yerləşən evlərinə qanunsuz daxil olmaqla, onlara məxsus 15.000 manat dəyərində qızıl-zinyət əşyalarını, 500 manat isə nağd pulu oğurlamışdır. Onun təqsiri Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(076)-19/2022 saylı hökmü ilə sübuta yetirilmiş və cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4–cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin cinayət işinə baxılan zaman mülki iddia ərizəsi versələr də, dövlət rüsumu ödəmədiklərindən mülki iddiaları baxılmamış saxlanılmışdır. Bu səbəbdən hazırda məhkəmədə iddia qaldırmışlar. Odur ki, Cavabdeh onlara dəymiş 15.500 manat məbləğində maddi ziyanın və 137 manat dövlət rüsumunun alınıb onlara verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” əlavə ərizə təqdim edərək göstərmişlər ki, cinayət əməli nəticəsində İddiaçı2 7.690 manat, İddiaçı1 isə 1.965 manat maddi ziyan dəymişdir. Odur ki, Cavabdeh 7.690 manat məbləğində maddi ziyanın alınıb İddiaçı2, 1.965 manat məbləğində maddi ziyanın və 137 manat dövlət rüsumunun alınıb İddiaçı1 verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddiaçı1 məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, cavabdeh ona vurduğu zərərin əvəzini qaytarmaqdan imtina etmişdir. Halbuki, cavabdehin oğurluq cinayəti törədərək ona və arvadı İddiaçı2 məxsus əmlakı ələ keçirməsi öz təsdiqini tapmış və o, məhkəmənin müvafiq hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cavabdehin qanunsuz hərəkəti nəticəsində əlverişsiz vəziyyətə düşmüş və onlara maddi zərər dəymişdir. Cavabdeh onlara dəymiş maddi ziyanı ödəməmiş, ona görə də məcbur olub məhkəmədə iddia qaldırmışlar. Odur ki, Cavabdeh 7.690 manat məbləğində maddi ziyanın alınıb İddiaçı2, 1.965 manat məbləğində maddi ziyanın və 137 manat dövlət rüsumunun alınıb ona verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçı2 və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri haqda məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə gəlməyən iddiaçının və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, qanuni qüvvəyə minmiş məhkəmə qərarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(076)- 19/2022 saylı hökmündən görünür ki, Cavabdeh tamah məqsədilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli talamaq niyyəti ilə xx.xx.2021-ci il tarixdə saat 17 radələrində İddiaçı1 yaşadığı ünvan 1 ünvanında yerləşən evə qanunsuz daxil olmaqla, İddiaçı2 məxsus 7.690 manat məbləğində, İddiaçı1 məxsus 1.965 manat məbləğində olmaqla, cəmi 9.655 manat məbləğində zərərçəkmiş şəxslərə məxsus xeyli miqdarda əmlakı oğurlamış, bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4–cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Beləliklə, məhkəmə müəyyən etdi ki, Cavabdeh tamah məqsədilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli talamaq niyyəti ilə xx.xx.2021-ci il tarixdə saat 17 radələrində İddiaçı1 yaşadığı ünvan 1 ünvanında yerləşən evə qanunsuz daxil olmaqla, İddiaçı2 məxsus 7.690 manat məbləğində, İddiaçı1 məxsus 1.965 manat məbləğində olmaqla, cəmi 9.655 manat məbləğində zərərçəkmiş şəxslərə məxsus xeyli miqdarda əmlakı oğurlamışdır. Cavabdeh həmin əməlinə görə cinayət məsuliyyətinə cəlb olunmuş və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(076)-19/2022 saylı hökmü əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4–cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CPM–in 65.4–cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə baxılarkən məhkəmə üçün yalnız hadisənin və təqsirləndirilən şəxsin ona aidiyyəti olub–olmaması hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. Azərbaycan Respublikası MPM–in 82.4–cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub– olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası MM–in 21.1–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2–ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından da görünür ki, cavabdeh cinayət hadisəsi nəticəsində iddiaçılara qarşı oğurluq etməklə onların əmlakını ələ keçirdiyinə görə təqsirli bilinərək cinayət məsuliyyətə cəlb olunmuşdur. Eləcə də, iş üzrə toplanmış sənədlərlə təsdiq edilir ki, iddiaçılara dəymiş zərərlə cavabdehin hüquqa zidd hərəkəti arasında səbəbli əlaqə vardır. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əsassız varlanma ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin qanundan irəli gələn öhdəlik münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1–ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2–ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məhkəmə hesab edir ki, cavabdeh oğurluq nəticəsində ələ keçirdiyi əmlakın dəyərini iddiaçılara qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1–ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1093.1–ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə cavabdehin hərəkətləri əsaslı olmadığından, həmçinin məhkəmənin qanuni qüvvədə olan hökmü ilə təqsirli hesab edildiyindən, heç bir hüquqi əsas olmadan əldə etdiyi əmlakın dəyəri olan 7.690 manat məbləğində pul vəsaitini İddiaçı2, 1.965 manat məbləğində pul vəsaitini İddiaçı1 qaytarmaq öhdəliyi yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385–ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1–ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. Həmin Məcəllənin 427–ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4.–cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəllənin 218.3–cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddiaçıların tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh 7.690 manat məbləğində pul alınıb İddiaçı2, 1.965 manat məbləğində pul və 137 manat dövlət rüsumu alınıb İddiaçı1 verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 7.690 (yeddi min altı yüz doxsan) manat məbləğində pul alınıb İddiaçı2, 1.965 (bir min doqquz yüz altmış beş) manat məbləğində pul və 137 (bir yüz otuz yeddi) manat dövlət rüsumu alınıb İddiaçı1 verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X2
Məhkəmə qərarları › İş №2(076)-1514/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1514/2024
10.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver