Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-1776/2023 08.05.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızı, iddiaçı X2 Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə baxaraq, müəyyənetdi: İddiaçı X3 Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət etmişlər. İddia ərizəsini öyrənərkən müəyyən edilmişdir ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən iddia ərizəsində işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları göstərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Məhkəmə qeyd edir ki, MPM-in 149.2.2-ci maddəsində işdə iştirak edən şəxsin adı dedikdə, Mülki Məcəllənin 26.1-ci maddəsində nəzərdə tutulan mənada fiziki şəxsin adı, ata adı və soyadı nəzərdə tutulur. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçının ad, soyadı X1 göstərilsə də, cavabdehin soyadı iddia ərizəsində düzgün qeyd olunmadığından onun şəxsiyyətini müəyyən etmək mümkün deyil. Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinin tələbinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinin tələbinə əsasən, iddia ərizəsinin qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə iddiaçıya izah edir ki, o soyadını, ata adını və onun qeydiyyatda olduğu ünvanı dəqiqləşdirməklə məhkəməyə iddia ərizəsi ilə təkrarən müraciət edə bilərlər. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 149, 152, 263 və 264-cü rəhbər tutaraq, məhkəmə q ə r a r a a l ı r: İddiaçı X2 Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-1776/2023
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-1776/2023
08.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver