Məhkəmə qərarları › İş №2(076)-1818/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1818/2024

14.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1818/2024 14.08.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, Cavabdeh 3700 manat pulun və ödənilmiş 57 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehi özünü pensiya düzəltmək işi ilə məşğul olmasını bildirməsinə görə tanımışdır. Bu məqsədlə aralarında olmuş şifahi razılaşma əsasında cavabdehə 2019-cu ilin əvvəlindən başlayaraq müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə yəni, ilkin olaraq 1200 manat pulu Bakı şəhəri Maştağa qəsəbəsində, 800 manat pulu Şəmkir rayonun Çinarlı qəsəbəsində yerləşən yanacaqdoldurma məntəqəsinin yanında, 400 manat pulu Şəmkir rayonu Qaracəmirli kəndindəki cavabdehin anasına məxsus fərdi yaşayış evinin qarşısında, 200 manat pulu Şəmkir rayon Məhkəməsinin qarşısında, 600 manat pulu da arvadı X5 tərəfindən Qurban adlı avtobus sürücüsü vasitəsi ilə cavabdehə vermişdir. Beləliklə, cavabdeh ondan cəmisi 3200 manat pul almışdır ki, onun üçün xəstəliyi ilə əlaqədar pensiya təyin etdirəcəkdir. Ancaq, cavabdeh sonradan pulları ondan alandan sonra guya onun üçün pensiya işini düzəldən şəxsin avtoqəzaya düşməsinə görə pensiya işinin düzəlməsinin mümkün olmamasını bildirməklə ona vermiş olduğu 3200 manat pulun 500 və 100, olmaqla cəmisi 600 manatını arvadı- X5 vasitəsi ilə ona qaytarmış, qalan 2600 (iki min altı yüz) manatını isə müxtəlif bəhanə ilə könüllü olaraq bu günə qədər qaytarmaqdan imtina etmişdir. Cavabdehin əməlində dələduzluq cinayətinin tərkibinin olmasına görə Şəmkir rayon Polis Şöbəsinə şikayət etmişdir. Şəmkir rayon Polis Şöbəsinin təhqiqatçısı X8 apardığı araşdırma nəticəsində cavabdehin yerinin müəyyən edilməsini mümkün olmaması səbəbindən cavabdehlə aralarında olan mübahisənin mülki xarakterli olmasını müəyyən etməklə məhkəməyə müraciət etmək hüququ olması barədə xx.xx.2022-ci il tarixli "Cinayət işi başlanmasının rədd edilməsi haqqında" qərarında qeyd etmişdir. Eyni zamanda həmkəndli X1 da pensiya işini düzəldəcəyi bəhanəsi ilə Ümiddən 1100 manat pulu almışdır. Ancaq onun üçün pensiya işini düzəltməməsinə görə ona verdiyi 1100 manat pulunu ona qaytarmasını tələb etsə də qaytarmamışdır. Beləliklə, cavabdeh ondan həm özünün, həm də həmkəndli Ümid Qurbanəliyevin pensiyasını düzəltmək üçün alıb qaytarmadığı cəmi 3700 manat məbləğində pulun cavabdehdən alınıb ona verilməsi tələbinə dair məlum iddianı qaldırmalı olmuşdur. İddiaçı tələbinin artırılması barədə ərizə məhkəməyə təqdim edərək, Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə iddia tələbinin həcmini artıraraq iddia üzrə mülki işin qaldırılması və məhkəmədə hüquqlarının müdafiəsi üçün vəkil xidmətinə görə vəkillə bağladığı müqavilə üzrə ödəmiş olduğu 320 manat pulun da cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı tələblərini dəqiqləşdirmə ərizəsini təqdim edərək, cavabdehlə aralarında olan razılaşma əsasında cavabdeh ona ödəməli olduğu məbləğin 1000 manatını ona qəbzlə ödədiyindən ona görə hazırkı ərizə iıə cavabdehə qarşı iddia tələbinin həcmini azaldaraq cavabdehdən 2700 manat, 57 manat dövlət rüsumunun və vəkillə bağladığı müqavilə üzrə vəkilə ödənilən 320 manat, cəmisi 3077 manat məbləğində pulun alınıb ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə etiraz ünvalayaraq bildirmişdir ki, İddiaçı iddia ərizəsində yazılan sözlərin çox hissəsi, məsələn, ona şəxsən 1200 manat, 800 manat, 400 manat, 200 manat, sürücü vasitəsilə 600 manat verməsi 1100 manat verməsi yalandır. Həqiqət budur ki, İddiaçılə arasında həmkəndli münasibətindən əlavə qarşılıqlı hörmət olmuşdur. Əlil olması, lakin əlillik ala bilməməsi ona agah olanda, onu Bakı şəhərində işləyən, əlillik məsələsinə baxan, ixtisaslı Vəsilə həkimlə tanış etmişdir. Əlillik ala bilməsi üçün hissəhissə ümumilikdə 3700 manat iddiaçıdan almış, borcundan qəbzlər də var qaytarması barədə. Belə ki, 1200 manat poçt vasitəsilə qaytarmış, 500 manat bank vasitəsilə qaytarmışdır. Bundan başqa məhkəmə prosesi gedişində 1000 manat da ödəmiş İddiaçı 1000 manat borcu qalmışdır. Ümidin 1000 manat verməsi hissəsində qeyd edir ki, o Ümiddən pul almamış, Ümidi həkimlə tanış etmiş, Ümid özü həkimlə danışaraq pulunu həkimə özü vermişdir. Qeyd edilənlərə əsasən onun İddiaçı 1000 manat borcu qalmışdır. Məhkəmə tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan qəbzdən görünür ki, İddiaçı vəkil X4 hesabına 320 manat ödəmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli qəbzlərdən görünür ki, Cavabdeh X2 100, 100, 1000 manat göndərmişdir. İş materiallarında xx.xx.2024-cü il tarixli hesabdan çıxarışdan görünür ki, xx.xx.2021-ci il tarixdə Cavabdeh 500 manat pul X5 (iddiaçının həyat yoldaşı) göndərmişdir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, tərəflər arasında yazılı müqavilə olmasa da, cavabdehin məhkəmə iclasında verdiyi izahatı ilə iddiaçı tərəfindən həqiqətən də cavabdehə pul verilməsi müəyyən olunur. Lakin, pul məbləğinin qalan hissəsinin məhz iddiaçının dediyi kimi 2700 manat məbləğdə olması müəyyən edilmir. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, Cavabdeh iddiaçıya poçt vasitəsilə 1000 manat, 100 manat, 100 manat, bank vasitəsilə 500 manat göndərmiş, məhkəmə prosesi gedişində 1000 manat, ümumilikdə 2700 manat İddiaçı pul geri qaytarmışdır. İddiaçı iddia tələbində qeyd etdiyi halları, yəni ona məhz cavabdehin 2700 manat pul borcu qalması halını sübut etməmişdir. Belə ki, 2700 manat puldan 1000 manat pulun Ümid tərəfindən verilmiş olmasını və həmin məbləği cavabdehin əvəzinə Ümidə qaytarmasını, bundan başqa qalan borcun 1700 manat olması halını sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1091-ci maddəsində qeyd olunur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, məhkəmə iclasında təqdim edilmiş sübutlar və tərəflərin izahatları ilə cavabdehin iddiaçıya 1000 manat borcunun qlaması tam sübut olunur. Odur ki, geri qalan 1000 manat pul məbləği cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Məhkəmə, həmçinin iddianın "320 manat vəkil xidmət haqqının cavabdehdǝn alınması" hissəsini əsaslı hesab edir. Belə ki, işdə olan " İddiaçı vəkil X4 hesabına 320 manat pul qoymuş, və onların arasında mülki iş üzrə hüquqi yardımın göstərilməsinə dair müqavilə bağlanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hazırkı mülki işin hallarını və iddiaçının nümayəndəsinin işdə iştirakını hərtərəfli araşdıraraq, hazırki iş üzrə cavabdehdən vəkil xidmət haqqının əvəzi kimi 320 manat pulun alınıb iddiaçıya verilməsini daha məqsədə müvafiq hesab edir. İş üzrə məhkəmə xərci iddiaçı tərəfindən ödənilmiş 57 manat dövlət rüsumundan ibarətdir. İddia qismən təmin olunduğundan Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun iddianın təmin olunmuş hisssəsinə mütənasib olaraq 30 manat pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş üzrə məhkəmə xərci iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumundan ibarətdir. İddia qismən təmin olunduğundan Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 1000 (bir min) manat məbləğində pul, vəkil xidmət haqqının əvəzi kimi 320 (üç yüz iyirmi) manat pul və dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar