Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1620/2023 18.08.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, X2 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia qaldıraraq, onun Cavabdeh "xxxx" ASC-nə borclu qaldığı 3751.20 manat pulun, 1708.42 manat kompensasiya pulunun, cavabdehin əvəzinə "xxxx" ASC-nə ödədiyi üçün həmin 3751.20 manatın, 1708.42 manat kompensasiya pulun və ödədiyi 75 manat dövlət rüsumunun Cavabdeh alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh “X3” ASC-dən xx.xx.2015-ci il tarixdə 5000 (beş min) ABŞ dolları məbləğində kredit götürmüş, o isə cavabdehə zamin durmuşdur. Cavabdeh götürdüyü krediti az-az ödəmiş, bir müddət sonra ödəməni dayandırmış, ona görə də "xxxx" ASC kreditin ödənişini onun pensiya kartına yönəltmiş və qalan borcu onun pensiya kartından hər ay olaraq çıxmışlar. Hətta Fərmanla bağlı ona veriləsi kompensasiya olan 1708.42 manatı da ona verməmişlər, həmin məbləği də cavabdehin borcuna görə "xxxx" ASC-nə ödənilmişdir. Nəticədə onun hesabından Cavabdeh götürdüyü kredit borcuna 3751.20 manat pul, 1708.42 manat kompensasiya tutmuşlar. O da dəfələrlə cavabdehə ödədiyi pulun ona qaytarılmasını tələb etsə də, cavabdeh iddiaçının onun əvəzinə ödədiyi pulu qaytarmaqdan imtina etmişdir. Ona görə də cavabdehin əvəzinə ödədiyi kredit borcunun cavabdehdən alınıb ona ödənilməsini tələb edir. Odur ki, məcbur olub məhkəməyə müraciət etmişdir. Qeyd edir ki, bir dəfə Şəmkir rayon Məhkəməsində onun iddiasına əsasən işə baxılmış, DSMF-dən məktub olmadığına görə iş baxılmamış saxlanılmışdır. Hal-hazırda o məktubu iddia ərizəsinə əlavə etmişdir. Odur ki, onun həmin pul vəsaitlərini Cavabdeh reqres qaydada tələb etmək hüququ yaranmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdehnın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarından olan Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış “Əmək pensiyasından tutulmanın dayandırılması haqqında” məktubundan görünür ki, Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına İddiaçı tərəfindən 1 fevral 2023-cü il tarixində daxil olmuş müraciətə aidiyyəti üzrə baxılmışdır. Bildirilmişdir ki, Şəmkir rayon Məhkəməsinin 23 sentyabr 2016-cı il tarixli 2(076)-6211/2016 nömrəli icra sənədinə uyğun olaraq xx.xx.2017-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində hər ay əmək pensiyasından 312.60 manat tutularaq "xxxx" KB ASC-nin hesabına köçürülüb (ümumilikdə 3751.20 manat). Eyni zamanda bildirilmişdir ki, Mərkəzi Filiala 23 may 2018ci il tarixində daxil olmuş Şəmkir rayon İcra şöbəsinin 22 may 2018-ci il tarixli 5138/2016 nömrəli məktubuna əsasən əmək pensiyasından tutulma dayandırılıb. İş materiallarından olan "xxxx"ASC-si tərəfindən İddiaçı ünvanlanmış məktubundan görünür ki, İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nə ünvanladığı məktuba cavab olaraq bildirilmişdir ki, ona hesablanmış kompensasiya məbləğini təşkil edən 1708.42 manat (bir min yeddi yüz səkkiz manat qırx iki qəpik), zamin qismində çıxış etdiyi xx.xx.2015-ci il tarixli, 420mickpz/15 saylı Əsas kredit və Bank hesabı Müqaviləsinin 4.3.2-ci bəndinə əsasən hesabından silinmişdir. Belə ki, Müqavilənin 4.3.2-ci bəndində nəzərdə tutulmuşdur ki, Bank, Müqavilə üzrə Borcalan tərəfindən öhdəliklər icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda Zaminin bank hesablarından Borcalanın öhdəliklərini tam həcmdə ödəyə biləcək məbləğdə pul vəsaitinin akseptsiz qaydada silmək hüququna malikdir. İş materiallarından olan Şəmkir Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Hərbi Qulluqçular və Xüsusi Rütbəli şəxslərlə iş departamentinə ünvanlanmış məktubundan görünür ki, Şəmkir rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(076)-6211/2016 saylı icra sənədinin icrası ilə əlaqədar tələb “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 63-cü maddəsinə əsasən İddiaçı (xx.xx.1961-ci il təvəllüdlü, Şəmkir rayonu, Qasım İsmayılov kəndi) pensiyası üzrə Xüsusi Rütbəli şəxslərlə iş departamentinə göndərilərək təklif olunmuşdur ki, borclunun pensiyasından tutulsun. Zərurət aradan götürüldüyünə görə sözügedən icra sənədi üzrə tutulmaların aparılmasının dayandırılması xahiş olunmuşdur. İş materiallarından olan “Kapitalbank” vasitəsi ilə ödənilmiş qəbzlərdən görünür ki, İddiaçı 75 manat məbləgində dövlət rüsumu ödəmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib iş materiallarına əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, "xxxx" ASC Cavabdeh kredit vermiş, İddiaçı cavabdehin öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Borcalan kreditor qarşısında öhdəliklərini yerinə yetirməmiş, kreditor isə borc tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Şəmkir rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(076)-6211/2016 saylı icra sənədinin icrası ilə əlaqədar tələb “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 63-cü maddəsinə əsasən İddiaçı (xx.xx.1961-ci il təvəllüdlü, Şəmkir rayonu, Qasım İsmayılov kəndi) pensiyası üzrə Xüsusi Rütbəli şəxslərlə iş departamentinə göndərilərək təklif olunmuşdur ki, borclunun pensiyasından tutulsun. Göründüyü kimi İddiaçı zaminlik öhdəliyini icra etmiş və onun əsas borclu qarşısında tələb hüququ yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1-ci maddəsinin tələbinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Cavabdeh 3751.20 (üç min yeddi yüz əlli bir manat iyirmi qəpik), 1708.42 (bir min yeddi yüz səkkiz manat qırx iki qəpik) manat kompensasiyanın və iddianın verilməsinə görə ödənilmiş 75 manat məbləğində dövlət rüsumunun əvəzinin, cəmi 5534.62 (beş min beş yüz otuz dörd manat altmış iki qəpik) manat məbləğində pul tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 3751.20 (üç min yeddi yüz əlli bir manat iyirmi qəpik), 1708.42 (bir min yeddi yüz səkkiz manat qırx iki qəpik) manat kompensasiyanın və iddianın verilməsinə görə ödənilmiş 75 manat məbləğində dövlət rüsumunun əvəzinin, cəmi 5534.62 (beş min beş yüz otuz dörd manat altmış iki qəpik) manat məbləğində pul tutularaq İddiaçı verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №2(076)-1620/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1620/2023
18.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver