Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1868/2024 14.08.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia qaldıraraq, Cavabdeh 8500 (səkkiz min beş yüz) ABŞ dollarının ödəniləcəyi gün Azərbaycan manatına olan məzənnəsinin və 133 (bir yüz otuz üç) manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasının xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o Gədəbəy rayonu Çaldaş kəndində qeydiyyatda olmaqla orada yaşayır. Cavabdeh torpaq sahəsi almaq məqsədi ilə X5 vasitəsilə tanıyır. 2010-cu ildən Cavabdehlə aralarında JN-033A (KOD ********) saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında onun anası X1 və X4 ümumi birgə mülkiyyətində olan 0.12 ha həyətyanı torpaq sahəsinin alqı-satqısına dair razılaşma olmuşdur. Həmin torpaq sahəsinin Cavabdeh tərəfindən ona satılmasına dair cavabdehlə aralarında 30 mart 2011-ci ildə akt tərtib edildi və o akt əsasında cavabdehə 8500 ABŞ dolları pul ödəmişdir. Hətta cavabdeh torpaq sənədinin əslini belə ona təqdim etmişdir. Cavabdeh anası Məmləkət Vəliyeva tərəfindən verilmiş etibarnamə əsasında torpaq sahəsini onun adına rəsmiləşdirməli idi. Lakin, sonradan o dəfələrlə cavabdehə müraciət etsə də, anası Cavabdeh etibarnamə vermədiyindən torpaq sahəsini sənədləşdirə bilməmişdir. Cavabdeh isə hər dəfə müxtəlif bəhanələr gətirərək, torpaq sahəsini onun adına sənədləşdirməkdən yayındı. Daha sonra isə cavabdeh ona torpaq satmış, sən hansı formada sənədləşdirmək istəyirsən sənədləşdir demişdir. Lakin, hazırki vaxta kimi onlar torpaq sahəsinin sənədləri qaydasında olmadığından sənədləşdirə bilmədik. O özü də Rusiya Federasiyasında olduğundan atası X7 cavabdehin hərəkətləri barədə Şəmkir RPŞnə müraciət etmişdir. Şəmkir RPŞ-də araşdırma aparıldı, lakin Cavabdeh əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edildi və onların tələbi mülki xarakterli olduğundan onlara məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. O cavabdehin hərəkətləri nəticəsində maddi ziyan çəkmişdir. Dəfələrlə cavabdehdən ona torpaq sahəsinə görə ödədiyi 8500 ABŞ dolları pulu tələb etsə də, o qaytarmaqdan imtina edir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsinə eyni ifadə verərək, iddianı tam edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli cinayət işin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Cavabdeh izahatında göstərmişdir ki, ünvan 1ində mərhum anası X2 məxsus torpaq sahəsi olub. Həmin torpaq sahəsini satışa çıxarmışdır. 2006-cı ildə torpaqla Əlaqədar hüquqlarını anası Məmləkət həmkəndlisi X3 etibarnamə vermişdir. Akifdə ona torpaq sahəsini qohumuna almaq istəməsini demişdir. O, Akiflə razılaşmışdır. Onlar Akiflə 2006-cı ildə 8500 ABŞ dollarına torpağı satmağa razı olmuşdur. Pulu Akif hissə hissə ona vermişdir. 2010-cu ildə İddiaçı atası Alı ilə birlikdə onun yaşadığı evə gəlib torpaq sahəsinin sənədləşdirilməsinə köməklik edilməsini xahiş etmişdir. O, iddiaçının atası Alıya lazım olan sənədləri vermişdir. Həmin vaxtdan bəri o, Alı ilə görüşməmişdir. Təxminən 10 il əvvəl Rauf onun yanına gəlib torpaq sahəsini sənədləşdirə bilmədiyini, əlavə sənədlər istəmişdir. İş materiallarında olan JN-033A Kod 50405038 nömrəli torpağın mülkiyyətinə verilməsi dair şəhadətnamədən görünün ki, X2 və X6 Şəmkir rayon, Sarıtəpə kəndində 0.12 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan xx.xx.2011-ci il tarixli aktdan görünür ki, Cavabdeh JN-032A saylı dövlət aktına əsasasında ona məxsus olan 0.12 ha həyətyanı torpaq sahəsini İddiaçı 8500 ABŞ dollarına satmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, xx.xx.2011ci il tarixdə tərəflər arasında ünvan 1i ünvanda yerləşən 0.12 ha torpaq sahəsinə dair şifahi müqavilə bağlanmışdır. Həmin razılaşmaya əsasən cavabdeh qeyd edilən torpaq sahəsini 8500 ABŞ dolları müqabilində iddiaçıya satmış və torpaq sahəsini ona təhvil vermiş, bunun müqabilində isə iddiaçı cavabdehə hissə-hissə olmaqla, ümumilikdə 8500 ABŞ dolları məbləğində pul vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Məhkəmə əvvəla hesab edir ki, Cavabdeh ünvan 2i ünvanda yerləşən torpaq sahəsinin mülkiyyətçisi olmadığından, o, həmin torpaq sahəsinə dair sərəncam verilməsinə dair əqd bağlaya bilməzdi. Belə ki, iş materialları ilə müəyyən olunur ki, qeyd edilən torpaq sahəsi X1 və Vüsal Həsənovun mülkiyyətindədir. Digər tərəfdən qeyd edilməlidir ki, tərəflər arasında xx.xx.2011-ci il tarixdə bağlanmış akt (alqı-satqı müqaviləsi) qanunvericiliyin müəyyən etdiyi formada, yəni notarial formada bağlanmadığından, eyni zamanda müqavilə predmeti olan torpaq shaəsinin satıcısı qismində çıxış edən cavabdehin buna subyektiv hüququ olmadığından onlar arasında bağlanmış razılaşma etibarsızdır. Bununla belə 8500 ABŞ dolları pulun cavabdeh tərəfindən iddiaçıya verilməsi xx.xx.2011-ci il tarixli aktla yanaşı, cavabdehin Şəmkir Rayon Polis Şöbəsində verdiyi izahatları ilə öz təsdiqini tapır. Bu halda cavabdeh hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına varlanmışdır. Belə ki, Mülki Məcəllənin 1091-ci maddəsində qeyd olunur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla iddiaçı tərəfindən torpaq sahəsinin alınmasına görə cavabdehə 8500 ABŞ dolları pul verilməsi faktı öz təsdiqini tapmışdır. Tərəflər arasında həmin pulun verilməsinə dair başqa heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, cavabdeh əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə həmin pul məbləğini ona qaytarmalı, 8500 ABŞ dolları məbləğində pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. İş üzrə məhkəmə xərci iddiaçı tərəfindən ödənilmiş 133 manat dövlət rüsumundan ibarətdir. İddia tam təmin olunduğundan Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 7000 (yeddi min) ABŞ dolları pul vəsaiti (ödəniş gününə ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nisbətində hesablanmaqla manatla) və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 133 (bir yüz otuz üç) manat pul alınaraq İddiaçı verilsin. Qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-1868/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1868/2024
14.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver