Məhkəmə qərarları › İş №2(076)-177/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-177/2024

09.01.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-177/2024 09.01.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Vəlizadə Rövşən Nazim oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının çıxarılması” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehə məxsus cehiz əşyalarının ona məxsus ünvan 1 ünvanından çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçıya məxsus mənzilə 2022-ci ildə oğlu Elmarla ailə qurub gəlin köçüb. Cehiz əşyalarını isə ona məxsus mənzilə gətirmişdir. Oğlu ilə cavabdehin rəsmi nikahları olmayıb. Artıq 6 aydır ki, faktiki ayrılıblar və ər-arvad münasibətlərini kəsiblər. Yenidən barışıb ailələrini bərpa etmək mümkün deyil. Cavabehə məxsus cehiz əşyaları iddiaçıya məxsus mənzildədir. Dəfələrlə cavabdehə cehiz əşyalarını aparması barədə müraciət etsə də müraciəti nəticəsiz qalmışdır. Ona görə də cavabdehin ona məxsus evdən əşyalarının məhkəmə qaydasında çıxarılmasını istəyir. Cavabdehə məxsus əşyalar aşağıdakılardır: qonaq dəsti, stol-stullar, televizor altı, termo, servant, yataq dəsti, çarpayı, şfaner, sandıqça, 2 ədəd tumbuçka, termo, mətbəx dəsti, soyuducu, paltar yuyan maşın, prixoja şkafı. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddianın təmin edilməsi və cehiz əşyalarının onun evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılsa da, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan 01.09.202-cü il tarixli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki,cehiz ə.yalarının çıxarılması və nəvəilə ünsiyyəttələbi ilə bağlı tərəflərarasında mediasiya sessiyası keçirilmiş, sessiyada iddiaçı iştirak etmiş və 50 manat mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir. İş materiallarında olan 06.09.223-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, iddiaçı iddia ərizəsi verəndə 50 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: -Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka(əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasın məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. İşin mübahisəsiz halı ondan ibarət olmuşdur ki, ünvan 2 ünvanında yerləşən mənzil İddiaçı xüsusi mülkiyyətindədir və hazırda həmin mənzildə cavabdehə məxsus cehiz əşyaları mövcuddur. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cehiz əşyaları qonaq dəsti, stol-stullar, televizor altlığı, termo, servant, yataq dəsti, çarpayı, şifoner, sandıqça, 2 ədəd tumboçka, termo, mətbəx mebeli, soyuducu, paltaryuyan maşın, prixoja şkafından ibarətdir. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub – olmamasını araşdırmalıdır. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçı qeyd edilən mənzilin mülkiyyətçisi olduğundan hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Hazırkı iddianın hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsi təşkil edir. Həmin maddənin dizposiyasından görünür ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi iddiaçının ona məxsus mənzildən istədiyi kimi istifadə etmək hüququ vardır. Cavabdehin cehiz əşyalarının iddiaçının iradəsinə zidd şəkildə orada yerləşməsi onun mülkiyyət hüququna müdaxilə etməklə, əmlakdan maneəsiz istifadə etmək hüququnu məhdudlaşdırır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Marks Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, “əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir” Odur ki, iddia təmin edilməli, ünvan 2 ünvanında yerləşən mənzildən cavabdehin əşyaları çıxarılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı mülkiyyətində Şəmkir rayonu, Kür qəsəbəsi, Səməd Vurğun küçəsi, bina 5 ünvanında yerləşən 9 saylı mənzildən Cavabdeh məxsus cehiz əşyaları - qonaq dəsti, stol-stullar, televizor altı, termo, servant, yataq dəsti, çarpayı, şfaner, sandıqça, 2 ədəd tumbuçka, termo, mətbəx dəsti, soyuducu, paltar yuyan maşın, prixoja şkafı çıxarılsın. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar