Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1605/2025 20.05.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X15 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi İddiaçı: İddiaçı, onun nümayəndəsi (vəkil) Nümayəndə Cavabdeh: Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ölçmə işlərinin aparılmasına yaradılan maneənin aradan qaldırılması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ölçmə işlərinin aparılmasına yaradılan maneənin aradan qaldırılması tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən 600 kv.m həyətyanı torpaq sahəsində və həmin torpaq sahəsinin üzərində inşa olunmuş fərdi yaşayış evində ölçmə işlərinin aparılmasında DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinin əməkdaşlarına cavabdehlər tərəfindən yaradılan maneənin aradan qaldırılması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, alə üzvləri ilə birlikdə Şəmkir rayonu, Qaracəmirli kəndində yaşayır. Şəmkir Rayon AİK–nın xx.xx.1998–ci il tarixli 49 saylı qərarı ilə Şəmkir rayonu, Qaracəmirli kəndində mərhum X1nun, mərhum anası X9, bacısı X2 və onun mülkiyyətinə 0.06 ha (600 kv.m) həyətyanı torpaq sahəsi verilmiş, bununla bağlı A№183056 saylı X14 və Ölçüsü tərtib edilmişdir. X1 xx.xx.2014–cü il tarixdə, anası X13 xx.xx.2024–cü il tarixdə vəfat etmişlər. Bir neçə ay bundan əvvəl həmin torpaq sahəsinin və üzərindəki fərdi yaşayış evinin sənədləşdirilməsi üçün notariat kontoruna və DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmişdir. Lakin cavabdehlər ölçmə işlərinin aparılmasında DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinin əməkdaşlarına maneə yaratmış, bu səbəbdən DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsi onun ərizəsini icra emtəkdən imtina etmişdir. Bu səbəbdən məcbur olub məhkəmədə iddia qaldırmışdır. Odur ki, Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən 600 kv.m həyətyanı torpaq sahəsində və həmin torpaq sahəsinin üzərində inşa olunmuş fərdi yaşayış evində ölçmə işlərinin aparılmasında DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinin əməkdaşlarına cavabdehlər tərəfindən yaradılan maneənin aradan qaldırılması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı İddiaçı iddianı müdafiə edərək əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Şəmkir Rayon AİK–nın xx.xx.1998–ci il tarixli 49 saylı qərarı ilə Şəmkir rayonu, Qaracəmirli kəndində mərhum X1nun, mərhum anası X9, bacısı X2 və onun mülkiyyətinə 0.06 ha (600 kv.m) həyətyanı torpaq sahəsi verilmişdir. Hazırda həmin torpaq sahəsini və üzərində yerləşən fərdi yaşayış evini sənədləşdirmək zərurəti yaranmış, bu səbəbdən ərizə ilə DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmişdir. Lakin torpaq sahəsi və fərdi yaşayış evi ilə bağlı mübahisə olduğundan, yəni cavabdehlər ölçmə işlərinə maneçilik yaratdıqlarından DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsi onun ərizəsini icra emtəkdən imtina etmişdir. Nəticədə DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinin əməkdaşları ölçmə işləri apara bilməmişlər. Ona görə də məcbur olub ərizə ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, cavabdehlərin qanunsuz hərəkəti nəticəsində onun konstitusion hüququ pozulmuşdur. Odur ki, məhkəmədən, Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən 600 kv.m həyətyanı torpaq sahəsində və həmin torpaq sahəsinin üzərində inşa olunmuş fərdi yaşayış evində ölçmə işlərinin aparılmasında DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinin əməkdaşlarına cavabdehlər tərəfindən yaradılan maneənin aradan qaldırılması haqda qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclası zamanı İddiaçı nümayəndəsi (vəkil) Nümayəndəsi olduğu şəxslə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı Cavabdeh1 izahatında göstərdi ki, o, Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən 600 kv.m həyətyanı torpaq sahəsində və həmin torpaq sahəsinin üzərində inşa olunmuş fərdi yaşayış evində ölçmə işlərinin aparılmasında DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinin əməkdaşlarına hər hansı maneçilik törətməmişdir. Həmin ərazidə ölçmə işlərinin aparılmasına etiraz etmir. Bununla belə iddia üzrə qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxır. Cavabdeh2 və üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə, gəlməyən cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan A№183056 saylı “Torpaq sahəsinin Plan və Ölçüsü”ndən görünür ki, Şəmkir rayon AİK–nın xx.xx.1998–ci il tarixli 49 nömrəli qərarı ilə X4 mülkiyyətinə Şəmkir rayonu, Qaracəmirli kəndi ərazisində 600 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan ölüm haqqında şəhadətnamələrdən görünür ki, X6 xx.xx.2014– cü il tarixdə, X13 xx.xx.2024–cü il tarixdə vəfat etmişlər. İşdə olan Şəmkir Rayon Notariat ofisinin xx.xx.2024–cü il tarixli məktubundan görünür ki, xx.xx.2014–cü il tarixdə vəfat etmiş X3 qalmış miras əmlakla bağlı xx.xx.2015-ci il tarixdə 243 saylı vərəsəlik işi açılmış və mərhumun vərəsəsi İddiaçı müəyyənləşmişdir. İşdə olan Şəmkir Rayon Notariat ofisinin xx.xx.2025–ci il tarixli məktubundan görünür ki, xx.xx.2024–cü il tarixdə vəfat etmiş X7 qalmış miras əmlakla bağlı xx.xx.2025-ci il tarixdə 128 saylı vərəsəlik işi açılmış və mərhumun vərəsəsi İddiaçı müəyyənləşmişdir. İşdə olan DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024–cü il tarixli rəsmi məktubdan görünür ki, Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən torpaq sahəsində ölçmə işləri aparmaq zərurəti yaranmış, lakin məlum olmuşdur ki, qeyd olunan torpaq sahəsində yerləşən evdə başqa şəxslər yaşamaqla, mübahisəlidir. Qarşı tərəf icazə vermədiyi üçün müayinə baxışının keçirilməsi mümkün olmamışdır. Ona görə də ölçü işlərinin aparılmasından imtina edilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, Şəmkir rayon AİK–nın xx.xx.1998–ci il tarixli 49 nömrəli qərarı ilə iddiaçının valideynlərinin, bacısının və özünün mülkiyyətinə Şəmkir rayonu, Qaracəmirli kəndi ərazisində 600 kv.m həyətyanı torpaq sahəsi verilmiş, bu barədə A№183056 saylı “Torpaq sahəsinin Plan və Ölçüsü” tərtib edilmişdir. İddiaçının X1 xx.xx.2014– cü il tarixdə, anası X13 xx.xx.2024–cü il tarixdə vəfat etmişlər. İddiaçının mərhum valideynlərindən qalmış miras əmlakla bağlı xx.xx.2015-ci il tarixdə 243 saylı və xx.xx.2025-ci il tarixdə 128 saylı vərəsəlik işləri açılmış və onların ilkin vərəsəsi İddiaçı müəyyənləşmişdir. Hazırda iddiaçı miras qalmış mübahisəli torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinə dair hüquq müəyyənedici sənəd almaq məqsədilə DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmiş, lakin fərdi yaşayış evinə dair tərəflər arasında mübahisə olması əsası ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqan iddiaçının müraciətini həyata keçirməkdən imtina etmişdir. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddianın dəlilləri əsaslıdır. Cavabdehlər iddiaçının mülkiyyət hüququnu pozur, onun mülkiyyət hüququnu həyata keçirməyə mane olurlar. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13–cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası MM–in 152.1–ci maddəsinə əsasən mülkiyyət hüququ– subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İşin müəyyən edilmiş hallarından görünür ki, mübahisəli torpaq sahəsi Şəmkir rayon AİK–nın xx.xx.1998–ci il tarixli 49 nömrəli qərarı ilə iddiaçının və onun digər ailə üzvlərinin mülkiyyətinə verilmiş, bu barədə A№183056 saylı “Torpaq sahəsinin Plan və Ölçüsü” tərtib edilmişdir. Valideynlərinin vəfatından sonra vərəsəlik işi açılmış, X4 və X9 vərəsəsi ilkin olaraq İddiaçı müəyyənləşdirilmişdir. Yuxarıda qeyd olunanlar onu göstərir ki, iddiaçının qeyd olunan əmlak üzərində mülkiyyət hüququ əldə etməyə qanuni gözləntisi var və bu gözlənti həm milli, həm də beynəlxalq hüquq baxımından mülkiyyət hüququ kimi qiymətləndirilir. Cavabdehlər iddiaçının bu hüququnu həyata keçirməyə mane olur. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının mübahisəli əmlak üzərində mülkiyyət hüququnu həyata keçirmək imkanı qanunla onun hüququ kimi nəzərdə tutulmuşdur. Cavabdehlər isə onun bu hüququnu həyata keçirməsinə maneçilik yaradır. İnsan Hüquqları və X8 X5 1 saylı Protokolunun 1–ci maddəsində göstərilmişdir ki, hər kəsin mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası MM–in 157.4–cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 158.1 və 158.1.2–ci maddələrinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. Həmin Məcəllənin 158.4–cü maddəsinə görə mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Ona görə də məhkəmə hesab edir ki, iddia əsaslıdır, cavabdehlər tərəfindən iddiaçının mübahisəli əmlak üzərində hüquqlarını həyata keçirməsinə yaratdığı maneə aradan qaldırılmalıdır. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia təmin edilsin. A№183056 saylı “Torpaq sahəsinin Plan və Ölçüsü” əsasında Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən 600 kv.m həyətyanı torpaq sahəsində və həmin torpaq sahəsinin üzərindəki fərdi yaşayış evində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin əməkdaşlarının həyata keçirdiyi fəaliyyətə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılan maneə aradan qaldırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X17
Məhkəmə qərarları › İş №2(076)-1605/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1605/2025
20.05.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver