Məhkəmə qərarları › İş №2(076)-159/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-159/2024

13.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-159/2024 13.05.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Nəcəfli Rizvan Ramazan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «maddi zərər» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «maddi zərər» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borclular Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada vurulmuş maddi zərərin əvəzi kimi 1802 manat 80 qəpik pulun və ödənilmiş 38 manat 68 qəpik dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə öz aralarında "Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi" ilə ona məxsus olan "VAZ 21065 MİNİK" markalı, ** TY *** dövlət qeydiyyat nişanlı avtomobilin onlara satılmasında razılaşmışlar. Həmin vaxt Cavabdeh2 əgər oğlu Elsevər pulu ödəyə bilməsə, avtomobilin dəyərini özü ödəyəcəyinə zəmanət vermişdir. Həmin razılaşmaya əsasən o, onlara 2 ay müddətinə etibarnamə verməyi, onlar isə 4 ay müddətində hər ay 500 manat olmaqla cəmi 2000 manat avtomobilinin pulunu ödəməyi öhdələrinə götürmüşlər. O isə öhdəliyə əməl edərək, Cavabdeh1 etibarnamə vermişdir. Lakin, cavabdehlər öz öhdəliyini pozaraq, avtomobilin dəyərini hər ay 500 manat olmaqla ona ödəməmişlər. Sonra da o, avtomobillə qəza törədildiyini və avtomobilinə ziyan dəydiyini eşitmişdir. O dərhal polisə müraciət edərək avtomobilinin saxlanmasını xahiş etmişdir. Cavabdehlər biləndə ki, iddiaçı polisə müraciət etmişdir, avtomobilinin ehtiyat hissələrini və s. avadanlıqlarını satmağa başlamışlar. O, təcili polis vasitəsi ilə avtomobilini onun əlindən almış və onların istifadəsində olduğu müddətdə avtomobilə vurduqları zərərlə bağlı məhkəmədə “maddi zərər tələbi” ilə bağlı iddia qaldırmalı olmuşdur. Ona görə borclular Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada vurulmuş maddi zərərin əvəzi kimi 1802 manat 80 qəpik pulun və ödənilmiş 38 manat 68 qəpik dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun çıxış edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qismən qəbul edərək, bildirdi ki, iddiaçı ilə aralarındakı razılaşmaya əsasən hər ay 500 manat ödəməyi öz öhdəsinə götürmüş, lakin həmin avtomobillə qəza törətdiyindən avtomobilin pulu ödəyə bilməmişdir. Avtomobili qəzalı vəziyyətdə iddiaçı ondan alaraq aparmışdır. Hazırda avtomobil iddiaçıdadır. Avtomobildəki maddi zərər iddiaçının iddia ərizəsində qeyd etdiyi məbləğ qədər deyil. Bu səbəbdən iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Bələ ki, iş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin notariat qaydasında təsdiqlənmiş surətindən görünür ki, “VAZ-2106” minik markalı, **-TY- *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətinə verilmişdir. İş materiallarında olan ziyan aktından görünür ki, “VAZ-2106” markalı **-TV-*** nömrəli avtomobilin təmir-bərpa xərci təxminən 1802,80 manat müəyyən edilmişdir. O cümlədən dəyişilməli hissələrin qiyməti 1102,80 manat, təmir-bərpa işlərinin qiyməti-700 manat təşkil edir. İş materialında olan 3-16-16/2-9/80/2024 nömrəli xx.xx.2024-cü il tarixli Məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, təqdim edilmiş "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ziyan aktı məlumatlarına əsasən 1991-ci il buraxılmış, “VAZ 21065” markalı, qara rəngli, **-TY-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 1610 manat müəyyən edilmişdir. O cümlədən dəyişilməli hissələrin qiyməti 910,00 manat, təmir-bərpa işlərinin qiyməti-700 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İddiaçı cavabdehlərdən vurulmuş real zərərin əvəzini tələb etmişdir. İddiaçı tərəfindən həmin zərərin miqdarının müəyyən edilməsi üçün mütəxəssis tərəfindən tərtib edilmiş ziyan aktı təqdim edilmiş, cavabdeh həmin aktda göstərilən zərərin məbləğini mübahisələndirmişdir. Məhkəmə tərəfindən təyin edilmiş ekspert isə zərərin miqdarını 1610.00 manat müəyyən etmişdir. Məhkəmə hesab edir ki, ekspert rəyi daha ətraflı araşdırmanın nəticəsi olduğundan mötəbər sübut kimi qəbul edilməlidir. Bu baxımdan məhkəmə belə nəticəyə gəlir ki, vurulmuş ziyana görə 1610.00 manat məbləğində pul Cavabdeh1 alınaraq İddiaçı xeyrinə verilməlidir. Məhkəmə iddia tələbinin Cavabdeh2 maddi ziyanın tutulub iddiaçıya ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi Cavabdeh2 aid hissədə əsassızdır. Belə ki, iddiaçı ona məxsus "VAZ 21065 MİNİK" markalı, ** TY *** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə öz aralarında "Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi" ilə ona məxsus olan onlara satılmasında razılaşdığını, Cavabdeh2 oğlu Elsevər pulu ödəyə bilməsə, avtomobilin dəyərini özü ödəyəcəyi barədə öhdəlik götürməsini qeyd edərək, məhkəməyə müraciət etmiş olsa da, onunla Cavabdeh2 arasında avtomobil alqı-satqısına dair hər hansı razılaşma olmasına, avtomobili Cavabdeh2 təhvil verməsinə dair mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa nəqliyyat hadisəsi Cavabdeh1 avtomobili idarə edərkən baş vermişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli və Cavabdeh1 vurulmuş ziyana görə 1610.00 manat (bir min altı yüz on) manat pul alınıb İddiaçı verilməlidir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 36,10 manat dövlət rüsumunun əvəzi iddiaçının xeyrinə, 100 manat məbləğində ekspertiza xərci Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi üçün Cavabdeh1 tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 vurulmuş ziyana görə 1610.00 manat (bir min altı yüz on) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 36,10 (otuz altı manat 10 qəpik) manat pul tutularaq İddiaçı verilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul Cavabdeh1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (KOD- 210005, VÖEN – **********, müxbir hesab – AZ 41NABZ ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu – 3.) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar