Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-203/2024 18.01.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi Vəlizadə Rövşən Nazim oğlunun katibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması və girov predmentinə yönəldilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi: İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması və girov predmentinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2023-cü il tarixə kredit üzrə borcu cəmi 2936.63 manat təşkil edir. Bundan 1860.37 manat əsas borc, 859.42 manat faiz, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-ccu il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 216.84 manat faiz borcu və iş üzrə ödənilmiş 49.37 manat dövlət rüsumunun tutulması, tutmanın bankda saxlanca qəbul edilmiş 1 ədəd cəmi çəkisi 53.90 qr təşkil edən saat və qolbaq, 1 ədəd cəmi çəkisi 11.50 qr təşkil edən üzük, 1 ədəd cəmi çəkisi 10.20 qr təşkil edən üzüyə yönəldilməsi və açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Şəmkir filialı ilə Cavabdeh arasında bağlanmış 20 dekabr 2019-cu tarixli ***-*******LK20129-01 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 12 (on iki) ay müddətinə illik 27 (iyirmi altı) faiz dərəcəsi ilə 2700 (iki min yeddi yüz) manat məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq Cavabdeh xx.xx.2019-cu il tarixli Girov müqaviləsi (qızıl-zinət əşyalarına dair) bağlayaraq mülkiyyətində olan 1 ədəd cəmi çəkisi 53.90 qr təşkil edən saat və qolbaq, 1 ədəd cəmi çəkisi 11.50 qr təşkil edən üzük, 1 ədəd cəmi çəkisi 10.20 qr təşkil edən üzük banka girov qoymuşdur. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmiş və borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə xx.xx.2022-ci i tarixli **********999 saylı bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixə kredit üzrə borcu cəmi 2936,63 manat təşkil edir. Bundna 1860.37 manat əsas borc, 859,42 manat faiz, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiyası MƏhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-ləı hesablanmış 218.84 manat faiz borcu təşkil edir. Tərəflərin izahatları: İddiaçı ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddianını müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə, məhkəməyə çağırılsa da, lakin məhkəməyə gəlməmiş və gəlməməlirinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli, ***-*******LK20129-01 saylı kredit müqaviləsi üzrə 1860.37 manat məblğində əsas borcu, 859.42 manat faiz borcu, illik 5%-lə hesablanmış 216.84 manat, ümumulikdə 2936, 63 manat borcu vardır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli mədaxil qəbzlərinədn görünür ki, Cavabdeh İddiaçı ASC tərəfindən 2646 manat məbləğində pul verilmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh Azim oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli bank hesabı və kredit müqaviləsindən görünür ki, X3 12 ay müddətinə illik 26% ödəmək şərtilə 2700 manat məbləğində kredit verilmişdir, komissiya haqqı 54 manat təşkil etmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh xx.xx.2019-cu il tarixli qızıl-zinət əşyalarının girov müqaviləsindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli, ***- *******LK20129-01 saylı kredit müqaviləsinin təmiantı olaraq qızıl-zinət əşyalarını bank qarşısında girov qoymuşdur, qızıl-zinət əşyalarının dəyəri 4269.6 manat təşkil edir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli qiymətləndirmə və təhvil-təslim aktından görünür ki, girov qoyulan qızıl-zinət əşyalarından saat+qolbağın 1 qramının likvid dəyəri 60 manat müəyyən edilməklə, məmulatın likvid dəyəri 2.874 manat, 1 ədəd üzüyünü 1 qramının likvid dəyəri 60 manat müəyyən edilməklə məmulatın likvid dəyəri 690 manat, 1 ədəd üzüyün 1 qramının likvid dəyəri 78 manat müəyyən edilməklə, məmulatın likvid dəyəri 796 manat müəyyən edimişdir. xx.xx.2022-ci il tarixli bildiriş məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə vaxtından əvvəl olaraq bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. .“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 may 2015-ci il tarixli Plenumunun qərarında göstərilir ki, alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (ABŞ dolları və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır. Məhkəmənin mövqeyi: Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də, iddia təmin edilməlidir. Məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehə borcunu ödəməsini xatırlatmasına baxmayaraq cavabdeh borcunu ödəmədiyindən, iddiaçı borcun qaytarılmasını tələb etməkdə haqlıdır və iddia qeyd edilən hissədə təmin edilməlidir. Məhkəmə həmçinin tələbin Cavabdeh məxsus qızıl-zinət əşyalarına yönəldilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi girov ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin girov ilə yüklü edilmiş göstərilən qızıl-zinət əşyalrına yönəldilməsini məhkəmə qaydasında tətbiq etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi də təmin edilərək, borc tələbi kreditin təminatı kimi girov ilə yüklü edilmiş göstərilən qızıl-zinət əşyalarına yönəldilməlidir. Məhkəmə eyni zamanda tələbin girov ilə yüklü edilmiş əşyalara yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin girov qoyulmuş göstərilən əşyalara yönəldilməsi girov ilə yüklü edilmiş qeyd edilən əşyanın açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 49.37 manat məbləğində dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. 1860.37 (min səkkiz yüz altış manat otuz yeddi qəpik) məbləğində əsas borc, 859.42 (səkkiz yüz əlli doqquz manat qırx iki qəpik) manat məbləğində faiz borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cu il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 216.84 (iki yüz on altı manat səksən dörd qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 49.37 (qırx doqquz manat otuz yeddi qəpik) manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq LPO İddiaçı ASC-nin xeyrinə ödənilsin. Tələb bankda saxlanca qəbul edilmiş 1 ədəd cəmi çəkisi 53.90 qr təşkil edən saat və qolbaq, 1 ədəd cəmi çəkisi 11.50 qr təşkil edən üzük, 1 ədəd cəmi çəkisi 10.20 qr təşkil edən üzüyə yönəldilsin. 1 ədəd cəmi çəkisi 53.90 qr təşkil edən saat və qolbaq, 1 ədəd cəmi çəkisi 11.50 qr təşkil edən üzük, 1 ədəd cəmi çəkisi 10.20 qr təşkil edən üzük açıq hərracdan satılsın və qızıl-zinət əşyalarının satılmasından əldə edilən vəsaitdən 2936.63 manat pul və 49.37 manat ödənilmiş dövlət rüsumun əvəzi iddiaçı LPO İddiaçı ASC-yə ödənilsin. Göstərilən qızıl-zinyət əşyalarının açıq hərracdan satılmasından əldə edilən vəsait 2936.63 manat borcun və 49.37 manat ödənilmiş dövlət rüsumun ödənilməsinə kifayət etmədikdə yerdə qalan borc ümumi qaydada Cavabdeh tutularaq LPO İddiaçı ASC-nin xeyrinə ödənilsin. Borc ödənildikdən sonra qızıl-zinət əşyalarının satışından artıq qalan məbləğ Cavabdeh qaytarılsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №2(076)-203/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-203/2024
18.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver