Məhkəmə qərarları › İş №2(076)-2045/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2045/2023

13.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2045/2023 13.09.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Heydarov Cəmil Elxan oğlunun katibliyi, Cavabdeh iştirakları ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi “X1 Company” MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi “X1 Company” MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2008-ci il tarixli, 149 Seymur ist. saylı kredit müqaviləsinə xitam verilməsi, Cavabdeh (bir min iyirmi doqquz) manat, gecikmələrə görə və əsas faiz borcu 4218 (dörd min iki yüz on səkkiz) manat, xidmət haqqı 150 manat olmaqla, ümumilikdə 5397 manat və ödənilmiş 30 manat dövlət rüsumu məbləğində pul vəsaitinin tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin (hakim İ.Əhmədov) xx.xx.2012-ci il tarixli 2(iqt)-2410/2012 saylı qətnaməsi ilə İddiaçı ASC-nin müflis elan edilməsi, İddiaçı ASC-nin ləğvedicisi qismində “X1 Company” MMC-nin təyin edilməsi qət olunmuşdur. Cavabdeh ilə İddiaçı ASC arasında xx.xx.2008-ci il tarixli, 149 Seymur ist. saylı Kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh istehlak məqsədilə 12 ay müddətində qaytarmaq öhdəlikləri daxilində və kredit alındığı gündən başlayaraq illik 36 faiz ödənilməsi şərti ilə 1129 manat məbləğində pul vəsaiti götürmüşdür. Bank üzərinə götürdüyü öhdəliyini tam və vaxtında yerinə yetirmişdir. Tərəflər arasında tərtib edilmiş “ödəniş qrafıki”nə əsasən, kreditin və kredit faizlərinin Cavabdeh tərəfindən banka qaytarılmasına müddətləri, kreditin ümumi məbləği və qaydası müəyyən edilmişdir. Alınmış kreditdən 100 manat manat qismən ödənilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin vaxtında və lazımı qaydada icrasını təmin etmək məqsədi ilə Cavabdeh şifahi və yazılı surətdə xəbərdarlıq edilib. Lakin Cavabdeh müqaviləyə əsasən, üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməyərək müqavilə şərtlərini pozmuş, banka olan qalıq kredit və % borcunu könüllü olaraq ödəməkdən boyun qaçırır. Hazırda Cavabdehin banka: kredit borcu üzrə - 1029 (bir min iyirmi doqquz) manat, gecikmələrə görə və əsas faiz borcu 4218 (dörd min iki yüz on səkkiz) manat, xidmət haqqı 150 manat olmaqla, ümumilikdə 5397 manat məbləğində borcu vardır. Şəmkir Rayon Məhkəməsinin 2(076)-4152/2016 saylı xx.xx.2016-cı il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 12 dekabr 2008-ci il tarixli «149 Seymur ist» saylı kredit müqaviləsi ləğv edilmiş, həmin kredit müqaviləsi üzrə Cavabdeh 1.029 (bir min iyirmi doqquz) manat əsas borc, 4.218 (dörd min iki yüz on səkkiz) manat faiz borcu, 150 (bir yüz əlli) manat xidmət haqqı olmaqla, cəmi 5.397 (beş min üç yüz doxsan yeddi) manat pul alınıb İddiaçı ASC-yə verilməsi, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməsi, Cavabdeh 30 (otuz) manat pul alınıb İddiaçı ASC-yə verilməsi qət olunmuşdur. Bundan sonra, cavabdeh xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Şəmkir Rayon Məhkəməsinin 2(076)-4152/2016 saylı xx.xx.2016-cı il tarixli qiyabi qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin 2(076)-4152/2016 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə Şəmkir Rayon Məhkəməsinin 2(076)-4152/2016 saylı xx.xx.2016-cı il tarixli qiyabi qətnaməsi ləğv edilmiş, mülki işin mahiyyəti üzrə baxılması təzələnmişdir. Məhkəmə iclasında Cavabdeh oğlu iddiaya etiraz edərək izahatında bildirdi ki, ekspertiza rəyi ilə razılaşır, belə ki, orada da qeyd edildiyi kimi iddiaçının tələbində istinad etdiyi kredit müqaviləsinə o imza etməmişdir, həmin kredit müqaviləsi üzrə də heç bir pul məbləği əldə etməmişdir. Belə olan halda iddiaçının kredit müqaviləsi üzrə ondan pul tələb etməsi əsassız və qanunsuzdur. Odur ki, məhkəmə iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilib, iddia tələbinin rədd olunmasını xahiş edir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi “X1 Company” MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, buna baxmayaraq iddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakı təmin etmədiyindən, cavabdeh də məhkəmə iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilməsini xahiş etdiyindən Azərbaycan Respublikası MPM-in 185.4-cü maddəsinə əsasən, məhkəmə mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, cavabdehin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı iddia ərizəsində "xxxx" ASC ilə Cavabdeh ilə aralarında xx.xx.2008-ci il tarixli 149 Seymur ist saylı kredit müqaviləsi bağlandığını, müqavilə üzrə cavabdehin borcunun yarandığını bildirərək, həmin borc məbləğinin cavabdehdən tutulmasını tələb etsə də, cavabdeh tərəflər arasında bağlanmış həmin müqavilədə, yəni iddia tələbini təsdiq edən sənəddə onun əvəzinə başqa birinin imza etdiyini bildirmişdir. Bununla bağlı Şəmkir Rayon Məhkəməsi 2(076)-2045/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə-xətşünaslıq ekspertizası təyin etmişdir. Həmin qərardad əsasında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 avqust 2023-cü il tarixli 4/1371 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş xx.xx.2008-ci il tarixli 149 Seymur ist nömrəli kredit müqaviləsində “Borcalan Cavabdeh” qrafasındakı imza – Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Republikası MPM-nin 76-cı maddəsində qeyd edilmişdir ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur (76.1), bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (76.2), qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir (76.3). Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 89.1-ci maddəsində qeyd edilir ki, yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Belə ki, ekspert rəyindən göründüyü kimi, iddiaçının məhkəməyə təqdim etdiyi sənədlər əsasında ekspertiza keçirilmişdir. Ekspertizanın rəyinə əsasən isə müəyyən olunmuşdur ki, iddiaçının tələbini əsasını təşkil edən kredit müqaviləsində cavabdehin adı qeyd edilsə də, onun imzası başqa şəxs tərəfindən icra edilmişdir. Qeyd edilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçı tərəf iddia tələbinin əsasını təşkil edən kredit müqaviləsinin qanuniliyini təsdiq edən subutlarını məhkəməyə təqdim etmədiyindən, əksinə cavabdehin izahatı, ekspertiza rəyi ilə həmin müqavilədə cavabdehin əvəzinə başqa şəxsin imza etməsi məlum olduğundan, iddiaçının cavabdehə qarşı həmin kredit müqaviləsindən irəli gələn hazırki iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissəsinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia isə rədd edilməli olduğundan, məhkəmə xərci olan 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən, iddiaçı iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri kimi cəmi 110 (yüz on) manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ41NABZ********************) köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi “X1 Company” MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi “X1 Company” MMC-dən iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 110 (yüz on) manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ41NABZ********************) köçürülsün Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar