Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1728/2025 01.05.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi Heydarov Cəmil Elxan oğlunun katibliyi İddiaçı: İddiaçı2 və İddiaçı1 nümayəndəsi Nümayəndə Cavabdeh: Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh qarşı, (üçüncü şəxs qismində DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsi cəlb edilməklə) “Ölçmə işlərinin aparılmasına yaradılan maneənin aradan qaldırılması tələbi”nə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı1 və İddiaçı2, cavabdehlər X24 və X15 qarşı, (üçüncü şəxs qismində DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsi cəlb edilməklə) “Ölçmə işlərinin aparılmasına yaradılan maneənin aradan qaldırılması tələbi”nə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdeh X19 tərəfindən X16, İddiaçı1, X4, X5 və X17 məxsus Şəmkir rayonu, Düzqışlaq kəndində yerləşən 0.07 ha həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evinin üzərində mülkiyyət hüququnun qeydiyyatı üçün zəruri olan, ölçmə işlərinin aparılmasına üçüncü şəxs DƏDRX–nin 11 saylı Ərazi İdarəsinin əməkdaşlarına cavabdehlər tərəfindən yaradılan maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 1998-ci il tarixli, 55 saylı qərarı ilə X11, İddiaçı1, X1, X3 və X12 ümumi birgə mülkiyyətinə 0.07 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində o İddiaçı1 və mərhum X13 məxsus fərdi yaşayış evləri vardır. X20 19 iyun 2021ci ildə vəfat etmişdir. Həmin torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi həm də X9 miras qalmışdır. Hazırda İddiaçı2 mərhum qardaşı X9 miras qalmış əmlaka vərəsə tanınmışdır. Lakin, Şəmkir rayonu, Düzqışlaq kəndində yerləşən 0.07 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evlərində mülkiyyət hüququ qeydə alınmadığından həmin əmlaklar mirasın kütləsinə daxil edilə bilmir, həmçinin İddiaçı1 özünə aid hissədə evə və torpaq sahəsinə mülkiyyət hüquqlarını qeydə aldıra bilmir. Ona görə onlar 03 fevral 2025-ci ildə torpaq sahəsinə və fərdi yaşayış evinə mülkiyyət hüququ əldə etmək üçün sənədləri Azərbaycan Respublikası DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə təqdim etmişdir. Lakin, torpaq sahəsi və fərdi yaşayış evində ölçmə işlərinin aparılmasına cavabdeh şərait yaratmadığından və torpaq sahəsi ilə bağlı aralarında mübahisə olduğundan DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi onun ərizəsinin icrasından imtina etmiş və məhkəməyə müraciət etməyini tövsiyə etmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, iddiaçılar iddia ərizələrində JN-314A saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə əsasında 0.07 ha həyətyanı torpaq sahəsinin X11, İddiaçı1, X10, X3 və X12 mülkiyyətlərinə verilməsini , həmin torpaq sahəsində İddiaçı1 və mərhum X16 məxsus fərdi yaşayış evlərinin olmasını, İmran Cəfərovun xx.xx.2021-ci ildə vəfat etməsini, həmin evlərin həm də İmran Cəfərovdan miras qalmasını, İddiaçı2 qardaşı İmran Cəfərovdan miras qalmış əmlaka vərəsə tanınmasını, ancaq qeyd olunan həyətyanı torpaq sahəsi üzərindəki evləri dövlət qeydiyyatına alınmadıqlarından həmin əmlakların miras kütləsinə daxil edilməməsini, həmçinin İddiaçı1 olaraq özünə aid hissədə ev və torpaq sahəsinə mülkiyyət hüquqlarını qeydə aldıra bilməməsini, DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə etdiyi müraciətə imtina edilməsini, məhkəməyə müraciət etməli olmasının bildirilməsini, bu səbəbdən ona qarşı məlum iddianı qaldırmalarını bildirmişlər. Əslində isə mübahisəli 0.07 ha torpaq sahəsində iki ailə, yəni X20 öz ailəsi ilə: özü, İddiaçı1-qardaşı qızı, X10-arvadı, X14 və X21 1994-cü ilədək yaşamışlar, 1994-cü ildə isə ailəlikcə köçüb Rusiyaya getmişlər və məlum torpaq islahatı zamanı isə kənd Sovetliyində olan təsərrüfata dair qeydiyyat əasında həmin torpaq sahəsi onlara verilmişdir. Həmin torpaq sahəsində İmranın ailəsinin yaşamış olduğu köhnə fərdi yaşayış evi İmranın atası Muxtar tərəfindən inşa edilmiş və ev olmuşdur. Artıq 30 ildir ki, İmranın ailəsi həmin evdə yaşamırlar. Həmin həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evində 2-ci ailə isə X6 ailəsi olmuşdur. Yəni, onun həyat yoldaşı olmuş, mərhum Arzuman tərəfindən 1980-ci ildə inşa edilmiş, həmin evdə Arzuman və birinci arvadı Əfşan, qızı Esmira ilə birlikdə 1983-cü ilədək yaşamışlar. Sonra isə boşanmışlar. Arzuman 1984-cü ildə Rusiyaya getməsinə görə həmin 0.07 həyətyanı torpaq sahəsində onun adı qeyd edilməmişdir. Ancaq evin biri ona məxsus olmuşdur. Onunla Arzuman 1997-ci ildə rəsmi nikaha daxil olaraq evlənib ailə qurmuşlar və birgə ailə həyatlarından xx.xx.2001-ci il təvəllüdlü Amd adlı uşaqları olmuşdur. 1998-ci ildən Arzumana məxsus olmuş evdə əri və oğlu ilə birlikdə yaşamışlar, hal-hazırda isə oğlu ilə yaşayır. Bu barədə Düzqışlaq kənd İƏD-nin təsərrüfatbaşına kitabında oğlu ilə o qeydiyyatdadır. Arzumanın 2021-ci ildə vəfatından sonra İddiaçı2 heç bir hüquqi əsası olmadan həmin evlərdən İmrana məxsus evə özbşına daxil olaraq yaşamağa başlamış, ancaq onun ögey qızı Esmiradan istifadə edərək həmin torpaq sahəsi üzərində Esmiranında mülkiyyət hüququnu qeydə aldırmaq adı ilə məlum iddianı qaldırmışalar. Onun isə iddiaya etiazının mahiyyəti isə ondan ibarətdir ki, əri mərhum Arzuman Cəfərova məxsus olan fərdi yaşayış evinə və onun ətrafındakı torpaq sahəsinə iddiaçıların ölçmə işlərini aparmağa səlahiyyətləri olmadığından onun həmin hissədə ölçməyə maneə etməyə nəzərə alınmasın Çünki, artıq əri Arzumandan qalmış miras evdə oğlu ilə birlikdə yaşayaraq ondan qalmış mirasa qanun üzrə vərəsədirlər və özü həmin evə dair qeydiyyat aparılmasını tələb edəcəkdir. İddiaçı2 məhkəmə iclası zamanı iddianı müdafiə edərək əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Şəmkir rayonu, Düzqışlaq kəndində yaşayır, cavabdeh lazımi işlərin aparılmasına imkan vermir, aidiyyəti dövlət orqanının əməkdaşlarına maneələr yaradır. Torpaq sahəsi onun ailə üzvlərinə məxsusdur, cavabdeh həmin torpaq üzərində tikilmiş evdə heç bir hüquqi əsas olmadan yaşayır və ölçmə işlərinin aparılmasına mane olur. Odur ki məhkəmədən, ölçmə işlərinin aparılmasında DƏDRX–nin 11 saylı Ərazi İdarəsinin əməkdaşlarına cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılması haqda qətnamə çıxarılmasını xahiş edir. İddaçı İddiaçı1 nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq izahatında göstərdi ki, cavabdeh lazımi işlərin aparılmasına imkan vermir, aidiyyəti dövlət orqanının əməkdaşlarına maneələr yaradır. Odur ki məhkəmədən, ölçmə işlərinin aparılmasında DƏDRX–nin 11 saylı Ərazi İdarəsinin əməkdaşlarına cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh izahatında göstərdi ki, iddia ərizəsini qəbul etməyərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.Belə ki, həmin torpaqda iki ev var, biri onun qaynatası tərəfindən tikilmiş, digəri isə vaxtilə əri Arzuman tərəfindən tikilmişdir. İddiaçılar hazırda onu həmin evdən çıxarmaq məqsədilə məhkəməyə belə bir iddia ilə müraciət etmişlər. Üçüncü şəxs DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, nümayəndənin iştirakını təmin etməmiş gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə işə iclasa gəlməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin, cavabdehin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Şəmkir rayon 1 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli 2154 saylı məktubundan görünür ki, Şəmkir rayon Düzqışlaq kəndində qeydiyyatda olan İddiaçı2 ərizəsinə əsasən xx.xx.2021-ci il ildə vəfat etmiş X11 qalmış miras əmlaka dair ərizəçinin miras qoyanla qohumluq əlaqəsini, habelə mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında xx.xx.2024-cü il tarixdə 984 saylı vərəsəlik işi açılmış məhrumun vərəsəsi İddiaçı2 müəyyənləşmişdir. Belə ki, iş materiallarında olan “Daşınmaz əmlak üzərində hüququların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, fərdi yaşayış evi üzərində mübahisəli hal aşkar edilmiş və nəticədə ölçmə işlərinin aparılması mümkün olmamışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli arxiv arayışının surətindən görünür ki, JN-314A, KOD 50414018 nömrəli şəhadətnamədən görünür ki, hesabında olan X11 adına təsərrüfatı və X20, İddiaçı1, X4, X5 və X21 olmaqla ailə üzvləri qeyd edilmişdir. Torpaq qrafasında 0.07 ha torpaq sahəsi qeyd edilib. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.2024-cü il tarixdə ölmüşdür. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X20 xx.xx.2024-cü il tarixdə ölmüşdür. İş materiallarında olan Şəmkir rayon Düzqışlaq kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli 59 nömrəli arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanda yaşayır və ailə üzvləri aşağıdakılardır: X7-xx.xx.2001. İş materiallarında olan Şəmkir rayon Düzqışlaq kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli 60 nömrəli arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanda yaşayır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, X20 öldükdən sonra onun əmlakı üzrə İddiaçı2 qanun üzrə vərəsə kimi tanınmışdır. Həmçinin mübahisəli torpaq sahəsinin iddiaçılara və onların ailə üzvlərinə məxsus olması müəyyən edilmişdir. Cavabdehin nə özünün nə də ki, mərhum əri Arzuman Rzayevin həmin torpaq sahəsinə dair hər hansı bir mülkiyyət hüquqları mövcüd deyil. Həmçinin, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, hazırda iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınmasına görə DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən müəyyən ölçmə işlərinin aparılması zərurəti yaranmış, lakin, cavabdeh heç bir əsas olmadan tərəflərin hüquqlarını pozmaqla lazımi hərəkətlərin həyata keçirilməsinə maniəçilik törətmişdir. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddianın dəlilləri əsaslıdır. Cavabdeh iddiaçının mülkiyyət hüququnu pozur, onların mülkiyyət hüququnu həyata keçirməyə mane olur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13–cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası MM–in 152.1–ci maddəsinə əsasən mülkiyyət hüququ– subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Yuxarıda qeyd olunanlar onu göstərir ki, iddiaçıların qeyd olunan əmlak üzərində mülkiyyət hüququ əldə etməyə qanuni gözləntisi var və bu gözlənti həm milli, həm də beynəlxalq hüquq baxımından mülkiyyət hüququ kimi qiymətləndirilir. Cavabdeh iddiaçıların bu hüququnu həyata keçirməyə mane olur. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçıların mübahisəli əmlak üzərində mülkiyyət hüququnu həyata keçirmək imkanı qanunla onların hüququ kimi nəzərdə tutulmuşdur. Cavabdeh isə onların bu hüququnu həyata keçirmələrinə maneçilik yaradır. İnsan Hüquqları və X8 X2 1 saylı Protokolunun 1–ci maddəsində göstərilmişdir ki, hər kəsin mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası MM–in 157.4–cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 158.1 və 158.1.2–ci maddələrinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. Həmin Məcəllənin 158.4–cü maddəsinə görə mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Ona görə də məhkəmə hesab edir ki, iddia əsaslıdır, cavabdeh tərəfindən iddiaçının mübahisəli əmlak üzərində hüquqlarını həyata keçirməsinə yaratdığı maneə aradan qaldırılmalıdır. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia təmin edilsin. Şəmkir rayonu, Düzqışlaq kəndində yerləşən 0.07 ha həyətyanı torpaq sahəsində və həmin torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evlərində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsinin əməkdaşlarının həyata keçirdiyi fəaliyyətə Cavabdeh tərəfindən yaradılan maneə aradan qaldırılsın. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nazlı Heydərova
Məhkəmə qərarları › İş №2(076)-1728/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1728/2025
01.05.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver