Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-2006/2025 10.07.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi Həşimov Ağaxan Habil oğlunun katibliyi İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə işə açıq məhkəmənin hazırlıq iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4020 (dörd min iyirmi) manat pulu, 3 ədəd dəzgahı və ödəmiş olduğu 60 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, uzun illərdir tanıdığı Cavabdeh ona məxsus olan tikinti materialları mağazasından müxtəlif vaxtlarda müxtəlif məbləğlərində nisyə olaraq mal-material almış və vaxtında borcunu ödəmişdir. Lakin sonuncu dəfə almış olduğu 3000 (üç min) manatlıq malın pulunu ödəməmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə iltizam verərək həmin borcu 1 il müddətinə yəni xx.xx.2024-cü il tarixinə kimi hissə-hissə və yaxud bir dəfəyə ödəməyi öhdəsinə götürmüşdür. Lakin öhdəciliyinə əməl etməmişdir. Dəfələrlə borcunu ödəməsini tələb və xahiş etsə də cavadeh müxtəlif bəhanələrlə borcu ödəməkdən yayınmışdır. Bundan başqa cavabdeh xx.xx.2023-cü il tarixdə ona məxsus olan 3 ədəd aliminium və plastik ayna qapıları istehsal etmək üçün istifadə olunan dəzgahı ayda 50 (əlli) manat kirə haqqı ödəməklə kirayəyə götürmüşdür. Dəzgahlar kirayəyə götürülərkən cavadeh kirayə ödəməklə hər ay köhnə borcunuda ödəməyə söz vermişdir. Cavabdeh yenədə onun etibarından istifadə edərək onu aldatmış nəinki köhnə borcdan ödəmiş kirə haqqınında cəmi 1 ayını ödəmişdir, kirə haqqından borcunu 1020 (min iyirmi) manata çatdırmışdır. Beləliklə cavadeh Cavabdeh etibarından istifadə edərək ümumilikdə borcunu 4020 (dörd min iyirmi) manata çatdırmış və mənimsəmişdir. Bütün qeyd etdiyi hallar onu göstərir ki, cavabdeh onun insani davranışından ve etibarından istifadə edərək, onu əlverişsiz vəziyyətə salaraq pulunu mənimsəmişdir. Dəfələrlə şahidlərin iştirakılə pulunu cavabdehdən tələb etsə də o müxtəlif bəhanələrlə borcu ödəməkdən yayınmışdır. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək bildirmişdir ki, uzun illərdir yaxından tanıdığı Cavabdeh ona məxsus olan tikinti materiallarının alışı və satışı mağazasından müxtəlif vaxtlarda nisyə olaraq mallar almış və vaxtlı-vaxtında borcunu qaytarmışdır. Lakin sonuncu dəfə almış olduğu 3000 (üç min) manatlıq malmaterialın pulunu ödəməmişdir. Cavabdeh xx.xx.2023-cii il tarixdə iltizam verərək həmin borcu 1 il müddətinə yəni xx.xx.2024-cü il tarixinə kimi hissə-hissə və yaxud bir dəfəyə ödəyəcəyini öhdəsinə götürsə də hələ də ödəməmişdir. Dəfələrlə borcunu ödəməsini tələb və xahiş etsə də Cavabdeh müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayınmışdır. Bundan başqa cavabdeh xx.xx.2023-cü il tarixdə ona məxsus olan 3 ədəd aliminium və plastik ayna qapıları istehsal etmək üçün istifadə olunan dəzgahı ayda 60 (altmış) manat kirə haqqı ödəmək şərti ilə kirayəyə götürmüşdür. Dəzgahları kirayəyə götürərkən cavabdeh söz vermişdir ki, aylıq 60 (altmış) manat kirə haqqını ödəməklə hər ay köhnə borcundan da ödəyəcəkdir. Cavabdeh yenə də onun etibarından istifadə edərək nəinki köhnə borcundan ödəmiş əksinə kirə haqqından borcunu 1020 (min iyirmi) manata çatdırmışdır. Beləliklə Cavabdeh etibarından istifadə edərək ümumilikdə ona olan borcunu 4020 (dörd min iyirmi) manata çatdırmış və mənimsəmişdir. Dəfələrlə şahidlərin iştirakı ilə cavabdehdən pulunu tələb etsə də o, müxtəlif bəhanələrlə borcu ödəməkdən yayınmışdır. Odur ki, Cavabdeh ona borclu olduğu 4020 (dörd min iyirmi) manat pulu və ödəmiş olduğu 60 (altmış) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, o sahibkarlıq fəaliyyətilə məşğuldur. Cavabdeh özü də sahibkarlıq fəaliyyəti ilə məşğul olub, qapı pəncərə sexi işlədir. Cavabdeh sonuncu dəfə almış olduğu 3000 (üç min) manatlıq mal-materialın pulunu ödəməmişdir. Cavabdeh xx.xx.2023-cii il tarixdə iltizam verərək həmin borcu 1 il müddətinə yəni xx.xx.2024-cü il tarixinə kimi hissə-hissə və yaxud bir dəfəyə ödəyəcəyini öhdəsinə götürsə də hələ də ödəməmişdir. Dəfələrlə borcunu ödəməsini tələb və xahiş etsə də Cavabdeh müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayınmışdır. Bundan başqa cavabdeh xx.xx.2023-cü il tarixdə ona məxsus olan 3 ədəd aliminium və plastik ayna qapıları istehsal etmək üçün istifadə olunan dəzgahı ayda 60 (altmış) manat kirə haqqı ödəmək şərti ilə kirayəyə götürmüşdür. Beləliklə Cavabdeh etibarından istifadə edərək ümumilikdə ona olan borcunu 4020 (dörd min iyirmi) manata çatdırmış və mənimsəmişdir. Mülki işin Gəncə Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPM–in 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsi yoxlanılarkən müəyyən edilmişdir ki, ərizə verilərkən aidiyyət qaydaları pozulmuşdur. Ona görə də aidiyyət məsələsi həll edilməli, mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 32.3-cü maddəsinə əsasən, hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 Sentyabr 2020-ci il tarixli Qərarının: 12-ci bəndinə əsasən, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. 13-cü bəndinə əsasən, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrıayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. 24-cü bəndinə əsasən nəzərə alınmalıdır ki, fiziki şəxslərdən fərqli olaraq sahibkarlıq subyektlərinin, qeyri-hökumət təşkilatlarının, publik hüquqi şəxslərin, bələdiyyələrin və dövlət orqanlarının su, qaz və elektrik enerjisindən istifadə etmələri (fərdi sahibkar statusuna malik olan fiziki şəxsin şəxsi istehlakı istisna olmaqla) onların şəxsi tələbatını ödəmək məqsədi daşımadığından “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu münasibətlər istehlak münasibətləri hesab edilmir. İstinad edilənlər, habelə hüquq münasibətlərinin xarakteri ilə bağlı bu Qərarın 13-cü bəndində qeyd edilənlər baxımından təbii inhisar subyektləri olmaqla fəaliyyətləri həm də sahibkarlıq elementlərini ehtiva edən “Azəriqaz” İB, "xxxx" ASC, “Azərsu" ASC kimi enerji və su təchizatı qurumları ilə digər sahibkarlıq subyektləri arasında öz fəaliyyətlərinin həyata keçirilməsi üçün qaz, su və elektrik enerjisindən istifadədən irəli gələn mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Bu mübahisələrin bir tərəfi qismində qeyri-hökumət təşkilatları və publik hüquqi şəxslər çıxış etdikdə isə, həmin işin kommersiya məhkəməsində baxılması imkanı sərfiyyatın onların sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı fəaliyyətindən irəli gəldiyi halla məhdudlaşmış olacaqdır. Dövlət orqanları və bələdiyyələrlə adıçəkilən enerji və su təchizatı qurumları arasında olan mübahisələrə isə bu Qərarın 23-cü bəndinə əsasən kommersiya məhkəmələrində baxılacaqdır. Məhkəmə qeyd edir ki, mübahisənin mahiyyətindən görünür ki, tərəflər arasındaki mübahisə, onlar arasında həyata keçirilən sahibkarlıq fəaliyyətindən və bu fəaliyyət də müqavilə münasibətlərindən yaranmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbində qeyd olunan məsələ üzrə İddiaçı iddia ərizəsində tikinti materialları mağazasından istifadə etdiyini bildirdiyindən, tərəflər arasında olan mübahisəyə kommersiya məhkəməsində baxılmalı olduğundan belə iddiaya ümumi məhkəmədə baxıla bilməz. Eyni zamanda Elektron Məhkəmə İnformasiya Sistemindən Çıxarışdan görünür ki, İddiaçı adına ********** saylı və Cavabdeh adına ********** saylı VÖEN mövcuddur. Belə olan halda məhkəmə hesab edir ki, mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 31-32, 35, 45.1 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikası Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nazlı Heydərova
Məhkəmə qərarları › İş №2(076)-2006/2025
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-2006/2025
10.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver