Məhkəmə qərarları › İş №2(076)-2064/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2064/2023

05.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2064/2023 05.06.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Məhkəmə iclas katibi İbrahimova Türkan Qulu qızının katibliyi, Ərizəçi İddiaçı iştirakları ilə Ərizəçi İddiaçı mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə Şəmkir Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi İddiaçı mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi İddiaçı ərizəsini müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, o Cavabdeh ilə 2010-cu ildə faktiki olaraq ailə qurmuşdur. Cavabdehlə birgə yaşadıqları dövrdə 29 yanvar 2012-ci il təvəllüdlü Hamza və 21 avqust 2014-cü il təvəllüdlü Heydər adlı uşaqları anadan olmuşdur. Onlar cavabdehlə ailə qurduqları ilk vaxtlar ailə münasibətləri normal olmuş, lakin sonradan cavabdehin təqsiri ucbatından ailədə olan normal münasibətləri pozulmuşdur. Cavabdehlə xeyli vaxtır ki, ayrılmışlar və ayrılanda da 29 yanvar 2012-ci il təvəllüdlü Hamza və 21 avqust 2014-cü il təvəllüdlü Heydər adlı uşaqları onun yanında qalmışdır. Hazırda azyaşlı uşaqları ilə birlikdə kirayədə yaşayır. Bildirir ki, 2022-ci ilin oktyabr ayında o uşaqların saxlanılması üçün Cavabdeh aliment alınmasına dair mübahisənin məhkəməyə qədər həlli üçün mediatora müraciət etmiş, mediator tərəfindən isə onlar çağırılmışlar. Mediasiya prosesində onunla Cavabdeh arasında xx.xx.2022-ci il tarixli MŞG/1-05434 nömrəli barışıq sazişi bağlanılmış, həmin barışıq sazişinə əsasən hər ayın 5 dən 10-dək xx.xx.2012-ci ildə anadan olmuş Hamza Cavabdeh və xx.xx.2014-cü ildə anadan olmuş Heydər Cavabdeh saxlanılması üçün Cavabdeh hər ay bir uşaq üçün 200 (iki yüz) manat - iki uşaq üçün cəmi 400 (dörd yüz) manat məbləğində alimenti ona ödəməsi şəklində bağlanılmışdır. Lakin Cavabdeh uşaqların saxlanılması üçün öhdəsinə götürdüyü alimenti hazırkı vaxtdadək heç bir məbləğini ödəməmiş, bir neçə dəfə Cavabdeh alimenti ödəməsini xahiş etsə də lakin sonuncu bəhanələr kətirərək bu günədək aliment ödəməkdən yayınmışdır. Hesab edir ki, onların arasında bağlanmış 17 oktyabr 2022-ci il tarixli MŞG/1-05434 nömrəli barışıq sazişi məhkəmə qaydasında təsdiq edilməlidir. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxs Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Şəmkir rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2014cü il tarixli arayışdan görünür ki, X4 xx.xx.2012-ci ildə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan Şəmkir rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli arayışdan görünür ki, X3 xx.xx.2014-cü ildə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan Mediasiya Şurasının 17 oktyabr 2022-ci il tarixli MŞG/1-05434 saylı barışıq sazişindən görünür ki, Cavabdeh və İddiaçı mediasiya sesiyasında barışıq sazişi bağlayaraq uşaqların anasının himayəsində qalmasına və hər ayın 5-dən 10-dək xx.xx.2012-ci ildə anadan olmuş Hamza Cavabdeh və xx.xx.2014-cü ildə anadan olmuş Heydər Cavabdeh saxlanılması üçün Cavabdeh hər ay bir uşaq üçün 200 (iki yüz) manat - iki uşaq üçün cəmi 400 (dörd yüz) manat məbləğində alimenti X1 ödənilməsi barədə razılığa gəlmişlər. Məhkəmə barışıq sazişinin təsdiq edilməsi barədə ərizəçinin tələbinin əsaslı olduğunu qəbul edir və hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, iş materiallarının tam və hərtərəfli araşdırılması ilə müəyyən olundu ki, İddiaçı Cavabdeh ilə faktiki evlənmişdir. Cavabdehlə birgə yaşadıqları dövrdə 29 yanvar 2012-ci il təvəllüdlü Hamza və 21 avqust 2014-cü il təvəllüdlü Heydər adlı uşaqları anadan olmuşdur. Onlar cavabdehlə ailə qurduqları ilk vaxtlar ailə münasibətləri normal olmuş, lakin sonradan cavabdehin günahına görə ailədə olan normal münasibətləri pozulmuşdur. Cavabdehlə xeyli vaxtır ki, ayrılmışlar və ayrılanda da 29 yanvar 2012-ci il təvəllüdlü Hamza və 21 avqust 2014-cü il təvəllüdlü Heydər adlı uşaqları onun yanında qalmışdır. Ərizəçi aliment tələbi ilə bağlı Mediasiya Şurasına müraciət etmiş və tərəflərin arasında 17 oktyabr 2022-ci il tarixli MŞG/1-05434 saylı barışıq sazişi bağlanmışdır. Celik Nadir “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini pozaraq barışıq sazişinin könüllü icrası üçün müəyyən olunmuş müddət ərzində barışıq sazişini könüllü qaydada icra etmədiyindən ərizəçi məhkəməyə müraciət etməli olmuşdur. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında bağlanmış barışıq sazişi maraqlı şəxs Celik Nadir tərəfindən könüllü qaydada icra edilmədiyinə görə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən məcburi icrası üçün təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinin tələblərinə əsasən məhkəmə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinin tələblərinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2.1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə iş materiallarını, həmçinin barışıq sazişini tam və hərtərəfli nəzərdən keçirərək belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış barışıq sazişi imzalandığı gündən, onun könüllü şəkildə icra edilməsi üçün qanunla müəyyən edilmiş müddət ərzində icra edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Celik Nadir və İddiaçı arasında xx.xx.2012-ci ildə anadan olmuş Hamza Cavabdeh və xx.xx.2014-cü ildə anadan olmuş Heydər Cavabdeh yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ayın 5-dən 10-dək İddiaçı 200 (iki yüz) manat olmaqla cəmi 400 (dörd yüz) manat məbləğində aliment ödənilməsinə dair barışıq sazişi məcburi icra ediməsi üçün təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Cavabdeh və İddiaçı arasında mediasiya prosesi nəticəsində 17 oktyabr 2022-ci il tarixli MŞG/1-05434 saylı bağlanmış Celik Nadirdən xx.xx.2012-ci ildə anadan olmuş Hamza Cavabdeh və xx.xx.2014-cü ildə anadan olmuş Heydər Cavabdeh yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ayın 5-dən 10-dək 200 (iki yüz) manat olmaqla cəmi 400 (dörd yüz) manat məbləğində alimentin alınaraq İddiaçı ödənilməsinə dair barışıq sazişi təsdiq edilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdeh Celik Nadirdən alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar