Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1948/2025 19.06.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X1 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi İddiaçı: İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, Cavabdeh1 3.000 manat məbləğində pulun, Cavabdeh2 2.000 manat məbləğində pulun və 70 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər ər-arvaddır və uzun illərdir onları tanıyır. Cavabdeh1 2022-ci ilin oktyabr ayında onun evinə gələrək 3.000 manat borc pul istəmiş, bir neçə aya borcunu qaytaracağını demişdir. Bir neçə gündən sonra isə digər Cavabdeh2 onun evinə gələrək 2.000 manat borc pul istəmiş, bir neçə aya borcunu qaytaracağını demişdir. O, hər iki cavabdehə istədikləri məbləği vermişdir. Lakin cavabdehlər ona olan borclarını qaytarmamışlar. Dəfələrlə tələb etsə də, cavabdehlər müxtəlif bəhanələrlə ona olan borcunu qaytarmaqdan boyun qaçırmışlar. Odur ki, məhkəmədən iddianın təmin edilərək, Cavabdeh1 3.000 manat məbləğində pulun, Cavabdeh2 2.000 manat məbləğində pulun və 70 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə “iddia həcminin azaldılması barədə” əlavə ərizə təqdim edərək göstərmişdir ki, Cavabdeh2 ona olan 2.000 manat borcunu qaytarmışdır. Hazırda yalnız Cavabdeh1 ona 3.000 manat borcu qalmışdır. Odur ki, Cavabdeh2 cavabdehlikdən çıxarılmasını, Cavabdeh1 3.000 manat məbləğində pulun və 70 manat dövlət rüsumunun alınıb ona verilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddianı müdafiə edərək əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, cavabdehlər 2022-ci ilin oktyabr ayında ona müraciət edərək borc pul istəmiş, borcu isə qısa zamanda ödəyəcəklərinə dair öhdəlik götürmüşlər. Cavabdeh2 ona olan 2.000 manat borcunu qaytarsa da, Cavabdeh1 hazırki vaxtadək borcunu qaytarmamışdır. Bu səbəbdən iddia tələbini Cavabdeh2 münasibətdə azaltmışdır. Cavabdeh1 dəfələrlə borcunu tələb etsə də, cavabdeh müxtəlif bəhanələrlə pulu qaytarmaqdan boyun qaçırmışdır. Bu hal da onu göstərir ki, cavabdeh onun etibarından sui–istifadə edərək, onu əlverişsiz vəziyyətə salmışdır. Bu səbəbdən məcbur olub məhkəmədə iddia qaldırmışdır. Hazırda cavabdehin ona 3.000 manat borcu qalmışdır. Odur ki, Cavabdeh1 3.000 manat məbləğində pulun və 70 manat dövlət rüsumunun alınması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə məlumat verməmişdir. Bununla belə cavabdeh xx.xx.2025-ci il tarixdə məhkəmənin hazırlıq iclasında iştirak edən zaman ona qarşı irəli sürülmüş iddianı qəbul etmiş və bu barədə məhkəməyə yazılı ərizə təqdim etmişdir. Məhkəmə, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki–Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə cavabdehə 3.000 manat məbləğində borc pulun verilməsini, həmin pulun cavabdeh tərəfindən qaytarılmamasını sübutetmə yükü iddiaçının üzərinə düşür. Beləliklə, məhkəmə iş materiallarının tədqiqi nəticəsi ilə kifayətlənərək müəyyən etdi ki, iddiaçı 2022-ci ilin oktyabr ayında Cavabdeh1 3.000 manat məbləğində borc pul vermişdir. Cavabdeh isə həmin məbləği iddiaçıdan almış və qısa zamanda qaytaracağına dair öhdəlik götürmüşdür. Lakin cavabdeh borcunu qaytarmamış və iddiaçı əlverişsiz vəziyyətə düşmüşdür. Ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə, bir tərəf (borcverən) pul vəsaitini və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385–ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427–ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Məhkəmə, məhkəmə iclası zamanı tədqiq edilmiş sübutlara hüquqi qiymət verərkən hesab edir ki, iddia tələbi iddiaçının tələb etdiyi həcmdə, yəni 3.000 manat məbləğində təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki–Prosessual Məcəlləsinin 217.4–cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, Mülki–Prosessual Məcəllənin 218.3–cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh1 İddiaçı 3.000 manat məbləğində borc pul alması, lakin həmin pulu qaytarmaması sübuta yetirildiyindən, iddiaçının cavabdehə qarşı pul tələbinə dair iddiası həmin hissədə əsaslı hesab edilərək təmin edilməli və Cavabdeh1 3.000 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki–Prosessual Məcəlləsinin 107–ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1–ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi 3.000 manat məbləğində təmin edildiyindən, ödənilmiş 70 manat məbləğində dövlət rüsumunun 50 manatı cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki–Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 3.000 (üç min) manat məbləğində pul alınıb İddiaçı verilsin. Cavabdeh1 ödənilmiş dövlət rüsumunun 50 (əlli) manatı alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla nəzərdə tutulmuş müddətdə şikayət verilməzsə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X2
Məhkəmə qərarları › İş №2(076)-1948/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1948/2025
19.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver