Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1882/2024 16.07.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia qaldıraraq, Cavabdeh 34000 manat pulun və dövlət rüsumu hesabına ödədiyi 192 manatın alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehi əvvəllər tanımamışdır. İlk dəfə 07 iyun 2020-ci il tarixdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Şəmkir rayonuna tanışları ilə məsləhətləşmək üçün gəlmişdir. Həmin vaxtı onun istixana alaraq onu işlətmək fikri olmuşdur. Şəmkir rayonunda olan qohumlarının vasitəçiliyi ilə Cavabdeh tanımışdır. Həmin günü Kür qəsəbəsinə gedən yolun üzərində yerləşən restoranda X4 Məmmədovun qohumu Elvin adlı şəxslə görüşərək onlarla birlikdə yemək yeyib istixana məsələsini müzakirə etmişlər. O istixana barədə fikrini onlara bildirdikdən sonra Elvin ona Şəmkir rayonu Yenikənd kəndində Ramin adlı şəxsin istixanasının olmasını eşitdiyini bildirmişdir. Onlar sonra birlikdə həmin kənddə yaşayan Ramin adlı şəxsin istixanasına baxmaq üçün birlikdə getmişlər. 6 ədəd istixanaya baxış etdikdən sonra o həmin istixanaları almaq fikrində olduğunu bildirmişdir. Lakin yolda söhbət zamanı Cavabdeh onun süni balıq göllərinin olmasını bildirərək ona balıq göllərinə baxmağı təklif edərək istixana işindən uzaq durmağı bildirmişdir. Həmin günün səhəri qayınatası İsrayıl və Cavabdehla birlikdə balıq göllərinə baxmaq üçün birlikdə gölün yerləşdiyi əraziyə getmişlər. Həmin göldən xoşu gəlmişdir. Lakin orada vacib olan çox işlərin görülməli olduğunu da qabaqcadan bildirmişdir. Bunu eyni zamanda cavabdeh də bilmişdir. Gölün həm ətrafında, həm də içərisində balıqçılıq ilə məşğul olmaq üçün, şərait yaradılması məqsədilə 6771 manat pul xərcləmişdir. Bununla bağlı özü də müvafiq qeydiyyat aparmışdır. Lakin, gölün suyun qarşısının alınmayacağını gördükdən sonra Cavabdeh ona məxsus olan həmin obyektə qoyulmuş pulun qaytarılmasını tələb etmişdir. 2021-ci ildə Cavabdeh onu yeni gölə baxmağa dəvət etmiş və gölün yaxşı olmasını bildirmişdir. O 18 mart 2021-ci il tarixdə Bakı şəhərindən Şəmkir rayonuna gəlmiş və Kür qəsəbəsində yerləşən gölə baxmağa getmişlər. Həmin gölün bərbad vəziyyətdə olmasını Cavabdeh bildirmiş və o özü də bu işlə məşğul olan şəxslərlə əlaqə yaratmışdır. Həmin gölə 60 min manata yaxın pul xərclənməsi lazım olduğunu, ondan sonra gölün işlək vəziyyətə gətirilməsini öyrənmişdir. Bu fikri Cavabdeh bildirmişdir. O isə bununla razılaşmışdır. İddiaçı ümumilikdə həmin gölü istifadə halına gətirmək üçün ümumilikdə qurğularla birlikdə 50879 manat xərc çəkmişdir. Həmin göldən isə ümumilikdə 26666 manat pul götürmüşdür. Bununla da ona 24213 manat ziyan dəymişdir. O həmin pulu Cavabdeh gölünə qoyduğunu bildirərək ondan həmin pulu tələb etmiş və bu məqsədlə onunla görüşmüşdür. Həmin vaxt Sədrəddin ona olan 24000 manat borcu qaytara bilməyəcəyini və həmin borcun əvəzində 1 ədəd balıq saxlamaq üçün göl verəcəyini bildirmişdir. Danışığa görə həmin gölü iddiaçı istifadə edərək 24000 manat ziyanlığını çıxararaq cavabdehə təhvil verməli olmuşdur. Həmin razılaşmadan sonra bir il ərzində həmin gölə 30404 manat pul xərcləmişdir. Həmin gölü istifadə edib 18800 manat dəyərində balıq satmışdır. Həmin balıqları isə Məmiş adlı şəxsə satmışdır. Məmiş adlı şəxs də həmin puldan 10000 manatı onun istifadəsində olan karta göndərmişdir. Yerdə qalan 8800 manat pulu isə həmin gecənin səhəri Gəncə şəhərində yerləşən obyektdə verməsini bildirmişdir. Lakin Cavabdeh etibardan sui istifadə edərək 8800 manat pulu Məmiş adlı həmin şəxsdən almışdır. Səhəri günü o balığı satdığı Məmiş adlı şəxslə əlaqə yaratdıqda o, 8000 manat pulu Sədrəddinə vermişdir. Beləliklə, Cavabdeh ona ümumilikdə 34000 (otuz dörd min) manat məbləğində ziyan vurmuşdur. Dəfələrlə Cavabdeh bu işin sülh yolu ilə sonlandırılması üçün təkliflər etsə də, o hər dəfəsində müxtəlif bəhanələrlə bundan boyun qaçırmışdır. Belə ki, cavabdeh onunla əvvəlki razılaşmasında bildirmişdir ki, ona məxsus olan bir gölü istifadə edərək onun obyektinə qoyduğu xərci çıxara bilərdi. Lakin sonradan ona verilməli olan pulu da alaraq mənimsəmişdir. Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılarkən bunları etiraf etməsinə baxmayaraq istintaq orqanı tərəfindən Cavabdeh barəsində heç bir tədbir görülməmişdir. Qeyd edir ki, bununla bağlı onda kifayət qədər sübutlar da mövcuddur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, öz izahatında göstərmişdir ki, Şəmkir rayonu Keçili kəndi ərazisində olan torpaq sahəsində 3 ədəd balıq saxlamaq üçün süni göl yaratmışdır. Həmin ərazini beş ildən çoxdur ki, istifadə edir. Həmin göl əraziləri əvvəllər istifadə edilməmiş, daşlıq ərazi olmuşdur. Sonradan o, həmin sənədi olmayan ərazinin kənarlarına alt hissədən dəmir borular yerləşdirib üzərini torpaq bəndlər düzəltirərək həmin hovuz kimi yaradılan yerə su çəkərək süni göl yaradıb göldə balıq saxlamışdır. Mirrǝfi Seyidovu tanıyır, onunla aralarında heç bir narazılıqarı və ədavətləri olmamışdır. Onun istifadə etdiyi 3 ədəd süni gölləri şərikli istifadə etmişlər. Mirrəfi ona məxsus göllərə baxıb göllərdən birini bəyənmişdir. İddiaçı onunla razılaşdıqdan sonra həmin gölə təxminən 6700 manat xərc çəkmiş, lakin bir müddət sonra işləri baş tutmamış və əlavə pula ehtiyacları olmuşdur. İddiaçı onunla razılaşdıqdan sonra həmin gölə təxminən 6700 manat xərc çəkmiş, lakin bir müddət sonra işləri baş tutmamış və əlavə pula ehtiyacları olmuşdur. İddiaçı pulu olmadığını və satılası əşyaları olduğunu bildirib Bakı şəhərinə qayıtmağı bildirərək çıxıb getmişdir. Lakin bir neçə ay sonra Mirrǝfi Seyidov Şəmkir rayonuna qayıtmış, ona həmin gölə balıq tökməyi qǝrarlaşdırdığını bildirmişdir. Həmin vaxt isə artıq Ramin həmin gölə balıq tökdüyünə görə ziddiyətli vəziyyət yaranmışdır. Mirrǝfi Seyidov Raminin gölə çəkdiyi 5.000 (beş min) manatı Raminin borclu olduğu şəxslərə ödəmiş və gölə yenidən körpə balıqlar tökməyə başlamışdır. Nəticədə özü xəstələnib korona virusa yoluxmuş, xəstəxanada olan zaman Mirrǝfi Seyidov balıqları ucuz qiymətə satmışdır. Balıqlara çəkdikləri xərcdə ziyan etmişlər. Bundan sonra İddiaçıla aralarında narazılıq yaranmışdır. Mirrǝfi Seyidovla aralarında gölün içərisinə və ətrafına çəkdiyi xərci çıxardıqdan sonra arada qalan qazanclarını böləcəkləri barədə şifahi razılığa gəlmişlər. Bundan sonra İddiaçı 2021-ci ilin mart ayında Şəmkir rayonuna qayıdıb yenidən gölün birinə onun məlumatı əsasında balıq tökmüşdür. İddiaçı təxminən 15.000 manat xərc çəkmiş, 15.000 manat qarşılığında 2023-cü ilin yanvar ayında balıqların satışından 18.800 manat qazanc əldə olunmuşdur. Həmin pulun 10.000 manatı Mirrǝfi Seyidova ödənilmişdir. 8800 manat hissəsini isə Gəncə şəhərinə gedib o, Məmiş adlı tanışından götürmüş, həmin vaxt ərzində o, özü iş birliklərinə 12.500 manat pul xərcləmiş, onun 8.800 manat pulu xəbərsiz müştəridən götürdüyünü öyrənən İddiaçı ona zəng edib nə üçün ondan xəbərsiz pulu götürdüyünü bildirmişdir. Ona çəkdikləri xərclərə görə olan borclarını ödəmək məcburiyyətində olduğunu, pulu alıb borclarının bir hissəsini ödədiyini dilə gətirmiş, bundan sonra işbirlikləri pozulmuşdur. Ona görə hesab edir ki, iddia əsasızdır. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə vermiş X5 bildirdi ki, 2020-ci ildən başlayaraq Cavabdeh məxsus göldə işləmişdir. Sonra isə, təxminən 2021-ci ildə İddiaçı Sədrəddin oğlu ilə şərikli olar göllərə baxmışlar, təmir etmişlər və şərikli maya qoymuşlar. Bir müddət sonra o işdən çıxmış, Cavabdeh və İddiaçı arasında olan mübahisədən məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X3 bildirdi ki, Cavabdeh uzun müddət tanımışdır. Belə ki, onlar şərik olaraq həmin göllərdə balıq yetişdirmişlər. Sonra isə 2021-ci ildə, pandemiya vaxtı o Sədrəddinlə hesablaşaraq öz payına döşən pulu 9.000 manata hesablayaraq şəriklikdən çıxmışdır. Bir müddət sonra Sədrəddin və Mirrəfi şərikli olaraq göllərə baxmışlar, lakin onlar ziyan etmişlər. İş materiallarında olan xx.xx.2023-cü il tarixli şəxsin cinayət məsuliyyətindən azad edilərək cinayət işi üzr icraata xitam verilməsi haqqında qərardan görünür ki, X1 öz izahatında göstərmişdir ki, o ailə üzviləri ilə birlikdə Şəmkir rayonu, Təzəkənd kəndində yaşayır. Şəmkir rayonu, Keçili kəndi ərazisində olan torpaq sahəsində 3 (üç) ədəd balıq saxlamaq üçün suni göl yaratmışdır. Həmin ərazini beş ildən çoxdur ki, istifadə edir. Həmin göl əraziləri əvvəllər istifadə edilməmiş, daşlıq ərazi olmuşdur. Sonradan o, həmin sənədi olmayan ərazinin kənarlarına alt hissədən dəmir borular yeləşdirib üzərini torpaq bəndlər düzəltdirərək həmin hovuz kimi yaradılan yerə su çəkərək süni göl yaradıb göldə balıqlar saxlamışdır. İddiaçı tanıyır, onunla arlarında heç bir narazılıqarı və ədavətləri olmamışdır. Onun istifadə etdiyi 03 ədəd süni gölləri o, şərikli istifadə etmişdir. Onunla Mirrǝfi Seyidov arasında tanışlıq 2022-ci il tarixdə tanışı Elvin adlı şəxsin vasitəsi ilə yaranmışdır. Onunla tanışlığı yaranandan sonra Şəmkir rayonu ərazisində istilikxana almaq istədiyini və istifadə edəcəyini demiş, tanışı Elvin onları Şəmkir rayonu, Qapanlı kənd sakini Raminin istilikxanasını satmaq fikrində olduğunu deyib onları həmin yerə aparmış, Raminlə söhbət etdikdən sonra Mirrəfi ilə Raminin sövdələşməsi baş tutmamış, Elvin Mirrǝfiyə tanışı Cavabdeh məxsus süni balıq göllərinə maya qoymağı bildirmişdir. Mirrəfi ona məxsus göllərə baxıb göllərdən birini bəyənmiş, İddiaçı onunla razılaşdıqdan sonra həmin gölə təxminən 6700 manat xərc çəkmiş, lakin bir müddət sonra işləri baş tutmamış və əlavə pula ehtiyacları olmuşdur. İddiaçı pulu olmadığını və satılası əşyaları olduğunu bildirib Bakı şəhərinə qayıtmağı bildirərək çıxıb getmişdir. Lakin, bir neçə ay sonra İddiaçı Şəmkir rayonuna qayıtmış, ona həmin gölə balıq tökməyi qərarlaşdırdığını bildirmiş, həmin vaxt isə artıq Ramin həmin gölə balıq tökdüyünə görə ziddiyyətli vəziyyət yaranmış, nəhayət İddiaçı Raminin gölə çəkdiyi 5.000 (beş min) manatı Raminin borclu olduğu şəxslərə ödəmiş və gölə yenidən körpə balıqlar tökməyə başlamışdır. Nəticədə özü xəstələnib korona virusa yoluxmuş, xəstəxanada olan zaman Mirrǝfi Seyidov balıqları ucuz qiymətə satmış, balıqlara çəkdikləri xərcdə ziyan etmişlər. Bundan sonra Mirrǝfi Seyidovla aralarında narazılıq yaranmış, İddiaçıla aralarında gölün içərisinə və ətrafına çəkdiyi xərci çıxardıqdan sonra arada qalan qazanclarını böləcəkləri barədə şifahi razılığa gəlmişlər. Bundan sonra Mirrǝfi Seyidov 2021-ci ilin mart ayında Şəmkir rayonuna qayıdıb yenidən gölün birinə onun məlumatı əsasında balıq tökmüş, təxminən İddiaçı 15.000 manat xərc çəkmiş, 15.000 manat qarşılığında 2023-cü ilin yanvar ayında balıqların satışından 18.800 manat qazanc əldə olunmuş, həmin pulun 10 min manatı Mirrəfiyə ödənilmiş, 8000 manat hissəsini isə Gəncə şəhərinə gedib o, Məmiş adlı tanışından götürmüş, həmin vaxt ərzində o, özü işbirliklərinə 12.500(on iki min beş yüz) manat pul xərcləmiş, onun 8.000 manat pulu xəbərsiz müştəridən götürdüyünü öyrənən Mirrafi Seyidov ona zəng edib nə üçün ondan xəbərsiz pulu götürdüyünü bildirmiş, ona çəkdikləri xərclərə görə olan borclarını ödəmək məcburiyyətində olduğunu, pulu alıb borclarının bir hissəsini ödədiyini dilə gətirmiş, bundan sonra işbirlikləri pozulmuşdur. İddiaçı onun istifadəsində olan gölə ümumilikdə 31.800 manat xərc çəkmiş, sonradan işləri alınmamış və Mirrafi Seyidov ondan həmin 31.800 manat pulu geri verməsini tələb etmişdir. O, Mirrǝfi Seyidova ona məxsus gölə 31.800 manat xərc çəkdiyi barədə məlumatının olduğunu bildirmiş, İddiaçı 31.800 manat pulu qaytarmağı üçün onda olan gölün birini ona verməsini və həmin 31.800 manat pulu çıxardıqdan sonra həmin gölü ona yenidən geri qaytarmasını bildirmiş, lakin İddiaçı onunla razılaşmamış və İddiaçı nə vaxt pulu olarsa geri qaytaracağını bildirmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında Cavabdeh məxsus balıq gölunün birlikdə istifadəsi barədə razılaşma əldə edilmişdir. Həmin razılaşmaya əsasən İddiaçı Cavabdeh məxsus balıq gölünün işlək vəziyyətə gətirilməsi üçün vəsait xərcləməli, o daha sonra iddiaçı gölün işlək vəziyyətə gətirilməsi üçün xərclədiyi vəsaiti balıq satışından əldə etdikdən sonra qalan gəliri tərəflər aralarında bölməli olmuşlar. İddiaçı balıq gölünü işlək vəziyyətə gətirdikdən sonra balıq satışından 18800 manat gəlir əldə olunmuş, həmin puldan Məmiş adlı şəxs tərəfindən 10000 manat İddiaçı ödənilmiş, Cavabdeh isə qalan 8800 manat pulu Məmiş adlı şəxsdən götürmüşdür. Hazırda İddiaçı Cavabdeh balıq gölünün işlək vəziyyətə gətirilməsinə çəkdiyi xərcin və balıq satışındən əldə edilmiş gəlirin əvəzi olaraq ümumilikdə 34000 manat pulu tələb edir. Məhkəmə ilk öncə qeyd edir ki, məhkəmə iclasında cavabdehin balıq satışından əldə olunan gəlirdən iddiaçıya çatası 8800 manat pulu əsassız əldə edib, daha sonra geri qaytarmaması faktı tərəflərin izahatları və iş materialları ilə tam təsdiqini tapır. Məhkəmə hesab edir ki, həmin pulun cavabdehə verilməsinə dair heç bir hüquqi əsas olmadığı üçün, cavabdeh iddiaçıya məxsus 8800 manat pulu əldə edərək, iddiaçının hesabına əsassız varlanmışdır. İddiaçı iddia tələbinin qalan hissədə əsaslılığına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə cavabdehdən 8800 manat pulun alınıb İddiaçı verilməsi hissəsində iddianı əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya və əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iddia tələbinin balıq gölünün işlək vəziyyətə gətirilməsinə görə dəymiş maddi ziyan tələbinə dair hissəsinə hüquqi qiymət verərək qeyd edir ki, iddia tələbi həmin hissədə əsassızdır. Belə ki, İddiaçı cavabdehə məxsus balıq gölünün işlək vəziyyətə gətirilməsinə çəkdiyi xərci cavabdehdən tələb etsə də, iddiaçı cavabdehin təqsiri üzündən cavabdehə məxsus "Balıq gölü"ndən istədiyi faydanı götürə bilməməsi və ziyana düşməsi ilə bağlı hər hansı sübutlar təqdim edə bilməmiş, məhkəmə iclasında araşdırılmış sübutlarla iddiaçının cavabdehlə aralarında olan razılaşma zamanı öz sərbəst iradəsini ifadə edərək, həmin xərclərin iddiaçı tərəfindən könüllü olaraq çəkildiyi müəyyən edilmişdir. Həmçinin iddiaçı tərəfindən onun cavabdehə məxsus balıq gölündən gəlir əldə edə bilməməsi halında cavabdehdən balıq gölünə çəkdiyi xərclərin və düşdüyü maddi ziyanın əvəzini geri tələb edəcəyi barədə tərəflər arasında razılaşmanın olmasını, bununla bağlı cavabdehin hər hansı öhdəlik götürməsini təsdiq edəcək mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 8800 manat pul alınıb iddiaçıya verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın təmin edilmiş hissəsinə münasib olaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 192 manat dövlət rüsumunun 108 manat hissəsi cavabdehdən tutularaq İddiaçı ödənilmlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 8800 (səkkiz min səkkiz yüz) manat məbləğində pul və dövlət rüsumunun əvəzi qismində 108 (bir yüz səkkiz) manat tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-1882/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1882/2024
16.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver