Məhkəmə qərarları › İş №2(076)-202/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-202/2024

13.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-202/2024 13.03.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Vəlizadə Rövşən Nazim oğlunun katibliyi ilə, İddiaçı və onun nümayəndəsi (vəkili) X2, Cavabdeh nümayəndəsi (vəkil) X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı – cavabdehdən 8515 (səkkiz min beş yüz on beş) manat pulun və ödənilmiş 106 (bir yüz altı) manat məbləğində dövlət rüsumunun məbləğində alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 2022-ci ilin sentyabr ayında tanıyıb. Onun 110 baş iri buynuzlu heyvanları var. Heyvanları Gədəbəy rayonunda yaylaqda saxlayırdı. 2022-ci ilin avqust ayında tanışı Mahmudla bir yerdə olarkən Mahmuda heyvanları saxlamaq üçün yer axtardığını bildirib. Mahmudla tanıdığı Cavabdeh icarəyə torpaq sahəsinin verdiyini bildirdi. Sonra cavabdehlə əlaqə saxlayıb, yatağın boş olub-olmamasını və torpaq sahəsinin neçə hektar olmasını soruşub. Cavabdeh telefonla 25 hektar biçənək 200 hektar otlaq sahəsinin olduğunu demişdir. Daha sonra cavabdehin Şəmkir rayonu, Bayramlı kəndində yerləşən fermasına gediblər. Cavabdeh ona 25 ha biçənək və 200 ha otlaq sahəsini göstərdi. Bundan sonra cavabdehlə mövsümə uyğun olaraq fermanı 7000 manat pul qarşılığında icarəyə götürməyə razılaşıblar və həmin pulu cavabdehə verib. Daha sonra heyvanları cavabdehin fermasına yerləşdirib. Bir neçə gündən sonra cavabdeh ona zəng edərək tövlə tikdirmək üçün 2000 manat borca pul lazım gəldiyini dedi. O cavabdehə 1515 manat borca pul verib. xx.xx.2022-ci il ildə yanına çoban işləyən Gəray heyvanları otlaq sahəsinə buraxıb otararkən cavabdehin otlaq sahəsinə gedib heyvanları otlaq sahəsində otarmağa icazə verməmiş və Gərayla mübahisə etmişdir. Mübahisədən sonra yanında çoban işləyən Nəbi ona zəng edərək cavabdehin heyvanları otarmağa icazə vermədyini bildirmişdir. Sonra o cavabdehin yanına gəldikdə ona 25 ha torpaq sahəsini vermədiyini bildirmişdir. Oda razılaşmalarının bu cür olmadığınl və ona verdiyiicarəyə və borca verdiyi pulları geri qaytarmağını tələb edib. Lakin cavabdeh pulu olmadığını və pulu verə bilməyəcəyini bildirmişdir. Bundan sonra cavabdehin varəsində DİN 102 xidmətinə məlumat vermişdir. Cavabdeh polis şöbəsində verdiyi ifadədə ona borcunun olmasını etiraf etmiş, pulu geri qaytaracağı barədə söz versədəlakin sözünə əməl etməmişdir. Bir müddət cavabdeh pulu qaytarması üçün vaxt istəmişdir. Həmin müddəti gözləsə də ancaq pulun verilməsindən bir il müddət keçməsinə baxmayaraq cavabdeh müxtəlif bəhanələrlə bugünədək pulu ödəməkdən boyun qaçırmışdır. Tərəflərin izahatları: İddiaçı və onun nümayəndəsi və vəkili X4 məhkəmə iclasında iddianı müdafiə edərək, bütün sübutların onun tərəfindən təqdim edildiyini və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi (vəkil) X3 məhkəmə iclasında iddianı qismən qəbul edərək izahatında bildirmişdir ki, iddiaçı cavabdehə 7000 manat pul verib, Cavabdeh həmin puldan 3000 manatını iddiaçı Sahibə qaytarmışdır. Odur ki, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan: İş materiallarında olan xx.xx.2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarından görünür ki, İddiaçı Şəmkir Rayon Polis Şöbəsinə şikayət etmiş, Cavabdeh əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarda görünür ki, Cavabdeh öz izahatında göstərmişdir ki, o ailəsi ilə birlikdə Şəmkir rayonunun Bayramlı kəndində yaşayır. Barəsində şikayət edən Gədəbəy rayon Düzyurd sakini İddiaçı tanıyır. İddiaçıla bu günədək heç bir ədavətləri olmamışdır. Kür çayının Bayramlı kənd ərazisindən keçən hissəsinin ətrafında ferması var. 2022-ci ilin sentyabr ayında şifahi razılıqları əsasında o həmin qışlaq sahəsini Sahibə 7000 manata 7 aylığına icarəyə vermişdir. Sahib 20 gün bundan qabaq həmin qışlaq yerinə danışdıqları 80 baş olsa da 130 baş iri buynuzlu heyvanlarını gətirmişdir. Sonda əlavə yer üstündə Sahiblə narazılıqları yaranmışdır. Buna görə də Sahib ondan verdiyi pulu geri istəmişdir. Eyni zamanda onun barəsində şikayət etmişdir. O, hazırda Sahibin vermiş olduğu pulun 4000 manatını bugün qaytarmış, 3700 manat borclu qalmışdır. Borclu qaldığı pulun 1000 manatını qısa zamanda, qalan 2700 manatını isə iki ay ərzində verəcəyinə söz vermişdir. İddiaçı qarşı dələduzluq etmədyini bildirmişdir. Cavabdeh tərəfin vəsatəti əsasında dindirilmiş şahid Rasim məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, Arzumanı Sahibin heyvanlarını fermaya aparanda tanıyıb. Arzuman ona 4000 manat pul verib ki, Sahibə versin. O, da aparıb həmin pulu Sahibə verib. Pulun hamısı 100 manatlıq əskinazlar idi. Həmin pulu sabahkı gün aparıb Sahibə verib. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə tərəflər arasında yaranmış münasibətlərə hüquqi qiymət verərək, belə qanaətə gəlir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış münasibətlər hüquqi təbiətinə görə tapşırıq müqaviləsinin əlamətlərini ehtiva etdiyindən hazırki iddianın həlli üçün mülki qanunvericiliyin tapşırıq müqaviləsi ilə bağlı normalar tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin məcəllənin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdeh ilə aralarındakı razılaşmaya əsasən 2022-ci ilin sentyabr ayında şifahi razılıqları əsasında Arzuman həmin qışlaq sahəsini Sahibə 7000 manata 7 aylığına icarəyə vermişdir. Sonradan isə iddiaçı Cavabdeh 7000 manat məbləğində pul vermişdir. İddiaçı tərəfindən Cavabdeh 7000 manat pulun verilməsi iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasından rədd edilməsi barədə qərarda və məhkəmənin xx.xx.2024cü il tarixində keçirilmiş iclasında cavabdehin nümayəndəsinin və vəkilinin izahatı ilə öz təsdiqini tapmışdır. Buna görə də iddiaçı tərəfindən cavabdehə ümumilikdə 7000 manat məbləğində pulun verilməsi mülki işin mübahisəsiz halı kimi qiymətləndirilməlidir. Həmçinin, həmin qərarla və şahid ifadəsi ilə də cavabdehin 4000 manatı iddiaçıya qaytarmağı öz təsdiqini tapmışdır. Cavabdeh hazırda iddiaçıya 1000 və 2700 manat borclu olduğunu bildirmişdir. Göründüyü kimi iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar, yəni ona cavabdeh tərəfindən ziyan vurulmuş olduğu təsdiq olunduğundan, göstərilən hallar işin sübut olunmuş xüsusatları kimi qəbul edilməli, iddiaçıya dəymiş ziyan cavabdehdən tutulmalıdır. Beləliklə, iddia qismən təmin edilməli, Cavabdeh 3700 (üç min yeddi yüz) manat məbləğində pul və iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 50 manatı cavabdehdən tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 3700 (üç min yeddi yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 50 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar