Məhkəmə qərarları › İş №2(076)-18/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-18/2025

17.03.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-18/2025 17.03.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi İddiaçı: İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı tikinti işlərinin aparılmasına yaradılan maneənin aradan qaldırılması, maddi və mənəvi ziyan tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, X4, Cavabdeh3 və Cavabdeh4 qarşı tikinti işlərinin aparılmasına yaradılan maneənin aradan qaldırılması, maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 tərəfindən o, iddiaçıya mülkiyyət hüququ ilə məxsus olan Şəmkir rayonunun Şiştəpə kəndində yerləşən, xx.xx.2015-ci ildə üçüncü şəxs tərəfindən dövlət qeydiyyatına alınmış, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində seriya RX ******* saylı Çıxarışda göstərilən 0.798 ha həyətyanı torpaq sahəsində tikinti işlərinin aparılmasına yaradılan maneənin aradan qaldırılmasına, 2000 (iki min) manat dəyərində maddi ziyanın, 3000 (üç min) manat dəyərində mənəvi zərərin, 70 (yetmiş) manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınıb ona verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər onun həmkəndliləridir. Onlar ona mülkiyyət hüququ ilə ona məxsus olan Şəmkir rayonunun Şiştəpə kəndində yerləşən 0.798 ha həyətyanı torpaq sahəsinin qonşuluğunda yaşayırlar. Cavabdehlər ona onların yaşadığı evin qonşuluğunda yerləşən 0.789 ha həyətyanı torpaq sahəsində tikinti işləri aparmağa maneə yaradırlar. Tikinti işləri aparmaq istədiyi həyətyanı torpaq sahəsinin cavabdehlərə heç bir aidiyyəti yoxdur. Həmin torpaq sahəsi ilə bağlı onun hüquqları 13 mart 2015-ci ildə dövlət qeydiyyatına alınmış və bu barədə onun adına müvafiq Çıxarış tərtib olunmuşdur. Hesab edir ki, cavabdehlərin yaratdığı maneə heç bir hüquqi əsas olmadan onu əmlakından məhrum edir. Onun maddi ziyan çəkməsinə səbəb olur. Belə ki, cavabdehlər ona maneə yaratdıqları üçün o məcbur olub hazırki iddia ilə məhkəməyə müraciət edib, vəkil xidmətindən istifadə etmiş, vəkil xidmət haqqı ödəmiş, notariat rüsumları ödəmiş, eyni zamanda məcbur olub dövlət rüsumu ödəmişdir. Həmin torpaq sahəsinə 1000 ədəd daş gətirmişdir. Daşı torpaq sahəsinə tökmüşdür. Lakin, cavabdehlər onunla mübahisə etmişlər. Onu məcbur edib həmin daşları ərazidən yığdırmışlar. Onun tikinti işləri aparmasına maneə yaratmışlar. Cavabdehlərin ona vurmuş olduqları maddi ziyanı iki min manat hesab edir (buraya daxildir 500 manat vəkil xidmət haqqı, etibarnaməyə görə ödəmiş olduğu 17 manat 25 qəpik notariat rüsumu, 780 manat daşın pulu, 80 manat fəhlə pulu, 70 manat dövlət rüsumu, nəqliyyat xərlcəri və s.) Hesab edir ki, cavabdehlərin təqsiri ucbatından o həm əsassız yerə məhkəmə çəkişmələrinə cəlb olunmuş, həm maddi ziyan, həm də mənəvi ziyan çəkmişdir. Hesab edir ki, ona dəymiş 2000 manat dəyərində maddi ziyan və 3000 manat dəyərində mənəvi ziyan cavabdehlər tərəfindən ödənilməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, Cavabdeh2 cavabdehlər sırasından çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə məhkəmə iclası zamanı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdehlər və üçüncü şəxsin nümayəndəsi gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə işə cavabehlərin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan Seriya RX ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, Şəmkir rayonu Şiştəpə kəndində yerləşən 0.0798 ha həyətyanı torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. İşdə olan xx.xx.2015-ci il tarixli, AA 004824 saylı Torpaq sahəsinin planı və ölçüsünün təsdiqlənmiş surətindən görünür ki, Şəmkir rayonu Şiştəpə kəndi ərazisində 0.0798 ha həyətyanı torpaq sahəsi İddiaçı adına qeyd edilmişdir. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)- 953/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı X1 cavabdehlər X2 və İddiaçı qarşı alqı-satqı müqaviləsinin əhəmiyyətsiz əqd hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi barədə Şəmkir Rayon Məhkəməsinin 2(076)-375/2023 saylı, 27 fevral 2023-cü il tarixli qətnaməsindən iddiaçı Cavabdeh1 verdiyi apellyasiya şikayəti təmin edilməmiş və Şəmkir Rayon Məhkəməsinin 2(0760-375/2023 saylı, 27 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-4017/2024 saylı qərarından görünür ki, həmin qərarla Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)- 953/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-953/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, Şəmkir rayonu Şiştəpə kəndində yerləşən 0.0798 ha həyətyanı torpaq sahəsi Seriya RX ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında İddiaçı mülkiyyətinə verilmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 isə həmin torpaq sahəsi ilə bağlı hər hansı hüquqları olmamasına baxmayaraq, torpaq sahəsində tikinti işləri aparılmasına müdaxilə etmişlər, İddiaçı torpaq sahəsi üzərində sahiblik və istifadə hüquqlarını həyata keçirməyə mane olmuşlar. Bu səbəbdən iddiaçı onlara qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub– olunmadığını müəyyən edir. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddianın dəlilləri əsaslıdır. Cavabdehlər iddiaçının mülkiyyət hüququnu pozur, onun mülkiyyət hüququnu həyata keçirməyə mane olurlar. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 158.4 cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84–cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Beləliklə, məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, Şəmkir rayonu Şiştəpə kəndində yerləşən və İddiaçı mülkiyyətində olan 0.0798 ha həyətyanı torpaq sahəsində tikinti işlərinin aparılmasına cavabdehlər tərəfindən qoyulan maneə aradan qaldırılmalıdır. Məhkəmə, həmçinin iddia tələbinin 2000 (iki min) manat maddi ziyan tələbinə dair hissəsini qismən əsaslı hesab edir. Belə ki, işdə olan “Hüquqi yardımın göstərilməsi haqqında” xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, X3 ilə Şəmkir Rayon Vəkil Bürosunun vəkili Nümayəndə arasında mülki iş üzrə hüquqi yardımın göstərilməsinə dair müqavilə bağlanmışdır. İşdə olan ödəmə qəbzindən görünür ki, X3 xx.xx.2022-ci il tarixdə Şəmkir Rayon Vəkil Bürosunun vəkili Nümayəndə hesabına 500 manat pul ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121–ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hazırki mülki işin hallarını və iddiaçının nümayəndəsinin işdə iştirakını hərtərəfli araşdıraraq, hazırki iş üzrə cavabdehdən vəkil xidmət haqqının əvəzi kimi 300 manat pulun alınıb iddiaçıya verilməsini daha məqsədə müvafiq hesab edir. Məhkəmə işin müəyyən olunmuş hallarına və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək iddia tələbinin mənəvi zərər və maddi ziyanın digər hissələri ilə bağlı qeyd edir ki, iddiaçı nəqliyyat xərcləri çəkdiyini, notariat hərəkətlərinin aparılması ilə bağlı rüsumlar ödədiyini, 780 manat daşa pul verdiyini, 80 manat fəhlə pulu verdiyini, həmçinin 3000 manat mənəvi zərər çəkdiyini göstərsə də, həmin halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddianın 3000 (üç min) manat mənəvi zərər və maddi zərərlə bağlı digər hissələri əsassız olduğundan təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia qismən təmin edilsin. Seriya RX ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış” əsasında İddiaçı mülkiyyətində olan və Şəmkir rayonu, Şiştəpə kəndində yerləşən 0.0798 ha həyətyanı torpaq sahəsində tikinti işlərinin aparılmasına cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 tərəfindən yaradılan maneə aradan qaldırılsın. Ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 70 (yetmiş) manat dövlət rüsumu və 300 (üç yüz) manat vəkil xidmət haqqı alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar