Məhkəmə qərarları › İş №2(076)-1746/2023

Şəmkir Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(076)-1746/2023

22.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1746/2023 22.08.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə qiyabi icraat qaydasında məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona dəymiş 1550 manat məbləğində pulun və ödənilmiş 36 manat dövlət rüsumunun tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehi 2022-ci ilin noyabr ayında yaşadığı ünvanda tikinti işlər aparılması üçün dəvət etdi. Cavabdehlə həmi hasar çəkilməsi və 2 otaqlı əldamının tikilməsini və hörgünün aparılması üçün kv.m 8 manata razılaşdılar. Razılaşmalarına əsasən yemək puluda 8 manata daxil idi. Sonra cavabdeh ondan işə başlamamışdan danışıq apardıqları gün beh olaraq 300 manat pul istədi. Oda cavabdehə 300 manat pul verdi. xx.xx.2022-ci ildə cavabdeh işə başladı. Cavabdeh işə başlayarkən yanında usta kimi Şahin adlı şəxs və iki fəhlə olmuşdur. Cavabdeh 2-3 gün işlədikdən sonra ona kreditinin olduğunu bildirərək 700 manat pul istədi. O da cavabdehə 700 manat pulu verdi. Bir neçə gün sonra isə işə gəlmədiyi gün ona zəng edərək həyat yoldaşının xəstə olduğunu bildirərək 200 manat göndərməyini xahiş etdi. Oda 200 manat pulu taksi ilə yaşadığı ünvana Zəyəm qəsəbəsinə göndərdi. Bundan başqa cavabdeh ayrı ayrıldıqda müxtəlif vaxtlarda yəni işlədiyi vaxtda (300, 700 və 200 manatdan əlavə olaraq) 350 manat pul vermişdi. Ancaq cavabdeh 4-5 gün işlədikdən sonra işə gəlmədi. Bir neçə gün isə günün yarsınadək işləyib getdi. Cavabdehə nə üçün işləmədiyini soruşduqda ona müxtəlif bəhanələr gətirərək sualına cavab vermirdi. Bir müddət sonra isə cavabdeh ümumiyyətlə işə gəlmədi. Cavabdehə telefonla əlaqə saxlayıb işini görəməyini işini görmədiyi halda isə pulu geri qaytarmağını tələb etdi. Lakin cavabdeh nə iş görməyəcəyini nədə pulu qaytarmayacağını bildirdi. Budan başqa hörgü işinin aparılması üçün ayaq altını icarəyə götürmüşdü və buna görədə 200 manat pul ödəmək məcbriyyətində qaldı. Qeyd edir ki hazırda tikinti işi cavabdehin təqsirindən dayanmışdır. Cavabdeh isə pulu qaytarmadığından tikinti işlərini davam etdirə bilmir. Cavabdehin etdiyi hərəkətlərə görə polis şöbəsinə müraciət etsə də ona pulun tələb olunması üçün məhkəməyə müraciət etməyi tövsüyyə olundu. Qeyd edir ki onun cavabdehə verdiyi pulları təsdiq edəcək şahidləri var və həmin şahidləri məhkəmə iclasına gətirəcək. Yuxarda qeyd olunanlara görə də, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qaldı. Mülki iş məhkəmənin icraatında olarkən, İddiaçı iddia tələbinin azaldılmasına dair ərizə təqdim edərək, görülmüş işlərin cavabdehin işçisi olan Şahin adlı şəxsin iştirakı ilə ölçülərək hesablandığını, əsasən onların gördüyü işlər 60 metr hörgü olmaqla metrəsi 8 manatdan 480 manat, 20 manat hasarın təməli üçün dəmir tor yığılması üçün, 50 manat evin giriş darvazasının üstünə dəmir tor yığılması olmaqla cəmi qiymətinin 550 manat olmasını müəyyən etmişlər. Həmin məbləği iddia ərizəsində tələb etdiyi məbləğdən çıxmış və hazırda cavabdehdən 1000 manat borc məbləği və 30 manat dövlət rüsumunun tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi və məhkəməyə ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirdi. Əlavə olaraq göstərdi ki, onlar 2022-ci ilin oktyabr ayında evlərini tikdirmək istəmişlər. Onlar Şəmkir rayonu Zəyəm qəsəbəsindən Rövşən adlı usta tapmışlar. İlk əvvəl Rövşən ondan beh kimi 300 manat almış, sonra 2 gün işləmiş və işə gəlməmişdir. Həmin vaxt o, Rövşənə zəng vurub işə gəlməməsini soruşmuşdur. Rövşən ona arvadının xəstə olduğunu ona görə gələbilmiyəcəyini, ona pul lazım olduğunu bildirmişdir. O da gələcəkdə görəcəyi işin müqabilində ona pul verməyə razı olmuş, Rövşən onun yaşadığı evə gələrək 700 manat pulu ondan almışdır. Daha sonra Rövşən yenidən işə gəldikdə ona aldığı kreditin ödənişi üçün ondan 300 manat pul istəmiş, o da Rövşənə 300 manat pul vermişdir. Bundan sonra Rövşən yemək pulu qurtardığı üçün təkrar ondan 250 manat pul istəmiş, o da ona 250 manat pul vermişdir. Cəmi onun tərəfindən cavabdehə 1550 manat pul verilmişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq Cavabdeh aldığı pulun müqabilində razılaşdıqları işləri görməmiş, natamam qoymuşdur. Cavabdehdən yarımçıq qoyduğu işi tamamlamasını və ya aldığı pulu qaytarmasını xahiş etməsinin heç bir nəticəsi olmamışdır. Bundan sonra cavabdehin gördüyü işləri cavabdehin işçisi olan Şahin adlı şəxsin iştirakı ilə ölçülmüş və birgə hesablamışlar. Onların Şahinlə birgə hesablamalarına əsasən cavabdehin gördüyü işlər 60 metr hörgü olmaqla metrəsi 8 manatdan 480 manat, 20 manat hasarın təməli üçün dəmir torun yığılması, 50 manat evin giriş darvazasının üstünə dəmir torun yığılması olmaqla cəmi 550 manat olması müəyyən etmişlər. Həmin məbləği iddia ərizəsində tələb etdiyi məbləğdən çıxmış və hazırda cavabdehdən 1000 manat borc məbləği və 30 manat dövlət rüsumunun tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirdi ki, o bacısı İddiaçı və atası ilə Şəmkir rayonu, Qədimqala kədində yaşayır. Rövşəni hasar və ev hörmək üçün usta olaraq tapmış və kvadratını 8 manata danışmışlar. O dəfələrlə onlardan müxtəlif səbəblərlə 300, 300, 700 və 250 manat olmaqla pullar almışdır. Daha sonra Rövşən onlardan təkrar pul istəmiş, onlar pul vermədiklərinə görə Rövşən və onunla işləyənlər sakit şəkildə avadanlıqlarını gizli yığıb getmişlər. Onlar Rövşənin evinə getmiş, cavabdeh belə işləməyin ona sərf etmədiyini bildirib, işləməyəcəyini bildirmişdir. Onlar cavabdehdən verdikləri pulu istədikdə, Rövşən pulu verəcəyini bildirmişdir. Lakin keçən bu müddət ərzində onların pulunu verməmiş, yarımçıq qoyduğu işini tamamlamamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, o iddiaçının və ailə üzvlərinə məxsus köhnə evin ara barılarını sökmüş, Cavabdeh isə onun sökdüyü yerin üstündən yeni hasar tikmişdir. Onun şahidi olduğu budur ki, Cavabdeh tikintini yarımçıq qoyub getmiş, iddiaçı Xəyalədən 1550 manat pul almış, dəfələrlə bildirilməsinə baxmayaraq yarımçıq işini gəlib görməmişdir. Bundan sonra o, cavabdehin gördüyü işləri cavabdehin işçisi olan Şahin adlı şəxsin iştirakı ilə ölçülmüş və birgə hesablamışlar. Şahinlə birgə hesablamalarına əsasən cavabdehin gördüyü işlər 60 metr hörgü olmaqla metrəsi 8 manatdan 480 manat, 20 manat hasarın təməli üçün dəmir torun yığılması, 50 manat evin giriş darvazasının üstünə dəmir torun yığılması olmaqla cəmi 550 manat olmasını müəyyən etmişlər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, lakin heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddiaçının ərizəsinə əsasən cavabdehin iştirakı olmadan işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-in 238.1-ci maddəsinin tələblərinə əsasən iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə, iddiaçının izahatını və şahidlərin ifadəsini dinləyərək, iddiaçı tərəfindən təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Beləliklə, məhkəmə baxışında müəyyən edildi ki, iddiaçı X1 Cavabdeh ilə aralarında olan razılaşmaya əsasən, tikinti işlərinin görülməsi üçün iddiaçı cavabdehə pul vermiş və bu pulun müqabilində cavabdeh iddiaçıya hasar və ev tikməyi öhdəsinə götürmüşdür. İddiaçı cavabdehə 1550 manat pul vermiş, cavabdeh aldığı pulun müqabilində 550 manat dəyərində iş görmüşdür. Lakin hazırki vaxtadək cavabdeh öhdəliyə əməl etməmiş aldığı 1000 manat pulu qaytarmamış və həmin pulun müqabilində heç bir iş görməmişdir. İddiaçı cavabdehdən öhdələyini icra etməyi, əksi halda ona verdiyi pulun geri ödənilməsini tələb etsə də, Cavabdeh könüllü olaraq öhdəsinə götürdüyü işi görməmiş və ya iddiaçıdan aldığı pulu geri qaytarmamışdır. Məhkəmə qeyd edir ki, iş üzrə tərəflər arasında tikinti işlərinin görülməsi ilə bağlı şifahi razılığa gəlinmiş, cavabdeh iddiaçı ilə olan şifahi razılaşmanın şərtlərinə əməl etməyək aldığı pulun məbləğinə uyğun tikinti işləri görməmiş, gördüyü işin dəyərindən artıq məbləğdə pul alaraq tikinti işlərini yarımçıq qoymuş, iddiaçıdan aldığı pulu geri qaytarmamışdır. Bununla da cavabdeh iddiaçıdan hər hansı qanuni və ya müqavilə əsası olmadan 1000 (bir min) manat məbləğində pul alaraq onun hesabına əsassız varlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1091-ci maddəsinə görə, öhdəliyə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası təmin edilməli, Cavabdeh 1000 (bir min) manat və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 241.1-ci maddəsinı görə qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216- 220, 357-360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. Cavabdeh 1000 (bir min) manat pul və məhkəmə xərci olaraq 30 (otuz) manat dövlət rüsumu alınaraq, İddiaçı ödənilsin. Cаvаbdeh qiyabi qətnаmənin оna rəsmi qаydаdа verilməsindən sоnrа 10 (on) gün müddətində həmin qətnаmənin ləğvi üçün Şəmkir Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyаbi qətnаmədən bu qətnаmənin ləğvi üçün ərizə verilməsi və оnа bаxılmаsı müddəti bitdikdən sоnrа, qətnamənin verildiyi vaxtdan 1(bir) аy müddətində Şəmkir Rayon Məhkəməsi vаsitəsi ilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəşad Mustafayev Əsli ilə düzdür: Hakim Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar