Məhkəmə qərarları › İş №2(076)-2008/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2008/2023

04.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2008/2023 04.07.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ 2(Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Heydarov Cəmil Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2009cu il təvəllüdlü Gülcan adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci tarixli, 2(076)-1067/2021 saylı qətnaməsi ilə hər ay bir uşaq üçün müəyyən edilmiş 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimentin məbləği artırılaraq hər ay bir uşağa görə 220 (iki yüz iyirmi) manat olmaqla sabit pul məbləğində alimentin və 50 manat mediasiya xərcinin cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü Gülcan adlı uşaq doğulmuşdur. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(076)-1067/2021 nömrəli qətnaməsi ilə İddiaçı və Cavabdeh arasında rəsmiləşdirilmiş nikah pozulmuş və məhkəmə qətnaməsinə əsasən xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 150 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. İddiaçı uşağı saxlamaqda çox çətinliklər çəkir. Qeyd edilənləri nəzərə alaraq xx.xx.2009-cu il təvəllüdlü Gülcan adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci tarixli, 2(076)-1067/2021 saylı qətnaməsi ilə hər ay bir uşaq üçün müəyyən edilmiş 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimentin məbləği artırılaraq hər ay bir uşağa görə 220 (iki yüz iyirmi) manat olmaqla sabit pul məbləğində alimentin və 50 manat mediasiya xərcinin cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirdi ki, qeyd edilən aliment miqdarını ödəməyə maddi vəziyyəti yol vermir. Eyni zamanda hazırda ondan tutulan alimentdən kənar da uşağa köməklik göstərir. Bundan başqa iddiaçı özü də müəllimə işləyir. Aylıq gəliri 800-900 manatdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İİ 582088 seriyalı xx.xx.2010-cu il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X3 xx.xx.2009-cu il tarixdə doğulmuşdur. Şəhadətnamədə ata qrafasında Cavabdeh, ana adı qrafasında isə İddiaçı qeyd olunmuşdur. İş materiallarında olan Şəmkir rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(076)- 1067/2017 saylı qətnaməsinin surətindən görünür ki, xx.xx.2021-ci tarixdən başlayaraq uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Qeyd edilən Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” 30 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə qeyd edir ki, sonuncu məhkəmə qətnaməsi ilə aliment müəyyən edildiyi vaxtdan bugünə kimi yalnız uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun məbləği dəyişmişdir. Belə ki, Azərbaycan Respublikasında 2023-cü il üçün uşaqlar üçün yaşayış minimumu 220 manat müəyyən edildiyi halda, 2021-ci il üçün bu məbləğ 175 manat həddində müəyyən edilmişdir. Tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, sonuncu məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, hər ay bir uşaq üçün 170 manat sabit pul məbləğində müəyyən edilməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd edilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının AM-nin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən deyil, hazırki məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Bundan başqa, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. Bundan başqa, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Göstərilən qanunverilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan ilkin mediasiya sessiyasında çəkilən 50 manat xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin 2(076)-1067/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş xx.xx.2009-cu il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay bir uşağa görə 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh ödənilmiş mediasiya xərcinin əvəzi kimi 50 (əlli) manat tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Həvayət Məhəmmədi İş № 2(076)-2008/2023 БИРИНCИ ИНСТАНСИЙА MЯЩKЯMЯСИНДЯ МЯЩКЯМЯ ИCЛАСЫНЫН ПРОТОKОЛУ Şəmkir район Mящkяmяси 04 iyul 2023-cü il Şəmkir rayonu Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Heydarov Cəmil Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında Ьцрлцьц шсдфыэ ыффе 17:40-вa ифждфтвэ. Sədrlik edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 178-ci maddəsinə əsasən məhkəmə iclasını açır və baxılası işi elan edir. Sədrlik edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 179-cu maddəsinə əsasən iş üzrə tərəflərin gəlib-gəlməməsi barədə məruzə etmək üçün məhkəmə iclas katibinə söz verir. Mцhkцmц iclasэтэт kфешиi ьцкгяц увцкцл ишдвшкшк лш, İddiaçı və Cavabdeh məhkəmə iclasına gəlmişlər. Ыцвкдшл увцт işdə tərəflərin жцчышннцештш ьъцннцт увшк. İddiaçı xx.xx.1982-ci ildə Şəmkir rayonu, Seyfəli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayır. Cavabdeh xx.xx.1978-ci ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 3 ünvanında yaşayır. Ыцвкдшл увцт Фяцкифнсфт Куызгидшлфыэтэт Ьъдлш Зкщыуыыгфд Ьцсцддцыштшт 182-сш ьфввцыштц цыфыцт ьцрлцьц ецклшиштш удфт увшк мц ьцрлцьц шсдфы лфешиштшт лшь щдвгхгтг ишдвшкшк. Ыцвкдшл увшк Məhəmmədi Həvayət Kəmaləddin qızı, ьцрлцьц шсдфыэтэт лфешиш Heydarov Cəmil Elxan oğludur. Ыцвкдшл işdə tərəflərə Фяцкифнсфт Куызгидшлфыэтэт Ьъдлш Зкщыуыыгфд Ьцсцддцыштшт 19 мц 20-сш ьфввцдцкш шдц тцяцквц егегдьгж йфнвфвф ыцвкдшл увцт рфлшьц мц ьцрлцьц шсдфы лфешиштц уешкфя уеьцл ръйгйгтг шяфр увшк. Tərəflər hər biri ayrı-ayrılıqda ьцрлцьцтшт ецклшиштц мц ьцрлцьц шсдфы лфешиштц уешкфяэ щдьфвэхэтэ ишдвшкшкlər. Ыцвкдшл увцт işdə tərəflərə Фяцкифнсфт Куызгидшлфыэтэт Ьъдлi Зкщыуыыгфд Ьцсцддцыштшт 47-сш ьфввцыштвц тцяцквц егегдфт зкщыуыыгфд ръйгй мц мцяшацдцкштшn izahı barədə bildirişin çatdırılıb-çatdırılmadığını müəyyən edir. Tərəflər hər biri ayrı-ayrılıqda prosessual ръйгй мц мцяшацдцкштшт izahı barədə bildirişi aldıqlarını, prosessual hüquq və vəzifələrinin щтlarф фнвэт щдвгхгтг və yenidən hüquq və vəzifələrinin izah olunmasına ehtiyac olmadığını ишдвшкшкlər. Ыцвкдшл увцт Фяцкифнсфт Куызгидшлфыэтэт Ьъдлш Зкщыуыыгфд Ьцсцддцыштшт 184-съ ьфввцыштц цыфыцт işdə tərəflərə işin və mübahisənin vəziyyətini müzakirə edir və işdə tərəflərin iddia ərizəsinə etirazı və ya sübutları təqdim etməməsi işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmadığını, yeni sübutun təqdim və ya tələb edilməsi barədə vəsatətin yalnız bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olduğu halda və ya Tərəflər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər həmin vəsatətin verilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırdığı halda təmin olunacağını bildirir. Tərəflər hər biri ayrı-ayrılıqda sübutlarını işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər verdiklərini, hazırda heç bir vəsatətlərinin olmadığını bildirirlər. Sədrlik edən Azərbaycan Respublikası MPM-nin 52-ci maddəsində nəzərdə tutulan əsasları işdə tərəflərə izah edərək, iddiadan imtina edilməsi, iddianın etiraf edilməsi və barışıq sazişinin bağlanması ilə bağlı təkliflərinin olub-olmamasını aydınlaşdırır. Tərəflər hər biri ayrı-ayrılıqda aralarında barışığın mümkün olmadığını bildirirlər və işə mahiyyəti üzrə baxılmasını xahiş edirlər. Бундан сонра сядрлик едян ишя мащиййяти цзря бахылмаьа башландыьыны bildirərək, iddianı və iddiaya etirazda göstərilmiş işin faktiki hallarını, işin mübahisəsiz hallarını və tərəflərin mübahisələndirdiyi halları, həmçinin tərəflərin təqdim etdiyi sübutları elan edir. İşin məruzəsindən sonra sədrlik edən əlavələrin və ya dəqiqləşdirilmələrin olubolmamasını aydınlaşdırır. Tərəflər hər biri ayrı-ayrılıqda onlara aydın olduğunu və heç bir əlavələrinin olmadığını bildirirlər. Sədrlik edən məhkəmə tədqiqinin əvvəlcə iddiaçının dindirilməsi ilə başlanıb, sonra cavabdehin dindirilməsi və digər iş materiallarının tədqiq edilməsi ilə davam etdirilməsini təklif edir və bu barədə işdə tərəflərin fikirlərini soruşur. İşdə tərəflərin hər biri ayrı-ayrılıqda etirazları olmadığını bildirirlər. Məhkəmə yerində qısa müşavirə edərək Qərara alır: Məhkəmə tədqiqinin əvvəlcə iddiaçının dindirilməsi ilə başlanıb, sonra cavabdehin dindirilməsi və digər iş materiallarının tədqiq edilməsi ilə davam etdirilsin. Ыцвкдшл увцт шввшфюэ İddiaçı шяфрфе мукьцнш ецлдша увшк. Шввшфюэ İddiaçı izahatı: Göstərir: Cavabdehlə birgə nikahımızdan xx.xx.2009-cu il təvəllüdlü Gülcan adlı uşaq doğulmuşdur. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(076)-1067/2021 nömrəli qətnaməsi ilə Cavabdeh ilə aramızda rəsmiləşdirilmiş nikah pozulmuş və məhkəmə qətnaməsinə əsasən xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 150 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq mənə ödənilməsi qət edilmişdir. Mən uşağı saxlamaqda çox çətinliklər çəkirəm. Qeyd edilənləri nəzərə alaraq xx.xx.2009-cu il təvəllüdlü Gülcan adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci tarixli, 2(076)- 1067/2021 saylı qətnaməsi ilə hər ay bir uşaq üçün müəyyən edilmiş 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimentin məbləği artırılaraq hər ay bir uşağa görə 220 (iki yüz iyirmi) manat olmaqla sabit pul məbləğində alimentin və 50 manat mediasiya xərcinin cavabdehdən alınaraq mənə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş edirəm. Sədrlik edən iddiaçıya suallar olub-olmadığını soruşur. Шввшфюэ İddiaçı sual olmadı. Ыцвкдшл увцт Cavabdeh шяфрфе мукьцнш ецлдша увшк. Cavabdehnın izahatı: Пбыецкшк: İddianı qəbul etmirəm, qeyd edilən aliment miqdarını ödəməyə maddi vəziyyətim yol vermir. Eyni zamanda hazırda məndən tutulan alimentdən kənar da uşağa köməklik göstərirəm. Bundan başqa iddiaçı özü də müəllimə işləyir. Aylıq gəliri 800-900 manatdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş edirəm. Sədrlik edən cavadehə suallar olub olmadığını soruşur. Cavabdeh sual olmadı. Bundan sonra sədrlik edən məhkəmə tədqiqinin daha nə ilə davam etdirilməsi barədə əlavə vəsatətləri olub-olmaması barədə proses iştirakçılarının fikrini soruşur. Tərəflərin hər biri ayrı-ayrılıqda heç bir vəsatətləri olmadığını bildirirlər. Sədrlik edən məhkəmə tədqiqinin tamamlandığını və çıxışlara keçildiyini bildirir və bu barədə işdə tərəflərin fikrini soruşur. Tərəflərin hər biri ayrı-ayrılıqda heç bir vəsatətləri olmadığını bildirirlər. Ьцрлцьц нукштвц йэыф ьъжфмшкц увцкцл йцкфкф фдэк: Ьцрлцьц ецвйшйш ефьфьдфтыэт мц юэчэждфкф ифждфтыэт. Ыцвкдшл увцт юэчэж ъюът İddiaçı söz verir. İddiaçı: İddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edirəm. Ыцвкдшл увцт юэчэж ъюът Cavabdeh söz verir. Cavabdeh: İddianın rədd edilməsini məhkəmədən xahiş edirəm. Ыцвкдшл увцт Tərəflərdən куздшлф ръйгйгтвфт шыешафвц увши-уеьцьцlərштш ыщкгжгк. İşdə tərəflərin hər biri ayrı-ayrılıqda куздшлф ръйгйгтвфт шыешафвц уеьцл шыецьцвшklərштш ишдвшкшкlər. Ыцвкдшл увцт məhkəmə iclasının başa çatdığını bildirir və ьъжфмшкц щефхэтф пувшк. Sədrlik edən məhkəmə iclas zalına йфнэвфкфй йцетфьцтшn giriş və nəticə hissəsini удфт увшк. Ыцвкдшл увцт йцетфьцтшт nəticə hissəsinin məzmununu, щтвфт Пцтсц Фзудднфышнф Ьцрлцьцыштц фзудднфышнф жшлфнцеш мукьцл йфнвфыэтэ мц ьъввцештш, protokolla tanış olma qaydasını, müddətini və ona dair qeydlər vermək hüququnu шяфр увшк və qətnamənin tam mətni ilə tanış olmanın vaxtını işdə iştirak edən жцчыlərə bildirir. Ыцвкдшл увцтin göstərişi ilə qətnamənin giriş və nəticə hissələrini əks etdirən çıxarış işdə tərəflərə rəsmi qaydada verilir. Ыцвкдшл увцт ьцрлцьц шсдфыэтэ ифхдэ удфт увшк. Зкщещлщд 04 iyul 2023-сü шд ефкшчвц ецкеши увшдвш. Ыцвкдшл увцт Ьцрлцьц шсдфыэтэт лфешиш

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar