Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1587/2025 11.08.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 oğluna və Cavabdeh5 qarşı “kreditin, kredit faizinin və cərimənin ödənilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada Kreditorun xeyrinə 11000 manat məbləğində kredit borcu, 2082,71 manat məbləğində faiz borcu və 1100 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 14182 (on dörd min bir yüz səksən iki) manat 71 (yetmiş bir) qəpik məbləğində borcun və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, borclu Cavabdeh1 Kreditor ilə xx.xx.2013-cü il tarixdə bağladığı 34L000000305 saylı kredit xətti müqaviləsinə əsasən 120 (bir yüz iyirmi) ay müddətinə 50.000 (əlli min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən, borcluya veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Borclu Kreditor ilə xx.xx.2014-cü il tarixdə bağladığı 034R********** saylı kredit razılaşması əsasında aylıq faiz dərəcəsi 2,1667% olmaqla 18 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 11.000 (on bir min) manat məbləğində kredit götürmüşdür. Tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli 034R**********S saylı sazişə əsasən kredit razılaşmasının ayrılmaz hissəsi olan ödəniş planı ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarixləri xx.xx.2015-ci il tarixli yeni ödəniş planına uyğun olaraq dəyişdirilmişdir. Borclu kredit razılaşmasının 1.2-ci bəndinin tələblərini pozaraq dəfələrlə ödənişləri yubadaraq, kredit razılaşması üzrə xx.xx.2015-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq kredit borcunu və faiz borcunu qaytarmamışdır. Borclu götürdüyü kreditin əsas borcundan ödəniş etməmiş və onun Kreditora 11.000 (on bir min) manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü maddəsinə əsasən, faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasına qədər hesablanır. Bir gün üçün faiz həmin kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən, borclu kredit borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2016-cı il tarixə 195 gün üçün hesablanmış faiz borcu 2082,71 (iki min səksən iki manat 71 qəpik) təşkil edir. Yuxarıda qeyd edilənlərə əsasən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada Kreditorun xeyrinə 11000 manat məbləğində kredit borcu, 2082,71 manat məbləğində faiz borcu və 1100 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 14182 (on dörd min bir yüz səksən iki) manat 71 (yetmiş bir) qəpik məbləğində borcun və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh1 ilə arasında bağlanmış xx.xx.2013-cü il tarixli 34L00000305 nömrəli əsas kredit xətti müqaviləsindən və xx.xx.2013-cü il tarixli 034R********** nömrəli kredit razılaşmadan görünür ki, müqavilə üzrə Cavabdeh1 11000 manat məbləğində, aylıq 2,1667 % olan, 18 ay müddətinə kredit xətti ayrılmış və kredit verilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli 034R143160158S nömrəli sazışdan görünür ki, 22 noyabr 2013-cü il tarixli 34L000000305 saylı kredit bu sazişli ilə əlavə edilmiş cədvəli uğun dəyişdirilmişdir. Sazişə əlavə olunmuş cədvəldən görünür ki, Cavabdeh1 11000 manat, 12 ay müddətinə, 2,1667% dərəcəsi ilə kredit verimişdir. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(076)- 1587/2025 nömrəli qərardadından görünür ki, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizləri, dəbbə pulunun tutulması” tələbinə dair mülki iş üzrə iddia tələbinin cavabdehlər Cavabdeh4 və Cavabdeh5 münasibətdə iddia tələbinə xitam verilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli 034S**********01 saylı zaminlik müqaviləsindən görünür ki, “İddiaçı QSC” (Bank) ilə Cavabdeh3 34L00000305 nömrəli zaminlik müqaviləsi bağlamış və müqavilənin şərtlərinə əsasən zamin, İddiaçı QSC ilə Cavabdeh1 (borcalan) arasında bağlanan xx.xx.2023-cü il tarixli, 34L00000305 nömrəli kredit xətti müqaviləsi və onun ayrılmaz hissəsi “ona kredit razılaşması”, “bank qarantiyası verilməsi haqqında müqavilə” və “akkreditiv açılması üçün razılaşmasa” üzrə borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2013-cü il tarixli 34S000000584 saylı zaminlik müqaviləsindən görünür ki, “İddiaçı QSC” (Bank) ilə Cavabdeh4 34L00000305 nömrəli zaminlik müqaviləsi bağlamış və müqavilənin şərtlərinə əsasən zamin, İddiaçı QSC ilə Cavabdeh1 (borcalan) arasında bağlanan xx.xx.2023-cü il tarixli, 34L00000305 nömrəli kredit xətti müqaviləsi və onun ayrılmaz hissəsi “ona kredit razılaşması”, “bank qarantiyası verilməsi haqqında müqavilə” və “akkreditiv açılması üçün razılaşmasa” üzrə borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2013-cü il tarixli 34S000000585 saylı zaminlik müqaviləsindən görünür ki, “İddiaçı QSC” (Bank) ilə Cavabdeh5 34L00000305 nömrəli zaminlik müqaviləsi bağlamış və müqavilənin şərtlərinə əsasən zamin, İddiaçı QSC ilə Cavabdeh1 (borcalan) arasında bağlanan xx.xx.2023-cü il tarixli, 34L00000305 nömrəli kredit xətti müqaviləsi və onun ayrılmaz hissəsi “ona kredit razılaşması”, “bank qarantiyası verilməsi haqqında müqavilə” və “akkreditiv açılması üçün razılaşmasa” üzrə borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2014-cü il tarixli 034S**********01 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı QSC” (Bank) ilə Cavabdeh2 34L00000305 nömrəli zaminlik müqaviləsi bağlamış və müqavilənin şərtlərinə əsasən zamin, İddiaçı QSC ilə Cavabdeh1 (borcalan) arasında bağlanan xx.xx.2023-cü il tarixli, 34L00000305 nömrəli kredit xətti müqaviləsi və onun ayrılmaz hissəsi “ona kredit razılaşması”, “bank qarantiyası verilməsi haqqında müqavilə” və “akkreditiv açılması üçün razılaşmasa” üzrə borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2016-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 034R********** nömrəli kredit müqaviləsi üzrə İddiaçı QSC-yə olan əsas borcu 11000 manat, faiz üzrə 2082,71 manat, cərimə üzrə 1100 manat olmaqla, cəmi 141282,72 manat təşkil edir. İş materiallarında olan iddiaçı bank tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2016-Cİ il tarixli bildirişdən görünür ki, iddiaçı bank cavabdehlərə xəbərdarlıq edərək, müqaviləsi üzrə olan borcun ödənilməsini tələb etmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh4 xx.xx.2015-ci il tarixdə, Cavabdeh5 xx.xx.2021-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh1 arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmışdır. İddiaçı kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, müqavilə predmeti olan pul məbləğini cavabdehə vermişdir. Cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçı qarşısında yuxarıda göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə və Mülki Məcəllənin 425, 427, 442, 448 və 739-cu maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul Cavabdeh1 tutulmalıdır. Belə ki, iddiaçının (bankın) təqdim etdiyi sübutlar borcun düzgün hesabladığın təsdiq edir, cavabdeh isə məhkəməyə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi kreditin, kreditə hesablanmış faizlərin ödənilməmiş hissəsini və cəriməni cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə, eyni zamanda digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, onlar kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, qeyd edilən məbləğin və həmin məbləğə hesablanmış faiz borcunun ödənilməsi üçün məsuliyyət daşıyırlar. Belə ki, Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə, eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 1100 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 100 manat məbləğində müəyyən edilməlidir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçıya olan borcunu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduqlarından, onlar Cavabdeh1nın iddiaçı qarşısında olan pul öhdəliyini üzərlərinə götürmüşlər. Cavabdeh1 zaminliklə təmin edilmiş pul öhdəliyini icra etmədiyindən, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 onunla birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşıyırlar. Odur ki, xx.xx.2023-cü il tarixli, 34L00000305 nömrəli kredit xətti müqaviləsi üzrə bağlamış, xx.xx.2015-ci il tarixli 034R143160158S nömrəli sazısa üzrə İddiaçı QSC-ə olan əsas borcu 11000 manat, faiz üzrə 2082,71 manat, cərimə üzrə 100 manat olmaqla, cəmi 13182,71 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 20 manat dövlət rüsumu da cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada xx.xx.2023cü il tarixli, 34L00000305 nömrəli kredit xətti müqaviləsi üzrə əsas borc 11000 manat, faiz üzrə 2082,71 manat, cərimə üzrə 100 manat olmaqla, cəmi 13182,71 manat məbləğində pul və dövlət rüsumu olaraq ödənilmiş 20 (iyirmi) manat pul müştərək qayada alınaraq “İddiaçı QSC-nə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi İş № 2(076)-1587/2025 Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir Rayon Məhkəməsi 11 avqust 2025-ci il Şəmkir rayonu Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 oğluna və Cavabdeh5 qarşı “kreditin, kredit faizinin və cərimənin ödənilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada Kreditorun xeyrinə 11000 manat məbləğində kredit borcu, 2082,71 manat məbləğində faiz borcu və 1100 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 14182 (on dörd min bir yüz səksən iki) manat 71 (yetmiş bir) qəpik məbləğində borcun və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş üzrə Cavabdeh4 və Cavabdeh5 aid hissədə icraata xitam verilməlidir. Belə ki, Məhkəmə Elektron İnformasiya Sistemindən görünür ki, Cavabdeh4 xx.xx.2015-ci il tarixdə və Cavabdeh5 xx.xx.2021-ci il tarixdə ölmüşdür. İş materiallarından isə görünür ki, Cavabdeh4 və Cavabdeh5 ilə iddiaçı arasında zaminlik müqaviləsi bağlanılmışdır. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1-ci maddəsinə əsasən fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. Qeyd olunan Məcəllənin 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, məhkəmə iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə məhkəmə iş üzrə icraata xitam verir. Sadalanan xüsusatlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman Cavabdeh4 artıq vəfat etdiyindən, eyni zamanda zaminlik münasibətləri üzrə hüquq varisliyinə yol verilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 261-262, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizləri, dəbbə pulunun tutulması” tələbinə dair mülki iş üzrə cavabdehlər Cavabdeh4 və Cavabdeh5 münasibətdə iddia tələbinə xitam verilsin. Qərardaddan həmin qərardad rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-1587/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1587/2025
11.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver