Məhkəmə qərarları › İş №2(076)-2017/2023

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-2017/2023

23.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-2017/2023 23.05.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Şəmkir Rayon Məhkəməsinin hakimi Məhəmmədi Həvayət Kəmaləddin qızının İddiaçı BOKT "xxxx" MMC-nin Cavabdeh qarşı «kredit borcunun qaytarılması » tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib m ü ə y y ə n e t d i: İddiaçı BOKT "xxxx" MMC-nin oğlu Cavabdeh qarşı «kredit borcunun qaytarılması » tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. İddia ərizəsində iddiaçının nümayəndəsi X1 göstərilsə də iddia ərizəsinə əlavə edilmiş etibarnamənin tarixi qeyd edilmədiyindən onun səlahiyyət müddətini müəyyən etmək mümkün deyil. Buna görə də iddia ərizəsinin buna səlahiyyəti olan şəxs tərəfindən imzalandığı müəyyən olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. İddia ərizəsinin mülki-prosessual qanunvericiliyə uyğun olaraq səlahiyyəti müəyyən edilməmiş şəxs tərəfindən imzalandığı müəyyən edildiyindən iddia ərizəsi geri qaytarılmlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.2-ci maddəsinin tələbinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinin tələbinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.2, 263-264 və 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: İddiaçı BOKT "xxxx" MMC-nin Cavabdeh qarşı «kredit borcunun qaytarılması » tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar