Məhkəmə qərarları › İş №2(076)-2003/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2003/2023

27.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2003/2023 27.10.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Vəlizadə Rövşən Nazim oğlunun katibliyi ilə, İddiaçı X1 qanuni nümayəndəsi İddiaçı iştirakı ilə, İddiaçı X1 qanuni nümayəndəsi İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı X1 qanuni nümayəndəsi İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1680 manat pulun və 50 (əlli) manat mediasiya xərci alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun keçmiş əridir. Belə ki o, Cavabdehla faktiki evlənməklə nikahlarını 11 fevral 2010-cu ildə rəsmiləşdirmişlər. Onların birgə nikahlarından 21 fevral 2007-ci il təvəllüdlü X4 və 17 avqust 2008-ci il təvəllüdlü X3 adlı iki uşaqları anadan olmuşdur. Cavabdehlə aralarında baş vermiş narazılıqlara görə ayrılmışlar. Şəmkir Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli qətnaməsi ilə cavabdehlə aralarında olan nikah pozulmuş və yetkinlik yaşına çatmamış uşaqları cavabdehin himayəsinə verilmişdir. Həmin vaxtdan 15 iyul 2022-ci il tarixədək yetkinlik yaşına çatmamış uşaqları cavabdehin himayəsində yaşamışlar. Cavabdeh 15 iyul 2022-ci il tarixdə qızı Aysunu döydükdən sonra azyaşlı uşaqları həmin günün səhəri onun yanına gəlmişlər və həmin vaxtdan da onun yanında yaşayırlar. Şəmkir Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli qətnaməsi ilə yetkinlik yaşına çatmamış uşaqları onun himayəsində olması müəyyən edilmiş və yetkinlik yaşına çatmamış uşaqlarının saxlanılması üçün 19 sentyabr 2022-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 150 manat aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Yetkinlik yaşına çatmamış uşaqların 16 iyul 2022-ci il tarixdən onun himayəsində yaşayırlar. Yetkinlik yaşına çatmamış xx.xx.2007-ci il təvəllüdlü oğlu Atəş 1-ci qrup əlildir və əlilliyinə görə ayda 280 manat sosial müavinat alır. Cavabdehlə aralarında olan nikah pozularkən yetkinlik yaşına çatmamış uşaqları cavabdehin himayəsində qaldığından Atəş adlı oğluna verilən sosial müavinata görə kart da cavabdehdə olmuşdur. Cavabdeh uşaqların onun himayəsində yaşadığı müddətdə, hətta uşaqlar onun yanına gəldikdən sonra da cavabdeh yetkinlik yaşına çatmamış oğlu Atəşin sosial müavinət pulunu almışdır. Uşaqlar onun yanına gəldikdən sonra o, cavabdehdən oğlu Atəşin sosial müavinət aldığı kartı ona verməkdən imtina etmişdir. Ona görə də, bir neçə ay yetkinlik yaşına çatmamış oğlu Atəş onun himayəsində yaşadığı müddətdə oğlu Atəşə çatası sosial müavinəti mənimsəmişdir. Dəfələrlə cavabdehdən tələb etməyinə baxmayaraq cavabdeh oğlunun sosial kartını qaytarmaqdan imtina etmişdir. Məhkəmə qətnaməsi çıxarıldıqdan sonra o, oğlu Atəşin sosial müavinət kartını yenidən müraciət edərək çıxartdırmış olsa da, bir neçə ay ərzində oğlu onun himayəsində yaşadığı müddətdə cavabdeh onun sosial müavinətindən istifadə etmişdir. Cavabdeh 15 iyul 2022-ci il tarixdən 15 yanvar 2023-cü il tarixədək oğlu Atəşin onun himayəsində olduğu müddətdə oğluna düşən sosial müavinəti mənimsəmişdir. Həmin müddətdə cavabdeh hər ay 280 manat sosial müavinət pulunu almışdır. Odur ki, cavabdeh 1680 manat məbləğində oğlunun Atəşin sosial müavinətini mənimsəmişdir. Halbuki həmin müddətdə oğlu onun himayəsində olmuş və alacağı sosial müavinatdan məhrum olunmuşdur. Məhkəmə baxış iclasında iddiaçı tələbin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsində tələbini yalnış hesablamaqla göstərdiyindən 1680 manat göstərmiş, əslində isə 1980 manatdır. Ona görə də məhkəmədən iddiasının təmin edilərək, Cavabdeh 1980 manat pulun və 50 manat mediasiya xərcinin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X1 qanuni nümayəndəsi İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirdi ki, iddia ərizəsində təqdim etdiyi sübutda da göründüyü kimi 1980 manat olsa da yalnış hesablamışdır. Dəfələrlə cavabdehdən pulunu tələb etsə də o pulu qaytarmaqdan yayınmışdır. İddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılsa da məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxmağı mümkün hesab etdi. Məhkəmə, iddiaçının izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iddiaçının izahatını dinləyərək və mülki işin digər materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İşdə olan Şəmkir Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı xx.xx.2010-cu il tarixdə nikahları qeyd edilmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, tərəflərin birgə nikahından 21 aprel 2007-ci il tarixdə X4 anadan olmuşdur. Mülki işə əlavə olunmuş Şəmkir Rayon Məhkəməsinin 2(076)-158/2022 saylı, 24 fevral 2022-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah pozulmuş və tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2007-ci il təvəllüdlü Atəş və xx.xx.2008-ci il təvəllüdlü Aysun adlı uşaqlar ataları Cavabdeh himayəsində qalmaları qət edilmişdir. Mülki iş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 2(076)-405/2023 saylı, 17 yanvar 2023-cü il tarixli qətnaməsindən görünür ki, xx.xx.2007-ci il təvəllüdlü Atəş və xx.xx.2008-ci il təvəllüdlü Aysun adlı uşaqlar anaları İddiaçı himayəsində olmaları faktı müəyyən edilmiş, 19 sentyabr 2022-ci il tarixdən başlayaraq xx.xx.2007-ci il təvəllüdlü Atəş və xx.xx.2008-ci il təvəllüdlü Aysun adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 150 manat sabit pul məbləğində aliment pulu alınıb İddiaçı verilməsi qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 0-17-1/2-230825/2023 nömrəli, 05 oktyabr 2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, sağlamlıq imkanları məhdud 18 yaşına çatmamış X2 təyin edilən müavinət xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hər ay 200 manat məbləğində olmaqla vətəndaş Cavabdeh hesabına ödənilmişdir. Eyni zamanda vətəndaş Cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hər ay 80 manat, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 100 manat məbləğində olmaqla 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslər üçün nəzərdə tutulan Prezident təqaüdü ödənilmişdir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olundu ki, xx.xx.2007-ci il təvəllüdlü Atəş anası İddiaçı himayəsində olmaları faktı müəyyən edilmişdir. Sağlamlıq imkanları məhdud 18 yaşına çatmamış X2 təyin edilən müavinət xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hər ay 200 manat məbləğində olmaqla vətəndaş Cavabdeh hesabına ödənilmişdir. Eyni zamanda vətəndaş Cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hər ay 80 manat, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 100 manat məbləğində olmaqla 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qullqu edən şəxslər üçün nəzərdə tutulan Prezident təqaüdü ödənilmişdir. Ona görə də məhkəmə hesab edir ki, X4 15 iyul 2022-ci ildən 01 fevral 2023-cü ilə qədər anası-İddiaçı yanında olduğundan həmin müddətdə A.Cabbarovun 1980 manat müavinat pulunu (7 ay x 200=1400, 6 ay x 80=480, 1 ay x 100 = 100 ) atası-Cavabdeh qanunsuz olaraq istifadə etdiyindən, həmin məbləğ ondan alınaraq uşaq yanında saxlanılan valideyn -iddiaçı (qanuni nümayəndə) İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.2-ci maddəsinə əsasən aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1980 manat alınaraq İddiaçı verilməlidir. Məhkəmə, həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, 50 manat mediasiya xərici cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216–220 və 233, 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 1980 manat və 50 manat mediasiya xərici alınaraq İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar