Məhkəmə qərarları › İş №2(076)-2010/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2010/2023

01.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2010/2023 01.08.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi ilə İddiaçı "xxxx" X5 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" KB ASC iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2014–cü il tarixli 4368nkSMKR/14 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş 1.048,33 manat əsas kredit borcu, 2,54 manat faiz borcu olmaqla, cəmi 1.050,87 manat məbləğində pulun, 0,40 manat xidmət haqqının və 30,51 manat ödənilmiş dövlət rüsumunun alınması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı bank ilə X4 arasında bağlanmış xx.xx.2014–cü il tarixli 4368nkSMKR/14 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən X3 18 ay müddətinə illik 29 % ödəmək şərtilə 1.500 manat kredit verilmişdir. X4 əsas məbləği və onun faizlərini ödəməyi öhdəsinə götürmüş, lakin müqaviləyə əsasən üzərinə düşən öhdəliyi lazımınca icra etməyərək müqavilənin şərtlərini pozmuşdur. Nəticədə onun 1.048,33 manat əsas kredit borcu, 2,54 manat faiz borcu olmaqla, cəmi 1.050,87 manat borcu qalmışdır. X4 xx.xx.2015–ci il tarixdə vəfat etmiş, bundan sonra mərhumun adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsəsi olan Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Cavabdeh X1 qalmış mirası qəbul etməsinə baxmayaraq, miras qoyanın bank qarşısında olan öhdəliyini icra etməmişlər. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən yayınmışdır. Odur ki, iddianın təmin olunaraq, cavabdehdən 1.048,33 manat əsas kredit borcu, 2,54 manat faiz borcu olmaqla, cəmi 1.050,87 manat məbləğində pulun, 0,40 manat xidmət haqqının və 30,51 manat dövlət rüsumunun alınıb iddiaçı "xxxx" KB ASC–yə verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" X5 Səhmdar Cəmiyyətinə və Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, iddianı müdafiə etdiyini, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh isə gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə iddiaçı bankın nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan "xxxx" KB ASC ilə X4 arasında bağlanmış xx.xx.2014–cü il tarixli 4368nkSMKR/14 nömrəli kredit müqaviləsindən görünür ki, bank tərəfindən X3 18 ay müddətinə illik 29 % ödəmək şərtilə 1.500 manat kredit verilmişdir. İşdə olan "xxxx" KB ASC ilə X4 arasında razılaşdırılmaqla təsdiq edilmiş ödəniş cədvəlindən görünür ki, X4 xx.xx.2014–cü il tarixli 4368nkSMKR/14 saylı kredit müqaviləsi üzrə kreditin məbləğini xx.xx.2014–xx.xx.2016–cı illər ərzində hər ay ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan ölüm haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2015–ci il tarixdə vəfat etmişdir. İşdə olan Şəmkir Rayon 1 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2023–cü il tarixli məktubdan və ona əlavə edilmiş siyahıdan görünür ki, xx.xx.2015–ci il tarixdə vəfat etmiş X2 adına xx.xx.2021-ci il tarixdə vərəsəlik işi açılmış və Cavabdeh mirası qəbul etmişdir. İşdə olan cavabdehə ünvanlanmış xəbərdarlıq bildirişindən görünür ki, cavabdehə borcu xatırladılaraq, ondan borclu olduğu məbləği qaytarmaq tələb olunmuşdur. İşdə olan maliyyə arayışından görünür ki, X2 xx.xx.2014–cü il tarixli 4368nkSMKR/14 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2023–cü il tarixə banka 1.048,33 manat əsas kredit borcu, 2,54 manat faiz borcu olmaqla, cəmi 1.050,87 manat məbləğində borcu vardır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, iddiaçı bankla X4 arasında bağlanmış xx.xx.2014–cü il tarixli 4368nkSMKR/14 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən X3 18 ay müddətinə illik 29 % ödəmək şərtilə 1.500 manat kredit verilmişdir. Lakin borclu müqavilənin öhdəliklərini yerinə yetirməmiş, nəticədə onun 1.048,33 manat əsas kredit borcu, 2,54 manat faiz borcu olmaqla, cəmi 1.050,87 manat məbləğində borcu yaranmışdır. Həmçinin, X4 xx.xx.2015–ciil tarixdə vəfat etmiş, bundan sonra mərhumun adına vərəsəlik işi açılmış və cavabdeh mirası qəbul etmişdir. Ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası MM–nin 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2–ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 1306.1–ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar Odur ki, məhkəmə hesab edir ki, xx.xx.2014–cü il tarixli 4368nkSMKR/14 saylı kredit müqaviləsinə əsasən Cavabdeh əsas kredit borcu üzrə 1.048,33 manat, faiz borcu üzrə 2,54 manat olmaqla, cəmi 1.050,87 manat məbləğində pul alınıb iddiaçı "xxxx" X5 Səhmdar Cəmiyyətinə verilməlidir. Ödənilmiş 0,40 manat xidmət haqqı və 30,51 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM–in 216–220 və 222–ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. xx.xx.2014–cü il tarixli 4368nkSMKR/14 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh əsas kredit borcu üzrə 1.048,33 manat, faiz borcu üzrə 2,54 manat olmaqla, cəmi 1.050,87 (bir min əlli manat səksən yeddi qəpik) manat məbləğində pul alınıb iddiaçı "xxxx" KB ASC–yə verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh 0,40 (qırx qəpik) manat xidmət haqqı və 30,51 (otuz manat əlli bir qəpik) manat dövlət rüsumu alınıb iddiaçı "xxxx" KB ASC–yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar