Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1784/2024 18.07.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 3555 (üç min beş yüz əlli beş) manat pulun eləcə də ödədiyi 36 (otuz altı) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o uzun illərdir ki, cavabdehi tanıyır. Şəmkir şəhəri ərazisində "Güneş" ticarət mərkəzində mebel satışı ilə məşğul olur. xx.xx.2022-ci ildə cavabdeh ondan müqavilə əsasında 1 (bir) illik müddətində 3200 (üç min iki yüz) manat dəyərində mebel, daha sonra yazılı qəbz əsasında 1780 manat dəyərində televizor, soyuducu və qaz sobası götürmüşdür. Hal hazıradək cavabdeh həmin borcdan 1425 (min dörd yüz iyirmi beş) manat pul ödəmişdir. 3555 (üç min beş yüz əlli beş) manat borcu vardır. Hal-hazırda cavabdeh müxtəlif bəhanələrlə borcunu ödəməkdən boyun qaçırır. Cavabdehə pretenziya qaydasında xx.xx.2024-cü ildə xəbərdarlıq məktubu göndərilmişdir. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilənlərə əsasən Cavabdeh ona olan 3555 (üç min beş yüz əlli beş) manatın eləcə də ödədiyi 36 (otuz altı) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022ci il tarixli 303 nömrəli pərəkəndə alqı-satqı müqaviləsinin, onun əlavə 2 olan qiymətlərin razılaşdırılması və malın təhvil təslim aktından görünür ki, alıcı Cavabdeh satıcı İddiaçı 3200 manat dəyərində 1 dəst “televizor, soyuducu, paltaryuyanş, qaz peçi” məhsulunu təhvil almışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli yazılı müqavilədən görünür ki, Cavabdeh dəyəri 1200 olan paltar yuyan maşını götürmüşdür. İş materiallarından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə İddiaçı 12 ay ərzində hissə-hissə ödəmək şərti ilə dəyəri 1200 manat olan paltaryuyan maşın götürmüşdür, cəmi borcu 4050 manat olmuşdur. İş materiallarından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə mebel mağazasından dəyəri 580 manat olan TVE götürmüşdür, gecikmədən əlavə 3655 manat borcu olmuşdur. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh 3200 manat məbləği 12 ay müddətində aylıq ödəniş 267 manat, son ay 263 manat olmaqla ödəməyi öz öhdəsinə götürmüşdür, cəmi 1425 manat ödəmişdir (birinci ay 350 manat, ikinci ay 350 manat, üçüncü ay 525 manat, dördüncü ay 200 manat olmaqla) İş materiallarında olan iddiaçı tərəfindən cavabdehə ünvanlanmış məktubdan görünür ki, iddiaçı cavabdehə xəbərdarlıq edərək, müqaviləsi üzrə olan borcun ödənilməsini tələb etmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İddiaçının izahatından və işə əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, tərəflər arasında yazılı formada bağlanmış ödəmə müqaviləsinə əsasən iddiaçı cavabdehə 3200 manat dəyərində malları satmışdır. Daha sonra cavabdeh iddiaçıdan dəyəri 1200 manat olan paltaryuyan maşın almış və iddiaçıdan dəyəri 580 manat olan televizor almış və cəmi 1425 manat ödəniş etmişdir. Onun iddiaçıya cəmi 3555 manat borcu qalmışdır. Öhdəliyin mövcud olması öz təsdiqini tapdığından malın təhvil verilməməsini sübuta yetirmək vəzifəsi borclunun üzərinə düşür. Cavabdeh malın təhvil verilməməsi ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. İddiaçı Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən nisyə satılmış malın ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də qətnamə qəbul edilərək cavabdehdən 3555 manat pul alınıb iddiaçıya verilməlidir. İş üzrə məhkəmə xərci iddiaçı tərəfindən ödənilmiş 36 manat dövlət rüsumundan ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh alqı-satqı müqaviləsi üzrə 3555 (üç min beş yüz əlli beş) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 36 (otuz altı) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-1784/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1784/2024
18.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver