Məhkəmə qərarları › İş №2(076)-1586/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1586/2024

12.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1586/2024 12.06.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkil) Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia qaldıraraq, Cavabdeh 3400 manat məbləğində pulun və 54 manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o Şəmkir rayonu Yuxarı Seyfəli kəndində qeydiyyatda olmaqla 10 ildir ki, Şəmkir rayonu Qaracəmirli kəndində yaşayır. Belə ki, o və onun ailə üzvləri birlikdə Şəmkir rayonu Qaracəmirli kəndində özünə məxsus torpaq sahəsində istilikxana becərərək, pomidor-xiyar məhsulunun satışı ilə məşğul olur. Cavabdeh və onun qardaşı X2 da Şəmkir rayonu Qaracəmirli kənd sakinləridir. Onları təxminən 3 ildir ki, tanıyır, ailəvi tanışlığı, gediş-gəlişi olmuşdur. Hətta Cavabdeh onun oğlu Rüfəti oğluna kirvə tutmuşdu. Aralarında yaxın münasibətlər olduğuna görə 2021-ci ilin noyabr ayında Cavabdeh ona pula ehtiyacı olduğunu bildirmiş və ondan 3500 manat borc pul almışdır. Cavabdeh ondan aldığı borc pulu 15 gün müddətinə qaytaracağına söz vermişdir. Orxan ondan borc pul aldıqdan bir neçə gün sonra isə qardaşı Natiq Orucov da ondan borc pul istəmişdir. Onların maddi vəziyyəti çox aşağı olduğuna görə ona da 1500 manat borc pul vermişdir. Onlarla ailəvi yaxın münasibətləri olduğu üçün bir müddət borc verdiyi pulu istəməmişdir. Lakin, sonradan Cavabdeh onun pulunu qaytarmağa heç cəhd belə etmədiyini görüb pulunu istəməyə başlamışdır. Cavabdeh və qardaşı Natiq Orucov onun pulunu qaytarmaqdan imtina etdiyinə görə onların barəsində Şəmkir RPŞ-nin Kür PB-nə müraciət etmişdir. Orada araşdırma zamanı Cavabdeh ondan 5000 manat borc pul aldığını, lakin bir hissəsini qaytardığını bildirmişdir. O, Cavabdeh 3500 manat, qardaşı Natiq Orucova 1500 manat olmaqla ümumilikdə onlara 5000 manat borc pul vermişdir. Cavabdeh o, polis şöbəsinə müraciət edənə kimi ona olan 3500 manat borcundan heç bir ödəniş etməmişdir. Şəmkir RPŞ-nin X3 araşdırma aparıldıqdan sonra Cavabdeh 07 mart 2024-cü il tarixdə ona olan borcundan 100 manat poçt vasitəsilə göndərmişdir. Hazırda Cavabdeh ona 3400 manat borcu qalmışdır. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi (vəkil) Nümayəndə tələbin dəqiqləşdirilməsi barədə ərizə verərək və ərizənin məzmununa uyğun izahat verərək bildirdilər ki, iddiaçı məhkəməyə müraciət etdikdən sonra Cavabdeh tərəfindən iddiaçıya olan borcundan müxtəlif tarixlərdə ümumilikdə 200 manat pul ödənilmişdir. Hazırda cavabdehin İddiaçı 3200 manat borcu qalmışdır. Ona görə qeyd edilənlərin nəzərə alınaraq, Cavabdeh 3200 (üç min iki yüz) manat pulun və 54 (əlli dörd) manat dövlət rüsumunun alınıb İddiaçı verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddia tələbini qismən qəbul edərək, verdiyi izahatında göstərdi ki, o həqiqətən İddiaçı 2021-ci noyabr ayında 3500 manat borc almışdır. Lakin həmin borcdan ödəniş etmiş, 300 manatı poçt vasitəsilə və 500 manatı şəxsən ona vermişdir. Ona görə hesab edir ki, onun İddiaçı ümumilikdə 2700 manat borcu qalmışdır. Odur ki, iddianın qismən təmin edilərək, həmin məbləğə uyğun qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxlsərin izahatını dinləyib iş materiallarına əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli 3-13-110-1/2-7-1xx/xx/2024 nömrəli Şəmkir Rayon Polis X4 Bölməsinin tərəfindən verilmiş məktubundan və ona əlavə edilmiş ərizədən və izahatlardan görünür ki, Cavabdeh İddiaçı 5000 manat borc aldığını və həmin puldan 3000 manatını qaytardığını bildirmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli xx.xx.2023-cü il tarixli, xx.xx.2024-cü il tarixli qəbzlərdən görünür ki, Cavabdeh İddiaçı 3 dəfə 100 manat, cəmi 300 manat köçürtmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, 2021-ci il noyabr ayında tərəflər arasında şifahi qaydada borc müqaviləsi bağlanmış və iddiaçı tərəfindən cavabdehə 3500 manat pul borc kimi verilmiş, lakin bu barədə tərəflər arasında qanunvericiliyə uyğun olaraq yazılı borc müqaviləsi bağlanmamışdır. Cavabdeh məhkəmə iclasında İddiaçı 3500 manat borc pul aldığını etiraf etmiş və həmin borcdan ümumilikdə 800 manatını iddiaçıya qaytardığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Məhkəmə hesab edir ki, tərəflər arasında 2021-ci ilin noyabr ayında şifahi qaydada bağlanmış 3500 manat pulun borc kimi verilməsinə dair müqavilə qanunvericiliyin müəyyən etdiyi formada, yəni yazılı formada bağlanmadığından etibarsızdır. Lakin tərəflərin izahatında və iş materiallarında əlavə edilmiş sənədlərdən görünür ki, həmin pul məbləği iddiaçı tərəfindən cavabdehə verilmişdir və bu halda cavabdeh hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına varlanmışdır. Belə ki, Mülki Məcəllənin 1091-ci maddəsində qeyd olunur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, tərəflər arasında 3500 manat pulun cavabdehə verilməsinə dair yazılı müqavilə olmasa da, tərəflərin polis şöbəsində verilmiş izahatlarından, həmçinin cavabdehin məhkəmə iclasında verdiyi izahatı həmin məbləğin iddiaçı tərəfindən cavabdehə verilməsini təsdiq edir. Tərəflər arasında həmin pulun verilməsinə dair başqa heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, cavabdeh əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə həmin pul məbləğini ona qaytarmalıdır. Məhkəmə baxışı zamanı Cavabdeh iddiaçıya olan borcundan 800 manat ödədiyini göstərmiş olsa da, yalnız iddiaçıya olan 3500 manat borcundan 300 manat ödənilməsini təsdiq edən qəbzləri məhkəməyə təqdim edə bilmişdir. Məhkəmə baxışı iclasında iddiaçı və onun nümayəndəsi iddia tələbinin həcminin azaldılmasına dair ərizə verərək, cavabdehin iddiaçıya 3200 manat məbləğində borcunun qaldığını bildirmişlər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 3200 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş üzrə məhkəmə xərci iddiaçı tərəfindən ödənilmiş 54 manat dövlət rüsumundan ibarətdir. İddia tam təmin olunduğundan Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357- 361-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 3200 (üç min iki üz) manat məbləğində pul və dövlət rüsumunun əvəzi qismində 54 (əlli dörd) manat tutularaq İddiaçı ödənilsin. Qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar