Məhkəmə qərarları › İş №2(076)-1883/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1883/2024

21.08.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1883/2024 21.08.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçıların nümayəndəsi (vəkil) Nümayəndə1, Cavabdeh Qurbanova (Bayramova) Nargilə Rövşən qızının və onun vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 cavabdeh Qurbanova (Bayramova) Nargilə Rövşən qızına qarşı “vərəsəlik qaydasında mülkiyyət hüququnun qeydə alınması ilə bağlı maneənin aradan qaldırılması” tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 cavabdeh Qurbanova (Bayramova) Nargilə Rövşən qızına qarşı “vərəsəlik qaydasında mülkiyyət hüququnun qeydə alınması ilə bağlı maneənin aradan qaldırılması” tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, Cavabdeh ilə onların paylı mülkiyyətində olan ünvan 1i ünvanda yerləşən onların paylı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını qeydə alınmasına dair etdiyi maneənin aradan qaldırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1i ünvanda 0.07 ha həyətyanı (26 aprel 2006-cı il tarixli, JN-2366A saylı) torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi İddiaçı5, İddiaçı1, İddiaçı3, X7, İddiaçı2, X5 paylı mülkiyyət hüququ üzrə ayrılmışdır. Paylı mülkiyyətçilərdən olan X8 14 aprel 2021-ci il tarixdə vəfat etmişdir. Bu baxımdan vərəsəlik qaydasında hüquqlarının qeydə alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestrinə ərizə ilə müraciət edərək, vərəsəlik qaydasında hüquqlarını qeydə alınmasını xahiş etsələr də, cavabdehin yaratdığı maneə nəticəsində Daşınmaz Əmlakın Dövlət Reyestri 11 saylı Şəmkir Ərazi İdarəsinin nümayəndələrini evə buraxmadığından mütəxəssislər tərəfindən müayinə aparıla bilmədiyindən imtina edilmişdir. Bu baxımdan hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədirlər. İddiaçıların nümayəndəsi (vəkil) Nümayəndə1 məhkəmə iclası zamanı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh Qurbanova (Bayramova) Nargilə Rövşən qızı iddianı qəbul etməyərək, verdiyi izahatında göstərdi ki, 2014-cü ildə X6 ilə ailə qurmuşdur. Birgə nikahdan iki övladı olmuşdur. Bir il X2 valideyinlərinə məxsus evdə yaşamışlar. Sonradan onun və X2 birgə vəsaiti ilə 2015-ci ildə iddiaçılara məxsus evi satın almışlar. Lakin, həmin vaxt müəyyən səbəblərə görə yəni iddiaçıların səhhətində olan problemlərə görə alqı-satqı müqaviləsini notarial təsdiq etdirə bilməmişlər. Sonra 2015-ci ildən həmin fərdi yaşayış evinə köçüb ailəsi ilə birlikdə yaşamışlar. İddiaçılar onlara fərdi yaşayış evini satarkən bir mərtəbəli, 4 otaqlı yaşayış evi olmuşdur. Sonradan həmin evin üzərindən ikinci mərtəbə ev inşa etdirmişlər. 2021-ci ildə X6 ilə ayrılmışlar. X6 ilə ayrıldıqdan sonra da o övladları ilə birlikdə hazırkı mübahisə olunan evdə yaşamışlar. Cehiz əşyaları həmin ünvandadır. Əlavə qeyd edir ki, iddiaçıların hazırda sənədləşdirmək istədikləri evi o X6 ilə birlikdə 2015-ci ildə satın almışlar. Sonra həmi orada mövcud olan evi yenidən təmir etdirmişlər. Mövcud evin üzərindən ikinci mərtəbə olmaqla evi inşa etmişlər. Hazırda iddiaçıların həmin evi öz adlarına sənədləşdirməsi tam əsassızdır. Həmin evin inşa olunmasında onların heç bir xərci olmamışdır. 9 ildən artıq müddətdir həmin evdə yaşayır. İddiaçıların da onun həmin evdə yaşamığı, ev və digər əlavə tikililər inşa etməklərindən məlumatları olmuşdur. Lakin hazırkı vaxtadək yəni evin inşa olunmasına və həmin evdə yaşamasına iddiaçılar heç bir etiraz etməmişlər. Hazırkı iddia tələbi ilə müraciət etməkdə iddiaçıların məqsədi onu evdən çıxarıb evi X4 verməkdir. Həmin evin alınması və inşa edilməsi X2 vəsaiti hesabına olmuşdur. Qeyd olunan halları təsdiq edəcək şahidləri də var. Odur ki, iddiaçılar İddiaçı1 və qeyrilərinin ona qarşı maneənin aradan qaldırılması tələbinə dair iddiası rədd olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Vİİ-ЖГ 286018 nömrəli xx.xx.1996-ci il tarixli nikah bağlanması haqqında şəhadətnamədən görünür ki, X9 və X10 xx.xx.1996-cı ildə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra ərə “Novruzov”, arvada “ Novruzova” soyadı verilmişdir. İş materiallarında olan JN-2366A Kod 50413005 nömrəli Mülkiyyətə verilməsinə dair şəhadətnamən görünür ki, İddiaçı5, İddiaçı1, İddiaçı3, X7, İddiaçı2, X5 Şəmkir Rayon Aqrar İslahat Komissisının xx.xx.1998-ci il tarixli 56 saylı qərarı ilə 0.07 ha Şəmkir rayon, Seyfəli kəndi ərizəsində torpaq sahəsi verilmişdir. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 2(076)-714/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, X6 ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixdə Şəmkir rayon Çinarlı qəsəbə İƏD-də bağlanmış və 01 nömrəli ilə dövlət qeydiyyatına alınmış rəsmi nikah pozulmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 3-21-3-40/2-7175/2023 nömrəli Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X12 11 Saylı Şəmkir Ərazi İdarəsinin tərəfindən verilmiş, İddiaçı5 nümayəndəsi Nümayəndə1 ünvanlanmış bildirişdən görünür ki, mütəxəssis tərəfindən işin icraatına uyğun olaraq, təqdim edilmiş sənədlərdə qeyd olunan ünvanda yerləşən torpaq sahəsinin yerində müayinə olunaraq ölçülməsi zərurəti yaranmışdır. Sözügedən ərazi ilə bağlı mübahisə olduğundan ölçmə işlərinin aparılması mümkün olmamış və təqdim edililmiş sənədlərdə göstərilən torpaq sahəsi üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizənin icrası mümkün olmamışdır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, Şəmkir rayonunun Seyfəli kəndi ərazisində yerləşən JN-2366A, Kod 50413005 nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 ümumi birgə mülkiyyətinə 0.07 ha həyətyanı torpaq sahəsi verilmişdir. verilmiş 0.07 ha torpaq sahəsinə dair hüquq müəyyənedici sənəd almaq məqsədilə DƏDRX–nin 11 saylı Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdeh həmin idarənin əməkdaşlarına ölçmə işləri aparmağa imkan verməmişdir. Nəticədə daşınmaz əmlakın dövlət reyestrini aparan orqan iddiaçıların müraciətini həyata keçirməkdən imtina etmişdir. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddianın dəlilləri əsaslıdır. Cavabdehlər iddiaçının mülkiyyət hüququnu pozur, onun mülkiyyət hüququnu həyata keçirməyə maneə olur. Belə ki, “Daşınmaz Əmlakın Dövlət reyestri Haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Konstitusiyasının 13–cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdanist ifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir Azərbaycan Respublikası MM–in 152.1–ci maddəsinə əsasən mülkiyyət hüququ– subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Yuxarıda qeyd olunanlar onu göstərir ki, iddiaçıların qeyd olunan əmlak üzərində mülkiyyət hüququ əldə etməyə qanuni gözləntisi var və bu gözlənti həm milli, həm də beynəlxalq hüquq baxımından mülkiyyət hüququ kimi qiymətləndirilir. Cavabdeh iddiaçıların bu hüququnu həyata keçirməyə mane olur. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçıların mübahisəli əmlak üzərində mülkiyyət hüququnu həyata keçirmək imkanı qanunla onların hüququ kimi nəzərdə tutulmuşdur. Cavabdeh isə onların bu hüquqlarını həyata keçirməklərinə maneçilik yaradır. İnsan Hüquqları və X3 X1 1 saylı Protokolunun1–ci maddəsindəgöstərilmişdir ki, hər kəsin mülkiyyətindən maneəsiz istifadəhüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası MM–in 157.4–cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 158.1 və 158.1.2–ci maddələrinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququda əmlak hüquqları sayılır. Həmin Məcəllənin 158.4–cü maddəsinə görə mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 6 oktyabr 2010-cu il tarixli “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nin 2.3.3-cü maddəsinə əsasən mərzçəkmə işləri torpaq sahələrinə dair sənədlərə əsasən sərhədlər yerdə (naturada) müəyyən olunmamış olduqda aparılır. Həmin Qaydaların 5.3-cü maddəsi ilə fiziki və hüquqi şəxslər tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada (hüquqları dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələri istisna olmaqla) yeni torpaq sahələri əldə edildikdə, torpaq sahələrinə dair sənədlərə əsasən sərhədlər yerdə (naturada) müəyyən olunmamış olduqda, hüquqları dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinin bir hissəsi alınıb-satıldıqda, bölündükdə, dəyişdirildikdə, bağışlandıqda, torpaq sahələrinin sərhədlərinin bərpası zamanı sərhədlərdə mübahisə olduqda, fiziki və hüquqi şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaqlarda yerdə mərz nişanları və torpaq sahələrinə aid olan tanınma nişanları itirildikdə, habelə fərdi yaşayış evlərinin tikintisi üçün vətəndaşlara ayrılmış torpaqlarda, həyətyanı sahələrdə, fərdi bağların altındakı torpaq sahələrində mərzçəkmə işləri müvafiq ərizə (sifariş və ya tapşırıq) əsasında yerinə yetirilir və bu hallarda texniki layihə hazırlanmır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Ona görə də məhkəmə hesab edir ki, iddia əsaslıdır, cavabdeh tərəfindən iddiaçıların mübahisəli əmlak üzərində hüquqlarını həyata keçirməsinə yaratdığı maneə aradan qaldırılmalıdır. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarınınəsası kimi istinadetdiyi halları sübut etməlidir Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. Şəmkir rayon, Aşağı Seyfəli kəndi ərazisində yerləşən 0.07 ha torpaq sahəsində (JN-2366A Kod 50413005 nömrəli “Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamə” əsasında) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri X12 11 saylı Şəmkir Ərazi İdarəsinin əməkdaşlarının həyata keçirdiyi fəaliyyətə cavabdeh Qurbanova (Bayramova) Nargilə Rövşən qızı tərəfindən yaradılan maneə aradan qaldırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar