Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1783/2024 12.06.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “1388 manat pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “1388 manat pul” tələbinə dair iddia qaldıraraq, Cavabdeh ona olan 1388 (min üç yüz səksən səkkiz) manatın eləcə də ödədiyi 34 (otuz dörd) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o uzun illərdir ki, cavabdehi tanıyır. Şəmkir şəhəri ərazisində "Güneş" ticarət mərkəzində mebel satışı ilə məşğul olur. xx.xx.2023-cü ildə cavabdeh ondan müqavilə əsasında 1 (bir) illik müddətində 1608 (min altı yüz səkkiz) manat dəyərində soyuducu götürmüş, daha sonra yazılı qəbz əsasında hər ay 134 manat ödəməyə razılaşmışdır. Hal hazıradək cavabdeh həmin borcdan 220 (iki yüz iyirmi) manat pul ödəmişdir. 1388 (bir min üç yüz səksən səkkiz) manat borcu vardır. Halhazırda cavabdeh müxtəlif bəhanələrlə borcunu ödəməkdən boyun qaçırır. Cavabdehə pretenziya qaydasında tərəfindən xx.xx.2023-cü ildə xəbərdarlıq məktubu göndərilmişdir. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilənlərə əsasən Cavabdeh ona olan 1388 (bir min üç yüz səksən səkkiz) manatın eləcə də ödədiyi 34 (otuz dörd) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək 1388 manat pulun və ödədiyi 34 manat dövlət rüsumunun tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək, bildirdi ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi mağazada ümumiyyətlə olmamışdır. Belə ki, onun həyat yoldaşı qeyd edilən mağazada olmuş, mağazadan qeyd edilən malları alsa da həmin malları evə gətirməyərək satmışdır. Həyat yoldaşı malları aldıqdan sonra ona müqaviləyə imza etməsi üçün sənədləri evə gətirmiş, sənədləri evdə imzalamışdır. Qeyd edilən malları o ümumiyyətlə görməmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023cü il tarixli 56 nömrəli qiymətlərin razılaşdırılması və malın təhvil təslim aktından görünür ki, alıcı Cavabdeh satıcı İddiaçı 1608 manat dəyərində 2 dəst “ELEKTİRONİKA” məhsulunu satıcı təhvil almışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 56 nömrəli pərakəndə alqı-satqı müqaviləsindən və onun 1 nömrəli əlavəsindən görünür ki, Cavabdeh satıcı İddiaçı qiyməti 1608 manat malları almışdır və 134 manat 12 ay müddətində ödəniş edilməsini öhdəsinə götürmüşdür. Birinci ay 220 manat ödəniş edilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən cavabdehə ünvanlanmış məktubdan görünür ki, iddiaçı cavabdehə xəbərdarlıq edərək, müqaviləsi üzrə olan borcun ödənilməsini tələb etmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İddiaçının izahatından və işə əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, tərəflər arasında yazılı formada bağlanmış ödəmə müqaviləsinə əsasən iddiaçı cavabdehə 1608 manat dəyərində soyuducunu nisyə qaydada satmışdır. Daha sonra cavabdeh həmin borcdan ilkin ödəniş kimi bir dəfə 220 manat ödəniş etmiş və onun iddiaçıya cəmi 1388 manat borcu qalmışdır. Öhdəliyin mövcud olması öz təsdiqini tapdığından malın təhvil verilməməsini sübuta yetirmək vəzifəsi borclunun üzərinə düşür. Cavabdeh malın təhvil verilməməsi ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. İddiaçı Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən nisyə satılmış malın ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də qətnamə qəbul edilərək cavabdehdən 1388 manat pul alınıb iddiaçıya verilməlidir. İş üzrə məhkəmə xərci iddiaçı tərəfindən ödənilmiş 34 manat dövlət rüsumundan ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə 1388 (bir min üç yüz səksən səkkiz) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 34 (otuz dörd) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-1783/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1783/2024
12.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver