Məhkəmə qərarları › İş №2(076)-1817/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1817/2023

07.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1817/2023 07.09.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X6 Məmmədovanın sədrliyi, X5 qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1750 (bir min yeddi yüz əlli) manat pulun və 39 (otuz doqquz) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin qızı X2 özünü vəkil kimi təqdim edərək, ona məhkəmə tərəfindən qoyulmuş cəriməni sildirməkdə köməklik edəcəyini bildirmişdir. O, cavabdehin qızı X1 inanaraq Şəhrizad Məmmədovaya 2300 manat pul vermişdir. Lakin sonradan ona məlum olmuşdur ki, Şəhrizad Məmmədova onun etibarından sui-istifadə edərək özünü vəkil kimi təqdim edərək pulunu ələ keçirmişdir. Bu səbəbdən o, Şəhrizad Məmmədovadan şikayət etdikdə, onun ailə üzvləri onun yanına gələrək, Şəhrizadın başqa şəxslərə də borclarının olduğunu, onlara kömək etməyini, həmin məbləği onun anası ilə notarius vasitəsi ilə borc verməsini, həmin pulu Şəhrizadın qısa müddətdə hissə-hissə qaytaracağını bildirdilər. O, inanaraq Cavabdeh borc verməyə razılaşmışdır. 28 sentyabr 2021ci il tarixdə kredit müqaviləsi əsasında Cavabdeh 2300 manat borc vermişdir. Cavabdeh həmin borcu 28 mart 2022-ci il tarixə kimi qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh həmin borcdan yalnız 550 manat pul qaytarmışdır. Hazırda cavabdehin ona 1750 manat borcu qalmışdır. Dəfələrlə tələb etməsinə baxmayaraq cavabdeh maddi imkanı olmadığını bildirərək, ona olan borcunu qaytarmaqdan imtina etmişdir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ona görə də, Cavabdeh 1750 (bir min yeddi yüz əlli) manat pulun və 39 (otuz doqquz) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirdi ki, məhkəməyə iddia ərizəsi təqdim etdiyi vaxtdan sonra cavabdeh borcundan 350 manat ödəmişdir. Hazırda kredit müqaviləsi üzrə cavabdehin ona 1400 manat borcu qalmışdır. Məhkəmə əvvəlki iclasında Cavabdeh iddianı qəbul edərək göstərmişdir ki, həqiqətən 28 sentyabr 2021-ci il tarixdə kredit müqaviləsi əsasında iddiaçıdan 2300 manat borc almışdır və həmin borcu 28 mart 2022-ci il tarixə kimi qaytarmağa söz vermişdir. Lakin maddi imkanı olmadığından borcunu vaxtında qaytara bilməmişdir. Hazırda borcundan daha 350 manat ödəmişdir, iddiaçıya 1400 manat borcu qalmışdır. Qalan borcunu da hissə-hissə ödəyəcək. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, mülki işin digər materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş 28 sentyabr 2021-ci il tarixli Kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 2300 manat məbləğində borc pul veriri. Cavabdeh krediti xx.xx.2022-ci il tarixinədək qaytarmağı öhdəsinə götürür. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında olan kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 28 sentyabr 2021-ci ildə 2300 manat borc pul vermişdir. Cavabdeh iddiaçıya olan borcundan hissə-hissə 550 və 350 manat olmaqla cəmi 900 manat qaytarmışdır. Hazırda onun iddiaçıya 1400 manat borcu qalmışdır. Odur ki, iddiaçı cavabdehdən olan pullarını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1400 manat pul alınaraq İddiaçı verilməlidir. Məhkəmə, həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən ödənilmiş 39 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216–220 və 233, 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 1400 manat və 39 (otuz doqquz) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar