Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2032/2025 01.07.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi, İsmayılova Sənubər Nəcəf qızının katibliyi, İddiaçı Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia qaldıraraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1680 (bir min altı yüz səksən) manat məbləğində pul alınıb ona, yəni İddiaçı verilməsi və ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 37 (otuz yeddi) manat pul alınıb ona, yəni İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı cavabdehlər Ruhin və Rauf adlı şəxsləri qiyabi tanıyır. Belə ki, mütamadi olaraq illik kartof məhsulunu kənddən gələrək alan şəxslərə satmışdır. O cümldədən bir neçə səfər kartof məhsulunu cavabdehlərə satmışdır. 2025-ci ilin fevral ayında cavabdehlər Ruhin və Rauf Şəmkir rayonu Çinarlı qəsəbəsində fərdi yaşayış evində olan zaman 3.5 ton kartofunu 0.80 qəpiklə almağı ona təklif etdilər. Həmin kartof 2680 (iki min altı yüz səksən) manat məbləğində idi və ona ilkin olaraq 1000 (bir min) manatı əvvəlcədən, yerdə qalan 1680 (bir min altı yüz səksən) manat məbləğindəki pulu isə yaxın günlərdə kartofu satıb verəcəklərini bildirdilər. O, əvvəllər də, Rauf və Ruhinlə kartof alqı-satqısı nisyə etmiş və onu incitməmişlər. Bu səbəbdən də, onlarla razılaşaraq, 1000 (bir min) manat məbləğindəki pulu aldıqdan sonra 3.5 ton kartofu 0.80 qəpiklə satdı və 1680 (bir min altı yüz səksən) manat məbləğində pulu nisyə qaldı. O, bir neçə səfər telefonla əlaqə saxlasa da, pulunu cavabdehlər vermədilər və məcbur olub Şəmkir Rayon Polis Şöbəsinə müraciət etdi. Şəmkir Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparıldı və xx.xx.2025-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar verilərək, məhkəməyə müraciət etmək hüququnun olması izah edildi. Odur ki, hazırki iddia ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, o cavabdehlərə keçən il 2680 manat dəyərində nisyə kartof satmışdır. Onlar 1000 manatını ödəmişlər, lakin 1680 manat borclarını ödəməmişlər. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul edərək izahat verərək bildirmişdir ki, iddiaçıdan keçən il 2680 manat dəyərində nisyə alqı satqı edərək kartof məhsulu almışdır. Aralarında şifahi müqavilə bağlanmışdır.Həmin pulun 1000 manatını ödəmişlər, lakin 1680 manat borclarını ödəməmişlər. Məhsulu aşağı qiymətə satıb ziyan etdiklərini görə aldıqların malın pulunu ödəyə bilməmişlər. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul edərək Cavabdeh1la eyni məzmunlu izahat verərək dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Şəmkir RPŞ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, İddiaçı yazmış olduğu ərizəsi əsasında araşdırma aparılmış toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Qərarın surəti ona göndərilməklə izah olunur ki, qərardan narazı olduqda Şəmkir rayon prokuroruna, yuxarı prokurora və yaxud məhkəməyə şikayət etmək hüququ vardır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəmkir rayonu Cinarlı qəsəbəsində yaşayan İddiaçı xx.xx.2025-cü il tarixdə Şəmkir RPŞ-nə ərizə ilə müraciət edərək 2025-cü ilin fevral ayı tarixdə Ruhin və Rauf adlı şəxslərə 1680 manat dəyərində kartof məhsulu satmasını və sonuncular tərəfindən aldadılmasını bildirmişdir. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə iclasında tərəflərin izahatı və iş materialları ilə müəyyən edilir ki, cavabdehlər iddiaçıdan nisyə mal alaraq onun dəyərini hissə-hissə ödəməyi üzərinə götürmüşlər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçıya borclarından bir qismini ödəniş etsələr də, qalan 1680 manat məbləğində borcunu ödəmədiyi üçün iddiaçı məhkəməyə müraciət etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MM-in 600.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; MM-in 601-ci maddəsinin tələbinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər, hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmək şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2- ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1680 manat pul alınaraq İddiaçı ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən ödənilmiş 37 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1680 (bir min altı yüz səksən) manat pul və 37 (otuz yeddi) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nazlı Heydərova
Məhkəmə qərarları › İş №2(076)-2032/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2032/2025
01.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver