Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1745/2023 23.08.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi X11 qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ölçmə işlərinə qoyulan maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəmkir Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı ölçmə işlərinə qoyulan maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum X14 ilə 2015-ci ildə evlənmişdir. Birgə nikahlarından İsa adlı övladları dünyaya gəlmişdir. Şəmkir rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 56 nömrəli qərarı ilə mərhum X2 (qaynanası) və mərhum X7 (əri) mülkiyyətinə 0.22 ha həyətyanı torpaq sahəsi verilmiş və onlara JN-1177A saylı Kod 50413005 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” verilmişdir. X1 xx.xx.2003-cü ildə, əri X14 isə xx.xx.2017-ci ildə vəfat etmişlər. Mərhum əri X14 2014-cü ildə mərhum X2 vərəsəliyini qəbul etmişdir. O isə mərhum əri X7 vərəsəliyini 2017-ci ildə qəbul etmişdir. 2022-ci ildə mərhum əri X7 bacı və qardaşları ona qarşı mərhum əri X7 adına verilmiş vərəsəlik şəhadətnaməsini etibarsız hesab edilməsi tələbinə dair məhkəməyə iddia ərizəsi vermişlər. Lakin tələbləri təmin olunmamışdır. Cavabdeh onun mərhum baldızı X6 əridir. Hazırda həmin torpaq sahəsində yerləşən evdə yaşayır. Dəfələrlə həmin evdən çıxmasını tələb etsə də, lakin heç bir nəticəsi olmamışdır. Bundan sonra o həmin torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinin öz adına sənədləşdirilməsi üçün notariat kontoruna və DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmişdir. Bir neçə gün əvvəl Şəmkir rayonu Seyfəli kəndində 0.22 ha torpaq sahəsində yerləşən mərhumlar X9 və X4 məxsus torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı olaraq üçüncü şəxs DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi əməkdaşları tərəfindən ölçmə işlərinin aparılması üçün qeyd olunan torpaq sahəsinə baxış keçirmək istədikdə cavabdeh üçüncü şəxsin nümayəndəsinin ölçmə işlərinin aparılmasına maneə yaratmışdır. Ona görə də, o hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, Şəmkir rayonu Yuxarı Seyfəli kəndində mərhum X3 və X7 mülkiyyətində olan 0.22 ha həyətyanı torpaq sahəsində və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evində üçüncü şəxs DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinin əməkdaşları tərəfindən ölçmə işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi və iddianın məzmununa uyğun izahat verərək məhkəmədən təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh ərizə verərək iddia tələbini qəbul etdiyini və ölçmə işlərinin aparılmasına razı olduğunu bildirmişdir. Bu baxımdan iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və işdə olan sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materialları və məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı mərhum X14 ilə 2015-ci ildə evlənmişdir. Şəmkir rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 56 nömrəli qərarı ilə mərhum X2 (qaynanası) və mərhum X7 (əri) mülkiyyətinə 0.22 ha həyətyanı torpaq sahəsi verilmiş və onlara JN-1177A saylı Kod 50413005 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” verilmişdir. X1 xx.xx.2003-cü ildə, əri X14 isə xx.xx.2017-ci ildə vəfat etmişlər. Mərhum əri X14 2014-cü ildə mərhum X2 vərəsəliyini qəbul etmişdir. O isə mərhum əri X7 vərəsəliyini 2017-ci ildə qəbul etmişdir. 2022-ci ildə mərhum əri X7 bacı və qardaşları ona qarşı mərhum əri X7 adına verilmiş vərəsəlik şəhadətnaməsini etibarsız hesab edilməsi tələbinə dair məhkəməyə iddia ərizəsi vermişlər. Lakin tələbləri təmin olunmamışdır. Cavabdeh onun mərhum baldızı X6 əridir. Hazırda həmin torpaq sahəsində yerləşən evdə yaşayır. İddiaçı həmin torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinin öz adına sənədləşdirilməsi üçün notariat kontoruna və DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmişdir. Şəmkir rayonu Seyfəli kəndində 0.22 ha torpaq sahəsində yerləşən mərhumlar X9 və X4 məxsus torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı olaraq üçüncü şəxs DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi əməkdaşları tərəfindən ölçmə işlərinin aparılması üçün qeyd olunan torpaq sahəsinə baxış keçirmək istədikdə cavabdeh üçüncü şəxsin nümayəndəsinin ölçmə işlərinin aparılmasına maneə yaratmışdır. Hazırda cavabdeh ölçmə işlərinin aparılmasına maneə yaratmayacagını bildirdi. 6 oktyabr 2010-cu il tarixli “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nin 2.3.3-cü maddəsinə əsasən mərzçəkmə işləri torpaq sahələrinə dair sənədlərə əsasən sərhədlər yerdə (naturada) müəyyən olunmamış olduqda aparılır. Həmin qaydaların 5.3-cü maddəsi ilə fiziki və hüquqi şəxslər tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada (hüquqları dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələri istisna olmaqla) yeni torpaq sahələri əldə edildikdə, torpaq sahələrinə dair sənədlərə əsasən sərhədlər yerdə (naturada) müəyyən olunmamış olduqda, hüquqları dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinin bir hissəsi alınıb-satıldıqda, bölündükdə, dəyişdirildikdə, bağışlandıqda, torpaq sahələrinin sərhədlərinin bərpası zamanı sərhədlərdə mübahisə olduqda, fiziki və hüquqi şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaqlarda yerdə mərz nişanları və torpaq sahələrinə aid olan tanınma nişanları itirildikdə, habelə fərdi yaşayış evlərinin tikintisi üçün vətəndaşlara ayrılmış torpaqlarda, həyətyanı sahələrdə, fərdi bağların altındakı torpaq sahələrində mərzçəkmə işləri müvafiq ərizə (sifariş və ya tapşırıq) əsasında yerinə yetirilir və bu hallarda texniki layihə hazırlanmır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67.3-sü maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4–cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 158.1 və 158.1.2–ci maddələrinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. Həmin Məcəllənin 158.4–cü maddəsinə görə mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməli, ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 233 -ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. JN-1177A saylı Kod 50413005 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə əsasən verilmiş Şəmkir rayonu Yuxarı Seyfəli kəndində yerləşən 0.22 ha həyətyanı torpaq sahəsində və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evində mülkiyyət hüququnun qeydiyyatı üçün zəruri olan ölçmə işlərinin aparılmasına qoyulan maneə Cavabdeh tərəfindən aradan qaldırılsın. Ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şəmkir rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №2(076)-1745/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1745/2023
23.08.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver