Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1825/2023 04.08.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mobil nəzarət qurğusunu yararsız vəziyyyətə salmasına görə 2.277,40 manat pulun alınması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şəmkir Rayon Məhkəməsinin 25 avqust 2022–ci il tarixli, 1(076)–162/2022 nömrəli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, CM–nin 69.3–cü maddəsinə əsasən üzərində qəti olaraq 01 il 08 ay 12 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, Şəmkir rayonu, Könüllü kəndində yaşayış yerini saat 22:00–dan saat 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. xx.xx.2022–ci il tarixdə məhkumun ayağına “Attenti” elektron qolbağ bağlanmış, həmin vasitəni üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə məhkuma xəbərdarlıq edilmişdir. Həmçinin, məhkuma 01 ədəd mobil nəzarət qurğusu və onun adapteri təhvil verilmişdir. xx.xx.2022–ci il tarixdə məhkuma verilmiş elektron nəzarət vasitələri təhvil alınmış, həmin elektron nəzarət vasitələrinə baxış keçirilərkən mobil nəzarət qurğusunun yararsız vəziyyətdə olması müəyyən edilmişdir. Həmin elektron qolbağın və mobil nəzarət qurusunun dəyəri 1.930 manat, ƏDV isə 347,40 manat olmaqla, ümumilikdə dövlətə 2.277,40 manat maddi ziyan vurulmuşdur. Dəfələrlə cavabdehdən dəymiş maddi ziyanı ödənilməsi tələb edilsə də, cavabdeh ziyanı ödəməkdən boyun qaçırmışdır. Odur ki, iddianın təmin edilərək, Cavabdeh 2.277,40 manat maddi ziyanın alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına ödənilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçınə və Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bununla belə İddiaçı rəisi məhkəməyə ərizə ünvanlayaraq, iddianı müdafiə etdiyini, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin, işə baxılan zaman müəyyən edilmişdir ki, cavabdeh hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 14 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir. Məhkəmə bildirişi cavabdehə çatdırılması üçün həmin cəzaçəkmə müəssisəsinə xəbərnaməli poçt vasitəsilə göndərilmiş, xx.xx.2023–cü il tarixdə cəzaçəkmə müəssisəsinin əməkdaşı xəbərnaməyə imza etməklə bildirişi qəbul etmişdir Odur ki, məhkəmə işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Şəmkir Rayon Məhkəməsinin 25 avqust 2022–ci il tarixli, 1(076)–162/2022 nömrəli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, CM–nin 69.3–cü maddəsinə əsasən üzərində qəti olaraq 01 il 08 ay 12 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, Şəmkir rayonu, Könüllü kəndində yaşayış yerini saat 22:00–dan saat 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. İşdə olan xx.xx.2022–ci il tarixli protokoldan görünür ki, Cavabdeh 1 ədəd “Attenti” elektron qolbağ, 1 ədəd 35654899 saylı mobil nəzarət qurğusu və adapter təhvil verilmiş, ona vəzifələri izah edilmişdir. İşdə olan xx.xx.2023–cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehə xəbərdalıq edilərək mobil nəzarət qurğusunun dəyərinin ödənilməsi tələb olunmuşdur. Beləliklə, məhkəmə müəyyən etdi ki, Cavabdeh Şəmkir Rayon Məhkəməsinin 25 avqust 2022–ci il tarixli, 1(076)–162/2022 nömrəli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, CM–nin 69.3– cü maddəsinə əsasən üzərində qəti olaraq 01 il 08 ay 12 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, Şəmkir rayonu, Könüllü kəndində yaşayış yerini saat 22:00–dan saat 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. Hökm və hökmün icrası barədə göstəriş icra edilməsi üçün İddiaçınə daxil olmuşdur. Məhkum Şöbəyə dəvət edilərək qeydiyyata alınmış, həmçinin ona hüquq və vəzifələri, azadlığın məhdudlaşdırılması cəzasının çəkilməsi qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək qaydaları, hər hansı müdaxilənin və ya cihazın çıxarılmasının yolverilməzliyi, habelə həmin qolbağı yararsız hala saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş, bu barədə müvafiq protokol tərtib olunmuş, eləcə də məhkumun ayağına xx.xx.2022–ci il tarixdə “Attenti” elektron qolbağ bağlanmış, həmin vasitəni üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə məhkuma xəbərdarlıq edilmişdir. Lakin cavabdeh cəza çəkdiyi müddətdə ona təhvil verilmiş mobil nəzarət qurğusunu yarasız vəziyyətə salmışdır. Cavabdehin təqsiri üzündən baş vermiş həmin hal nəticəsində dövlətə dəymiş maddi zərərin məbləği 2.277,40 manat olmuşdur. Azərbaycan Respublikası MPM–in 218.3–cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası MM–in 21.1–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2–ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2–ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Nazirlər kabinetinin 10 aprel 2018–ci il tarixli 144 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə tətbiq edilən elektron nəzarət vasitələrinin tətbiqi Qaydaları”nın 7.5–ci bəndinə əssən nəzarət subyekti elektron nəzarət vasitəsini zədələdikdə və ya digər üsulla yarasız vəziyyətə saldıqda, həmin vasitənin dəyəri ondan tutulur. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından da görünür ki, iddiaçıya dəymiş zərərlə cavabdehin hüquqa zidd hərəkəti arasında səbəbli əlaqə vardır. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehdən dəymiş maddi zərərə görə 2.277,40 manat maddi ziyan alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh dəymiş maddi zərərə görə 2.277,40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat məbləğində pul alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №2(076)-1825/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1825/2023
04.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver