Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1898/2023 07.09.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı X4, Cavabdeh X7 iştirakları ilə, İddiaçı X4 cavabdeh X9 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Şəmkir Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X8 cavabdeh X9 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X11 ilə onun arasında əldə edilmiş razılığa əsasən 468 (dörd yüz altmış səkkiz) manat borc yaranmışdır. Həmin borcu cavabdeh qaytarmamışdır. Razılığa görə cavabdeh ondan aldığı mobil telefonun pullarını hissə-hissə ödəməliydi. Lakin cavabdeh dediyi müddət ərzində həmin borcun bir hissəsini qaytarmamışdır. Dəfələrlə iddiaçının deməyinə baxmayaraq cavabeh həmin pulu qaytarmaqdan boyun qaçırmışdır. Ona görə də məhkəməyə müraciət etməli olmuş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı iddiaçı iddia tələbini müdafiə edərək onun məzmununa uyğun izahat verərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı cavabdeh X11 iddianı qismən qəbul edərək bildirdi ki, iddiaçıdan telefon almışdır, lakin maddi imkanı olmadığından ödənişləri tam həyata keçirə bilmədi. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2021-ci il tarixli 168 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, xx.xx.2021-ci il tarixdə X11 qiyməti 660 manat olan “sam A-32” markalı mobil telefonu 10 ay müddətinə qaytarmaqla almışdır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, X8 ilə X11 arasında telefon məhsulunun nisyə alqı-satqısına dair yazılı razılaşma olmuşdur. X1 Vidadi Mahmud oğlundan 660 manat dəyərində telefon məhsulunu nisyə almışdır. Pulun bir hissəsini ödədikdən sonra 468 manat borcu qalmışdır. İddiaçı cavabdehin həmin məhsulun pulunu tam vermədiyini qeyd edərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddianın hüquqi əsası ilə bağlı qeyd edir ki, tərəflər arasında yaranmış münasibətlər malın nisyə alqı-satqısı ilə bağlı olduğundan həmin münasibətlərə mülki qanunvericiliyin nisyə alqı-satqı münasibətlərini və öhdəliyin icrası ilə bağlı münasibətləri tənzimləyən normaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmənin iş üzrə gəldiyi yekun nəticə ondan ibarətdir ki, iddia təmin edilməli, cavabdeh X6 468 manat pul alınıb iddiaçı X5 verilməlidir. Həmçinin iddia tələbi təmin edildiyindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh X6 alınıb iddiaçı X5 verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. İddia təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216–220 və 233, 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh X6 468 (dörd yüz altmış səkkiz) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınıb iddiaçı X5 verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №2(076)-1898/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1898/2023
07.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver