Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2058/2023 04.07.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı «pul tələbi» barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021ci il tarixli müqavilə üzrə İmei kodu **********17783 olan SAMSUNG GALAXY A12 markalı telefon üçün 105,8 (bir yüz beş manat səksən qəpik) manat ödənilməmiş hissə, 10,2 (on manat iyirmi qəpik) manat cərimə; xx.xx.2021-ci il tarixli müqavilə üzrə LG LED tv üçün 933,2 (doqquz yüz otuz üç manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 93,8 (doxsan üç manat səksən qəpik) manat cərimə; xx.xx.2021-ci il tarixli müqavilə üzrə İmei kod **********25730 olan SAMSUNG GALAXY A02S markalı telefon üçün 99,8 (doxsan doqquz manat səksən qəpik) manat ödənilməmiş hissə, 9,2 (doqquz manat iyirmi qəpik) manat cərimə; xx.xx.2021-ci il tarixli müqavilə üzrə Mİ TRUE WİRELESS EARBUDS üçün 16,6 (on altı manat altmış qəpik) manat ödənilməmiş hissə, 1,4 (bir manat qırx qəpik) manat cərimə ümumilikdə 1270 manat borc və 32,7 manat ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı ilə bağladığı xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən İmei kodu **********17783 olan SAMSUNG GALAXY A12 markalı telefon, LG LED tv, İmei kod **********25730 olan SAMSUNG GALAXY A02S markalı telefon, Mİ TRUE WİRELESS EARBUDS almış və nəticədə 1270 (bir min iki yüz yetmiş) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 408 (dörd yüz səkkiz) manat (12 ay x 34 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********17783 olan SAMSUNG GALAXY A12 markalı telefon üçün ümumilikdə 116 (bir yüz on altı) manat olmaqla, ondan 105,8 (bir yüz beş manat səksən qəpik) manat ödənilməmiş hissə, 10,2 (on manat iyirmi qəpik) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1200,6 (bir min iki yüz manat altmış qəpik) manat (18 ay x 66,7 manat + 0 manat ilkin ödəniş) olan LG LED tv üçün ümumilikdə 1027 (bir min iyirmi yeddi) manat olmaqla, ondan 933,2 (doqquz yüz otuz üç manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 93,8 (doxsan üç manat səksən qəpik) manat cərimə borcu yaranmışdır. xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 364 (üç yüz altmış dörd) manat (12 ay x 30 manat + 4 manat ilkin ödəniş) İmei kod **********25730 olan SAMSUNG GALAXY A02S markalı telefon üçün ümumilikdə 109 (bir yüz doqquz) manat olmaqla, ondan 99,8 (doxsan doqquz manat səksən qəpik) manat ödənilməmiş hissə, 9,2 (doqquz manat iyirmi qəpik) manat cərimə borcu yaranmışdır. xx.xx.2021-ci -ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 51,6 (əlli bir manat altmış qəpik) manat (24 ay x 57,5 manat + 0 manat ilkin ödəniş) Mİ TRUE WİRELESS EARBUDS üçün üçün ümumilikdə 18 (on səkkiz manat) manat olmaqla, ondan 16,6 (on altı manat altmış qəpik) manat ödənilməmiş hissə, 1,4 (bir manat qırx qəpik) manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 868,8 manat təşkil edir. Məhkəmə, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 22211760 №-li müqavilədən görünür ki, İddiaçı MMC dəyəri 408 manat olan əşyanı (İmei kodu **********17783 olan SAMSUNG GALAXY A12) Cavabdeh 0 manat ilkin ödəniş etməklə qalan məbləği “Ödəniş Cədvəlinə” uyğun olaraq aylıq ödəniş 34 manat olmaqla 12 ay müddətinə ödəmək şərti ilə satmışdır. xx.xx.2021-ci il tarixli, 22431694 №-li müqavilədən görünür ki, İddiaçı MMC dəyəri 1200,6 manat olan əşyanı (LG LED tv) Cavabdeh 0 manat ilkin ödəniş etməklə qalan məbləği “Ödəniş Cədvəlinə” uyğun olaraq aylıq ödəniş 66,7 manat olmaqla 18 ay müddətinə ödəmək şərti ilə satmışdır. xx.xx.2021-ci il tarixli, 23034409 №-li müqavilədən görünür ki, İddiaçı MMC dəyəri 364 manat olan əşyanı (İmei kod **********25730 olan SAMSUNG GALAXY A02S) Cavabdeh 4 manat ilkin ödəniş etməklə qalan məbləği “Ödəniş Cədvəlinə” uyğun olaraq aylıq ödəniş 30 manat olmaqla 12 ay müddətinə ödəmək şərti ilə satmışdır. xx.xx.2021-ci il tarixli, 23034450 №-li müqavilədən görünür ki, İddiaçı MMC dəyəri 51,6 manat olan əşyanı (Mİ TRUE WİRELESS EARBUDS) Cavabdeh 1,5 manat ilkin ödəniş etməklə qalan məbləği “Ödəniş Cədvəlinə” uyğun olaraq aylıq ödəniş 16,7 manat olmaqla 3 ay müddətinə ödəmək şərti ilə satmışdır. Tərəflər arasında bağlanmış müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlində nəzərdə tutulmuşdur ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 % -i həcmində mübahisəsiz olaraq penya ödəyir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Maliyyə və Ödəniş Cədvəlinə əsasən tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə üzrə Cavabdeh cəmi 302,2 manat ödəniş etmiş, onun hal-hazırda 116 manat (105,8 manat əsas borc, 10,2 manat cərimə), xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən cəmi 267,4 manat ödəniş etmiş, onun hal-hazırda 1027 manat (933,2 manat əsas borc, 93,8 manat cərimə), xx.xx.2021-ci il tarixli müqavilə üzrə cəmi 264,2 manat ödəniş etmiş, onun hal-hazırda 109 manat (99,8 manat əsas borc, 9,2 manat cərimə), xx.xx.2021-ci il tarixli müqavilə üzrə cəmi 35 manat ödəniş etmiş, onun hal-hazırda 18 manat (16,6 manat əsas borc, 1,4 manat cərimə) məbləğində ödənilməmiş borcu qalmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcunun olması barədə xəbərdarlıq edilmiş və borcun qısa müddət ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. 448-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq nisyə alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmiş, iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəliyi, yəni ödənişləri vaxtında icra etməmişdir. İddia tələbində göstərilən məbləğdə icra edilməmiş öhdəliyi vardır. Odur ki, iddiaçı müqavilə üzrə yaranmış borcu və hesablanmış cərimə məbləğini tələb etməkdə haqlıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 105,8 manat əsas borc və 10,2 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 933,2 manat əsas borc, 93,8 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 99,8 manat əsas borc, 9,2 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 16,6 manat əsas borc, 1,4 manat cərimə borcu ümumilikdə 1270 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 32,7 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 105,8 manat əsas borc və 10,2 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 933,2 manat əsas borc, 93,8 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 99,8 manat əsas borc, 9,2 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 16,6 manat əsas borc, 1,4 manat cərimə borcu ümumilikdə 1270 (bir min iki yüz yetmiş) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 32,7 (otuz iki manat yetmiş qəpik) manat pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-2058/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2058/2023
04.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver