Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-1828/2023 11.05.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Mən, Şəmkir Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu İddiaçı MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri araşdıraraq, müəyyənetdim: İddiaçı "xxxx" MMC Cavabdeh oğluna qarşı “pul” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 05 yanvar 1978-ci il təvəllüdlü Cavabdeh 13 fevral 2021-ci il tarixli, AYK5990524 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 660 (altı yüz altımış) manat əsas borc, müqavilə üzrə hesablanmış 100 (yüz) manat faiz borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 790 (yeddi yüz doxsan) manat pulun alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, ərizəyə əlavə edilmiş müqavilə və ona əlavə edilmiş sənədlərlərdən görünür ki, 13 fevral 2021-ci il tarixli, AYK5990524 saylı borc müqaviləsinə iş üzrə Cavabdeh ilə iddiaçı ‘‘Soliton LTD” MMC arasında müddəti 12 ay olmaqla 13 fevral 2021-ci il tarixli nisyə alqı-atqı müqaviləsi bağlanılıb. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 808 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə qismən ödənişlər etdikdən sonra iddiaçıya 660 manat əsas borcu qalıb. Qeyd edilən müqaviləyə əsasən borclu (cavabdeh) müqavilə müddəti bitdikdən sonra qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün üçün 1% miqdarında cərimə borcu ödəməlidir. Müqavilədə göstərilməməsinə baxmayaraq verilmiş ərizədə iddiaçı müqavilə üzrə hesablanmış 100 manat faiz borcunu tələb etmiş və bu halı təsdiq edən müqavilənin əlavəsini və ya hər hansı sübutu ərizəyə əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1.4-cü maddəsinə əsasən ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə vardırsa, işə baxılmasının sadələşdirilmiş qaydası yolverilməzdir. Həmin Məcəllənin 284-4.2-ci maddəsinə əsasən bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Məhkəmə hesab edir ki, iddiaçı verilmiş tələbi təsdiq edən sənədi təqdim etmədiyindən, eləcə də ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud olduğundan və beləliklə bu vəziyyətdə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında işə baxılması mümkün olmadığından iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-4.1.3 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı m: İddiaçı MMC-in Cavabdeh qarşı «pul» tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinin icraata qəbul edilməsindən imtina olunsun. Qərardaddan şikayət verilə bilməz. Hakim Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(076)-1828/2023
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-1828/2023
11.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver