Məhkəmə qərarları › İş №2(076)-1815/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1815/2023

12.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1815/2023 12.07.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh və Zamin qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh və Zamin qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehlərdən 13 fevral 2015–ci il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə 239,29 ABŞ dolları əsas kredit borcu, 256,14 ABŞ dolları faiz borcu, 2.626,25 ABŞ dolları cərimə borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014–cü il tarixli Plenum qərarına əsasən hesablanmış 31,74 ABŞ dolları faiz borcu olmaqla, cəmi 3.153,42 ABŞ dolları məbləğində pulun və ödənilmiş 73,61 manat dövlət rüsumunun müştərək qaydada alınıb iddiaçı banka verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı bank tələbini onunla əsaslandırmışdır ki, bankla Cavabdeh arasında bağlanmış 13 fevral 2015–ci il tarixli ********* nömrəli kredit müqaviləsinə əsasən bank cavabdehə 24 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 8.900 ABŞ dolları məbləğində kredit vermişdir. Kredit müqaviləsinin icrasının təminatı kimi digər cavabdeh Zamin ilə eyni tarixdə zaminlik müqaviləsi bağlanmış və o, zamin durmuşdur. xx.xx.2015–ci il tarixli əlavə sazişə əsasən kreditin qalıq məbləği 8.381,20 ABŞ dolları müəyyən edilmiş, kreditin müddəti xx.xx.2017–ci il tarixədək müəyyən edilmişdir. Həmçinin, xx.xx.2017–ci il tarixli 02 saylı əlavə sazişə əsasən kreditin qalıq məbləği 9.144,28 ABŞ dolları müəyyən edilmiş, kreditin müddəti xx.xx.2020–ci il tarixədək müəyyən edilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh hər ay krediti faizləri ilə birlikdə qaytarmalı olmasına baxmayaraq, öhdəliyinə əməl etməmiş, borcunun bir qismini ödəsə də, qalan borcunu ödəməkdən imtina etmişdir. Nəticədə onun xx.xx.2023–cü il tarixədək 239,29 ABŞ dolları əsas kredit borcu, 256,14 ABŞ dolları faiz borcu, 2.626,25 ABŞ dolları cərimə borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014–cü il tarixli Plenum qərarına əsasən hesablanmış 31,74 ABŞ dolları faiz borcu olmaqla, cəmi 3.153,42 ABŞ dolları borcu qalmışdır. Dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh borcunu ödəməkdən yayınmışdır. Odur ki, iddianın təmin olunaraq cavabdehlərdən 239,29 ABŞ dolları əsas kredit borcu, 256,14 ABŞ dolları faiz borcu, 2.626,25 ABŞ dolları cərimə borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014–cü il tarixli Plenum qərarına əsasən hesablanmış 31,74 ABŞ dolları faiz borcu olmaqla, cəmi 3.153,42 ABŞ dolları məbləğində pulun və ödənilmiş 73,61 manat dövlət rüsumunun müştərək qaydada alınıb iddiaçıya verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qismən qəbul etdi və izahatında göstərdi ki, həqiqətən 13 fevral 2015–ci il tarixli ********* saylı kredit müqaviləsinə əsasən iddiaçı bankdan 24 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 8.900 ABŞ dolları məbləğində kredit götürmüşdür. Kredit müqaviləsinin icrasının təminatı kimi digər cavabdeh Zamin durmuşdur. xx.xx.2015–ci il tarixli əlavə sazişə əsasən kreditin qalıq məbləği 8.381,20 ABŞ dolları müəyyən edilmiş, kreditin müddəti xx.xx.2017–ci il tarixədək müəyyən edilmişdir. Həmçinin, xx.xx.2017–ci il tarixli 02 saylı əlavə sazişə əsasən kreditin qalıq məbləği 9.144,28 ABŞ dolları müəyyən edilmiş, kreditin müddəti xx.xx.2020–ci il tarixədək müəyyən edilmişdir. Lakin banka olan borcunu maddi imkanı olmadığından ödəyə bilməmişdir. Hazırda banka olan borcunu ödəməkdən boyun qaçırmır və borcunu ödəməli olmasını bilir. Bu səbəbdən borcunu maddi imkanı olan kimi ödəməyə söz verir. Əlavə olaraq qeyd edir ki, cərimə borcunun məbləği ilə razı deyildir. Hesab edir ki, cərimə yüksək hesablanmışdır, bu səbəbdən azaldılmalıdır. Odur ki, qərar qəbul edərkən izahatında göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə və cavabdeh Zamin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi və həmin cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri haqda məhkəməyə məlumat verməmişdir. Bununla belə iddiaçının nümayəndəsi məhkəməyə teleqram ünvanlayaraq, iddia tələbini müdafiə etdiyini, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin və gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 13 fevral 2015–ci il tarixli ********* nömrəli kredit müqaviləsinə əsasən bank cavabdehə 24 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 8.900 ABŞ dolları məbləğində kredit vermişdir. İşdə olan 13 fevral 2015–ci il tarixli 460005614/ZM nömrəli zaminlik müqaviləsindən görünür ki, cavabdeh Zamin İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 13 fevral 2015–ci il tarixli ********* aylı kredit müqaviləsinin icrasının təmin edilməsinə dair bank qarşısında öhdəlik götürmüşdür. İşdə olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında razılaşdırılmaqla təsdiq edilmiş ödəniş cədvəlindən görünür ki, cavabdeh xx.xx.2015–xx.xx.2017–ci illər ərzində kredit məbləğini əsas borc və faizləri ilə birlikdə hər ay 484,11 ABŞ dolları olmaqla banka ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 13 fevral 2015–ci il tarixli ********* nömrəli kredit müqaviləsinə xx.xx.2015–ci il tarixli 01 nömrəli əlavə sazişdən görünür ki, kreditin qalıq məbləği 8.381,20 ABŞ dollarıdır və kreditin müddəti xx.xx.2017–ci il tarixədək müəyyən edilmişdir. İşdə olan 13 fevral 2015–ci il tarixli zaminlik müqaviləsinə xx.xx.2015–ci il tarixli 01 nömrəli əlavə sazişdən görünür ki, kreditin qalıq məbləği 8.381,20 ABŞ dollarıdır, kreditin müddəti xx.xx.2017–ci il tarixədək müəyyən edilmişdir və Zamin həmin sazişin icrasının təmin edilməsinə dair bank qarşısında öhdəlik götürmüşdür. İşdə olan və xx.xx.2015–ci il tarixli 01 nömrəli əlavə sazişə əsasən tərtib edilmiş ödəniş cədvəlindən görünür ki, cavabdeh xx.xx.2015–xx.xx.2017–ci illər ərzində kredit məbləğini əsas borc və faizləri ilə birlikdə hər ay 398,52 ABŞ dolları olmaqla banka ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 13 fevral 2015–ci il tarixli ********* nömrəli kredit müqaviləsinə xx.xx.2017–ci il tarixli 02 nömrəli əlavə sazişdən görünür ki, kreditin qalıq məbləği 9.144,28 ABŞ dollarıdır və kreditin müddəti xx.xx.2020–ci il tarixədək müəyyən edilmişdir. İşdə olan 13 fevral 2015–ci il tarixli zaminlik müqaviləsinə xx.xx.2017–ci il tarixli 02 nömrəli əlavə sazişdən görünür ki, kreditin qalıq məbləği 9.144,28 ABŞ dollarıdır, kreditin müddəti xx.xx.2020–ci il tarixədək müəyyən edilmişdir və Zamin həmin sazişin icrasının təmin edilməsinə dair bank qarşısında öhdəlik götürmüşdür. İşdə olan və xx.xx.2017–ci il tarixli 02 nömrəli əlavə sazişə əsasən tərtib edilmiş ödəniş cədvəlindən görünür ki, cavabdeh xx.xx.2017–xx.xx.2020–ci illər ərzində kredit məbləğini əsas borc və faizləri ilə birlikdə hər ay 213,73 ABŞ dolları olmaqla banka ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan cavabdehə ünvanlanmış bildirişdən görünür ki, Cavabdeh banka olan borcu xatırladılaraq, ondan borclu olduğu məbləği qaytarmaq tələb olunmuşdur. İşdə olan İddiaçı ASC–yə aid maliyyə arayışından görünür ki, xx.xx.2023–cü il tarixə Cavabdeh banka 239,29 ABŞ dolları əsas kredit borcu, 256,14 ABŞ dolları faiz borcu, 2.626,25 ABŞ dolları cərimə borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014–cü il tarixli Plenum qərarına əsasən hesablanmış 31,74 ABŞ dolları faiz borcu olmaqla, cəmi 3.153,42 ABŞ dolları borcu vardır. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023–cü il tarixli 2(076)– 1815/2023 saylı qərardadından görünür ki, cavabdeh Zamin ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 13 fevral 2015–ci il tarixli 460005614/ZM nömrəli zaminlik müqaviləsi, 13 fevral 2015–ci il tarixli zaminlik müqaviləsinə xx.xx.2015–ci il tarixli 01 nömrəli əlavə saziş və 13 fevral 2015–ci il tarixli zaminlik müqaviləsinə xx.xx.2017–ci il tarixli 02 nömrəli əlavə saziş üzrə zaminliyə xitam verilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, iddiaçı bankla Cavabdeh arasında bağlanmış 13 fevral 2015–ci il tarixli ********* nömrəli kredit müqaviləsinə əsasən bank cavabdehə 24 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 8.900 ABŞ dolları məbləğində kredit vermişdir. Kredit müqaviləsinin icrasının təminatı kimi digər cavabdeh Zamin ilə eyni tarixdə zaminlik müqaviləsi bağlanmış və o, zamin durmuşdur. xx.xx.2015–ci il tarixli əlavə sazişə əsasən kreditin qalıq məbləği 8.381,20 ABŞ dolları, kreditin müddəti isə xx.xx.2017–ci il tarixədək müəyyən edilmişdir. Həmçinin, xx.xx.2017–ci il tarixli 02 saylı əlavə sazişə əsasən kreditin qalıq məbləği 9.144,28 ABŞ dolları müəyyən edilmiş, kreditin müddəti xx.xx.2020–ci il tarixədək müəyyən edilmişdir.Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh hər ay krediti faizləri ilə birlikdə qaytarmalı olmasına baxmayaraq, öhdəliyinə əməl etməmiş, borcunun bir qismini ödəsə də, qalan borcunu ödəməkdən imtina etmişdir. Nəticədə bank tərəfindən xx.xx.2023–cü il tarixədək cavabdehə 239,29 ABŞ dolları əsas kredit borcu, 256,14 ABŞ dolları faiz borcu, 2.626,25 ABŞ dolları cərimə borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014–cü il tarixli Plenum qərarına əsasən hesablanmış 31,74 ABŞ dolları faiz borcu olmaqla, cəmi 3.153,42 ABŞ dolları borc hesablanmışdır. Həmçinin, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023–cü il tarixli 2(076)– 1815/2023 saylı qərardadına əsasən cavabdeh Zamin ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 13 fevral 2015–ci il tarixli 460005614/ZM nömrəli zaminlik müqaviləsi, 13 fevral 2015–ci il tarixli zaminlik müqaviləsinə xx.xx.2015– ci il tarixli 01 nömrəli əlavə saziş və 13 fevral 2015–ci il tarixli zaminlik müqaviləsinə xx.xx.2017–ci il tarixli 02 nömrəli əlavə saziş üzrə zaminliyə xitam verilmişdir. Azərbaycan Respublikası MM–nin 739.1–ci maddəsinə uyğun olaraq borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2–ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1–ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə bank qarşısında mülki məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, cavabdehdən kredit müqaviləsi üzrə 239,29 ABŞ dolları əsas kredit borcu, 256,14 ABŞ dolları faiz borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014–cü il tarixli Plenum qərarına əsasən hesablanmış 31,74 ABŞ dolları faiz borcu alınmalı, lakin hesablanmış dəbbə pulu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467ci madddəsinə əsasən kreditin məbləği ilə uzlaşmadığından azaldılaraq 131 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467–ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulunun azaldılaraq 131 ABŞ dolları məbləğində müəyyən edilməsi qanuni, əsaslı və ədalətlidir. Odur ki, məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, 13 fevral 2015–ci il tarixli ********* saylı kredit müqaviləsi üzrə Cavabdeh 239,29 ABŞ dolları əsas kredit borcu, 256,14 ABŞ dolları faiz borcu, 131 ABŞ dolları cərimə borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014–cü il tarixli Plenum qərarına əsasən hesablanmış 31,74 ABŞ dolları faiz borcu olmaqla, cəmi 658,17 ABŞ dolları məbləğində pul ödənildiyi günə Azərbaycan manatına olan məzənnə üzrə alınıb iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna verilməlidir. Eləcə də, məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 73,61 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçı banka verilməlidir. İddia qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. 13 fevral 2015–ci il tarixli ********* saylı kredit müqaviləsi üzrə Cavabdeh 239,29 ABŞ dolları əsas kredit borcu, 256,14 ABŞ dolları faiz borcu, 131 ABŞ dolları cərimə borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014–cü il tarixli Plenum qərarına əsasən hesablanmış 31,74 ABŞ dolları faiz borcu olmaqla, cəmi 658,17 (altı yüz əlli səkkiz dollar on yeddi sent) ABŞ dolları məbləğində pul ödənildiyi günə Azərbaycan manatına olan məzənnə üzrə alınıb iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh 73,61 (yetmiş üç manat altmış bir qəpik) manat məbləğində pul alınıb Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar