Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1827/2024 16.07.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia qaldıraraq, Cavabdeh 1100 (bir min yüz) manat məbləğində pulun və 32 manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o cavabdehi Subartezian Quyusu qazmasında işləmiş əməkdaş olaraq tanımış, aralarında ədavət, düşmənçilik olmamışdır. 2023-cü ilin avqust ayında ona məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsindəki əkinlərinin suvarılması üçün qazdırdığı subartezian quyusuna su nasosu lazım olmuşduri. Cavabdeh həmin su nasosunu əldə edib ona satmaq imkanının olmasını bildirmişdir. Ona görə o, su nasosunu ona satması üçün cavabdehin pul kartına 3 dəfədə 800 (səkkiz yüz) manat, 600 (altı yüz) manat və 500 (beş yüz) manat olmaqla cəmisi 1900 (bir min doqquz yüz) manat pul köçürtmüşdür. Ancaq, cavabdeh pulu qəbul etdikdən sonra müxtəlif bəhanə ilə su nasosunu reallıqda ona verməməklə onu aldatmasına görə cavabdehin kartına köçürdüyü 1900 manat pulun geri qaytarmasını tələb etmişdir. Cavabdeh, hissə-hissə onun 800 (səkkiz yüz) manat pulu geri qaytarmış, ancaq 1100 (bir min bir yüz) manat pulu isə müxtəlif bəhanə ilə bu günə qədər qaytarmamışdır. Cavabdehin, onunla olan whatsapp danışıqlarında da ona olan borcunu etiraf etmiş, yaxın vaxtlarda qaytaracağını vəd etmiş, ancaq qaytarmamışdır. Ona görə cavabdehə qarşı məlum iddianı qaldırmalı olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, 1100 manat pulun və ödədiyi 32 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə onların məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş diskdən müəyyən olunur ki, İddiaçı X1 aralarında şifahi alqı-satqı müqaviləsindən sonra ödənilməmiş 1100 manat manat məbləğində borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, 2023-cü ildə tərəflər arasında şifahi qaydada alqı-satqı müqaviləsi bağlanmış və iddiaçı tərəfindən cavabdehə su nasosunun alqı-satqısına görə 1900 manat pul ödənilmiş, lakin cavabdeh sonradan əşyanı (su nasosunu) iddiaçının mülkiyyətinə verməkdən imtina etmiş, daha sonra isə həmin məbləğdən 800 manat pulu iddiaçıya qaytarmışdır. Ona görə də İddiaçı hazırda su nasosunun alqı-satqısına görə ödədiyi məbləğdən 1100 manat pulun Cavabdeh tərəfindən ona geri qaytarılmasını tələb edir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 1091-ci maddəsində qeyd olunur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, tərəflər arasında su nasosunun alqısatqısına dair şifahi qaydada razılaşma olmuş, iddiaçı aralarında olan razılığa əsasən 1900 manat pulu cavabdehə vermiş, lakin cavabdeh əşyanı (iddiaçının) alıcının mülkiyyətinə verməkdən imtina etmiş, daha sonra iddiaçıdan aldığı puldan 800 manat pulu ona geri qaytardığından cavabdeh əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə onda qalan 1100 manat pul məbləğini ona qaytarmalıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, verilmiş iddia təmin edilməli, 1100 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş üzrə məhkəmə xərci iddiaçı tərəfindən ödənilmiş 32 manat dövlət rüsumundan ibarətdir. İddia tam təmin olunduğundan Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 1100 (bir min bir yüz) manat məbləğində pul və dövlət rüsumunun əvəzi qismində 32 (otuz iki) manat tutularaq İddiaçı ödənilsin. Qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-1827/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1827/2024
16.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver