Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1724/2024 02.08.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1120 (bir min yüz iyirmi) manat pulun və ödənilmiş 32 (otuz iki) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, kosmetik məhsulların satışı ilə məşğul olur. Belə ki, müxtəlif şirkətlərdən kosmetik məhsullar götürüb, müxtəlif şəxslərə satır. Cavabdeh 2018-ci ildən tanıyır. 2018-ci ildən başlayaraq, Cavabdeh kosmetik məhsullar (ətir, pudra, saç boyası, şampun və s.) nisyə olaraq satmışdır. Cavabdeh daim həmin məhsulları nisyə götürmüş, bir müddət sonra isə borcunu ödəmişdir. Lakin, pandemiya dövründən başlayaraq, o, iddiaçıdan nisyə kosmetik məhsullar alsa da, ödənişləri hər dəfə müxtəlif bəhanələrlə gecikdirmişdir. Daha sonra isə ümumiyyətlə nisyə götürdüyü mallardan qalan borcunu ödəməkdən yayınmışdır. Ona görə də o, məcbur olab Şəmkir RPŞ-nə ərizə ilə müraciət etmişdir. Şəmkir RPŞ-də araşdırma aparılarkən Cavabdeh ona olan borcunu etiraf etmiş və hissə-hissə ödəyəciyini bildirmişdir. Onun tələbi mülki xarakterli olduğundan onun barəsində cinayət işinin başlanması rədd edilmiş və ona mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. O, polis şöbəsinə şikayət edərkən, Cavabdeh ona 1310 manat borcu olmuşdur. Bundan sonra o həmin borcdan ona hissə-hissə 190 manat ödəniş etmişdir. Hazırda cavabdehin ondan nisyə aldığı məhsullara görə iddiaçıya 1120 manat borcu qalmışdır. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı müraciəti əsasında Şəmkir RPŞ-də aparılmış araşdırma materialından görünür ki, Cavabdeh Şəmkir RPŞ-də verdiyi izahatında İddiaçı salonuna görə tanımışdır. Belə ki, Nadir adlı şəxs firma işində işləmişdir. Onunla bir neçə il birlikdə işləmişdir. Sonuncu dəfə iki il olar ki, Nadir adlı şəxs 1300 manat dəyərində qadın üçün boyanı ona vermişdir ki, onu satıb pulunu versin. Həmin boyaların yarı faizini satmışdır. Digərləri isə salonundadır. Onun halhazırda 1250 manat pul borcu vardır. O, hər ay 50 manat pulu Nadir adlı şəxsin hesab kartına vuracaqdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında şifahi qaydada bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən iddiaçı cavabdehə 1300 manat məbləğində saç boyasını nisyə qaydada satmışdır. Cavabdeh iddiaçıya olan borcunu qaytarmadığından iddiaçı Şəmkir RPŞ-nə ərizə ilə müraciət etmişdir. Cavabdeh Şəmkir RPŞ-də verdiyi izahatında iddiaçıya 1250 manat borcunun olduğunu etiraf etmiş və hissə-hissə qaytaracağını bildirmişdir. Hazırda iddiaçı cavabdehin ona 1120 (bir min bir yüz iyirmi) manat borcunun qaldığını göstərərək, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, məhkəmə iclasında araşdırılmış sübutlarla Cavabdeh nisyə aldığı məhsullara görə İddiaçı 1120 manat borcunun olduğu təsdiqini tapdığından iddiaçı Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən nisyə satılmış malın ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də cavabdehdən 1120 (bir min bir yüz iyirmi) manat pul alınaraq iddiaçıya verilməlidir. İş üzrə məhkəmə xərci iddiaçı tərəfindən ödənilmiş 32 manat dövlət rüsumundan ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi qismində cavabdehdən 32 manat pul tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 1120 (bir min bir yüz iyirmi) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olara 32 (otuz iki) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-1724/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1724/2024
02.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver