Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1875/2025 11.06.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X1 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi İddiaçı: İddiaçı Cavabdeh: Namazova (Hüseynli) Xuraman Tapdıq qızının iştirakı ilə İddiaçı cavabdeh Namazova (Hüseynli) Xuraman Tapdıq qızına qarşı pul tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Namazova (Hüseynli) Xuraman Tapdıq qızından 2.556 manat məbləğində pulun və 45,56 manat məbləğində dövlət rüsumunun alınması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2022–ci ilin sentyabr ayında mobil telefonunu satmaq üçün sosial şəbəkədə paylaşım etmişdir. 29 sentyabr tarixində cavabdeh nişanlısı ilə ona yaxınlaşaraq satmaq istədiyi 12 pro max telefonu almaq istədiyini, lakin pulun bir hissəsini hissə–hissə vermək istədiyini bildirmişdir. O cavabdehə öz xətti ilə iltizam yazmasını demiş, sonuncu da razılaşmışdır. Bundan sonra cavabdeh öz xətti ilə 300 manat ilkin ödəniş etdiyini, qalan borcunu hər ay 142 manat olmaqla, 18 ay müddətinə ödəyəcəyini qeyd etmişdir. Lakin cavabdeh qalan 2.556 manat borcunu qaytarmaqdan boyun qaçırmışdır. Bu səbəbdən məcbur olub məhkəmədə iddia qaldırmışdır. Odur ki, cavabdeh Namazova (Hüseynli) Xuraman Tapdıq qızından 2.556 manat məbləğində pulun və 45,56 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddianı müdafiə edərək izahatında göstərdi ki, cavabdeh Namazova (Hüseynli) Xuraman Tapdıq qızının nişanlısı Elminlə tanışlığı olmuş, 2022–ci il tarixdə onlar mobil telefon almaq üçün ona müraciət etmişlər. Bundan sonra İphone 12 Pro max markalı telefonu cavabdehə satmışdır. Cavabdeh 300 manat ilkin ödəniş etmiş, qalan pulu 18 ay müddətində hər ay 142 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin, cavabdeh həmin borcla bağlı iltizam yazaraq imzalamışdır. Lakin cavabdeh öhdəliyinə əməl etməmiş və borcu qaytarmamışdır. Bundan sonra dəfələrlə borcunu tələb etmiş, cavabdeh və nişanlısı əkin zamanı pulu ödəyəcəyini demişdir. Cavabdeh onun pulunu könüllü şəkildə ödəmədiyi üçün məcbur olub məhkəmədə iddia qaldırmışdır. Odur ki, cavabdeh Namazova (Hüseynli) Xuraman Tapdıq qızından 2.556 manat məbləğində pulun və 45,56 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh Namazova (Hüseynli) Xuraman Tapdıq qızı məhkəmə iclası zamanı izahatında göstərdi ki, həqiqətən qeyd olunan telefonu iddiaçıdan nisyə almışdır. Lakin sonradan maddi imkanı olmamış və borcu tam şəkildə qaytara bilməmişdir. Belə ki, əri Elminin borcları çox olmuş, bu səbəbdən borcları ödəyə bilməmişlər. Bununla belə Elmin vasitəsilə borcundan iddiaçıya göndərmişdir. Hazırda əri borclarına görə həbs edilmiş və istəyir ki, əri həbsdən çıxandan sonra borcu ödəsin. Odur ki, izahatında göstərilənlərə uyğun qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə, tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan yazılı qəbzdən görünür ki, cavabdeh Namazova (Hüseynli) Xuraman Tapdıq qızı xx.xx.2022–ci il tarixdə İphone 12 Pro Max markalı telefonu İddiaçı almış, 300 manat vermiş, qalan hissəni hər ay 142 manat olmaqla, 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan ödəmə qəbzindən görünür ki, xx.xx.2022–ci il tarixdə İddiaçı hesabına 200 manat pul ödənilmişdir. Beləliklə işin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh xx.xx.2022–ci il tarixdə iddiaçıdan nisyə İphone 12 Pro Max markalı telefon almış, 300 manat ilkin ödəniş etmiş, qalan pulu hər ay 142 manat olmaqla, 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh öz xətti ilə yazılı qəbz verərək, borclu olmasını qeyd etmişdir. Lakin cavabdeh öhdəliklərini lazımınca icra etməmiş, nəticədə onun ödənilməmiş borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1–ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1–ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442–ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 406.1–ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.2–ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Eləcə də, həmin Məcəllənin 600.1–ci maddəsinə əsasən alqı–satqı müqaviləsində əşyanın alıcıya verildikdən sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427–ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1–ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə–hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə–hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı–satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4–cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı–satqı müqaviləsində nəzərdə tutulan müddətə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə borcun məbləği ilə qeyd edir ki, iddiaçı cavabdehin 2.556 manat məbləğində borclu olmasını bildirsə də, cavabdeh tərəfindən təqdim edilmiş ödəniş qəbzi ilə müəyyən edilmişdir ki, xx.xx.2022–ci il tarixdə İddiaçı hesabına 200 manat pul ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qismən, yəni 2.356 manat məbləğində əsaslıdır. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən cavabdehdən 40 manat dövlət rüsumu tutulub iddiaçıya ödənilməli, məhkəmə xərcinin qalan hissəsi iddiaçıya aid edilməlidir. Odur ki, məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 2.356 manat məbləğində pul və 40 manat dövlət rüsumu alınıb iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki–Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM–in 216–220 və 222–ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Namazova (Hüseynli) Xuraman Tapdıq qızından 2.356 (iki min üç yüz əlli altı) manat məbləğində pul alınıb İddiaçı verilsin. Cavabdeh Namazova (Hüseynli) Xuraman Tapdıq qızından 40 (qırx) manat məbləğində dövlət rüsumu alınıb İddiaçı ödənilsin. Məhkəmə xərcinin qalan hissəsi iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla nəzərdə tutulmuş müddətdə şikayət verilməzsə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X2
Məhkəmə qərarları › İş №2(076)-1875/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1875/2025
11.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver