Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1636/2023 04.07.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi İddiaçı: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi və kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı 22 noyabr 2021–ci il tarixli 034A********** saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə 3.828,26 manat əsas kredit borcu, 519,32 manat faiz borcu, 143,17 manat dəbbə pulu olmaqla, cəmi 4.490,75 manat məbləğində pulun və ödənilmiş 64,91 manat dövlət rüsumunun cavabdehlərdən tutulması tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldırmışdır. İddiaçı bank tələbini onunla əsaslandırmışdır ki, bankla Cavabdeh arasında bağlanmış 22 noyabr 2021–ci il tarixli 034A********** saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə, aylıq dərəcəsi 2.0833 faiz olmaqla, ödəniş planı üzrə hissə– hissə qaytarmaq şərtilə 4.700 manat məbləğində kredit verilmişdir. Cavabdeh əsas məbləği və onun faizlərini ödəməyi öhdəsinə götürmüş, lakin müqaviləyə əsasən üzərinə düşən öhdəliyi lazımınca icra etməyərək müqavilənin şərtlərini pozmuşdur, Belə ki, Cavabdeh götürdüyü kredit borcundan 871,74 manat ödəniş etmiş, qalan borcunu ödəməkdən yayınmışdır. Hazırda onun banka 3.828,26 manat əsas kredit borcu, 519,32 manat isə faiz borcu vardır. Cavabdeh borcunu ödəmədiyinə görə kredit müqaviləsinin şərtlərinə uyğun olaraq cavabdehin ödəmədiyi kredit borcunun qalığına 0,1 faiz cərimə tətbiq edilmiş, nəticədə onun banka xx.xx.2023–cü il tarixə 187 gün üçün 143,17 manat dəbbə borcu yaranmışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcunu ödəməkdən yayınmışdır. Odur ki, 22 noyabr 2021–ci il tarixli 034A********** saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə cavabdehdən 3.828,26 manat əsas kredit borcu, 519,32 manat faiz borcu, 143,17 manat dəbbə pulu olmaqla, cəmi 4.490,75 manat məbləğində pulun və ödənilmiş 64,91 manat dövlət rüsumunun tutulması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan iddiaçı bankla Cavabdeh arasında bağlanmış 22 noyabr 2021–ci il tarixli 034A********** saylı kredit müqaviləsindən görünür ki, iddiaçı bank tərəfindən cavabdehə 36 ay müddətinə, aylıq dərəcəsi 2.0833 faiz olmaqla, ödəniş planı üzrə hissə– hissə qaytarmaq şərtilə 4.700 manat məbləğində kredit verilmişdir. İşdə olan İddiaçı QSC ilə cavabdeh arasında bağlanmış 22 noyabr 2021–ci il tarixli 034A********** saylı kredit müqaviləsinə əlavə kimi tərtib edilmiş ödəniş planından görünür ki, cavabdeh tərəfindən kreditin qaytarılmasının hissə–hissə həyata keçirilməsi nəzərdə tutulmuş, o, xx.xx.2021–xx.xx.2024–cü illər ərzində krediti hər ay banka ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xəbərdarlıq məktublarından görünür ki, cavabdehə xəbərdalıq edilərək kredit müqaviləsi üzrə borcu xatırladılmış və ödənilməsi tələb olunmuşdur. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023–cü il tarixə banka 3.828,26 manat əsas kredit borcu, 519,32 manat faiz borcu, 143,17 manat dəbbə pulu olmaqla, cəmi 4.490,75 manat məbləğində borcu vardır. Beləliklə, iş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 22 noyabr 2021–ci il tarixli 034A********** saylı kredit müqaviləsinə əsasən bank cavabdehə 36 ay müddətinə, aylıq dərəcəsi 2.0833 faiz olmaqla, ödəniş planı üzrə hissə– hissə qaytarmaq şərtilə 4.700 manat məbləğində kredit vermişdir. Cavabdeh götürdüyü kredit borcundan cəmi 871,74 manat ödəniş etmiş, bu səbəbdən cavabdehin xx.xx.2023– cü il tarixə iddiaçı banka 3.828,26 manat əsas kredit borcu, 519,32 manat isə faiz borcu yaranmışdır. Cavabdeh öhdəliyini lazımi qaydada yerinə yetirmədiyinə görə bank tərəfindən ona 143,17 manat dəbbə pulu hesablanmışdır. Azərbaycan Respublikası MM–nin 739.1–ci maddəsinə uyğun olaraq borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2–ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1–ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3–cü maddəsinə görə öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsinin tələblərinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə bank qarşısında mülki məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, əsas kredit borcu və onun faizləri tam şəkildə cavabdehlərdən alınıb iddiaçı banka verilməlidir. Bununla belə hesablanmış dəbbə pulu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467–ci madddəsinə əsasən kreditin məbləği ilə uzlaşmadığından azaldılaraq 15 manat məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467–ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulunun azaldılaraq 15 manat məbləğində müəyyən edilməsi qanuni, əsaslı və ədalətlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddiaçı bankla Cavabdeh arasında bağlanmış 22 noyabr 2021–ci il tarixli 034A********** nömrəli kredit müqaviləsi ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Beləliklə, məhkəmə hesab edir ki, 22 noyabr 2021–ci il tarixli 034A********** saylı kredit müqaviləsi ləğv edilməli, həmin müqavilə üzrə cavabdehlər Cavabdeh 3.828,26 manat əsas kredit borcu, 519,32 manat faiz borcu və 15 manat dəbbə pulu olmaqla, cəmi 4.362,58 manat pul alınıb İddiaçı QSC–yə verilməlidir. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 22 noyabr 2021–ci il tarixli 034A********** nömrəli kredit müqaviləsi ləğv edilsin. Həmin müqavilə üzrə Cavabdeh 3.828,26 manat əsas kredit borcu, 519,32 manat faiz borcu və 15 manat dəbbə pulu olmaqla, cəmi 4.362,58 (dörd min üç yüz altmış iki manat əlli səkiz qəpik) manat məbləğində pul alınıb İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh 64,91 (altmış dörd manat doxsan bir qəpik) manat məbləğində pul alınıb İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №2(076)-1636/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1636/2023
04.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver