Məhkəmə qərarları › İş №2(076)-2079/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2079/2023

12.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2079/2023 12.07.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Şəmkir Rayon Məhkəməsinin hakimi Musayev Taleh Valeh oğlu, iddiaçı "xxxx" ASC–nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 899,54 manat məbləğində pulun və 30,40 manat ödənilmiş dövlət rüsumunun alınması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023–cü il tarixdə Cavabdeh1 məxsus olan, Cavabdeh2 idarə etdiyi "xxxx" ASC–də icbari sığorta qaydasında sığortalanmış “VAZ 21074” markalı 99–ZU–277 dövlət qeydiyyat nişanlı avtomaşınla X1 idarə etdiyi “Opel Astra” markalı 77–EJ– 189 dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşaraq yol–nəqliyyat hadisəsi törətmiş, nəticədə sonuncu avtomaşını zədələmişdir. Aparılmış araşdırma zamanı Cavabdeh2 qeyd olunan yol–nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmiş və barəsində Azərbaycan Respublikası İXM– nin 327.2 və 327.6–cı maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunaraq, həmin maddələrlə inzibati məsuliyyətə cəlb edilmişdir. Hadisə baş verdikdən sonra “Opel Astra” markalı 77–EJ–189 dövlət qeydiyyat nişanlı avtomaşının zədələnməsi ilə bağlı şirkət tərəfindən "xxxx" ASC–yə 899,54 manat sığorta ödənişi ödənilmişdir. Bu səbəbdən də hazırda həmin məbləğ cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Cavabdehlərə dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, iddiaçı şirkətə vurulmuş ziyanı aradan qaldırmamışdır. Ona görə də iddiaçı şirkət hazırki iddianı qaldırmağa məcbur olmuşdur. Odur ki, iddianın təmin olunaraq, cavabdehlərdən 899,54 manat sığorta ödənişinin və 30,40 manat dövlət rüsumunun alınıb iddiaçı şirkətə verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284– 1–ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284–5.1–ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2023–cü il tarixdə məhkəməyə daxil olmuş və məhkəmə cavabdehə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284–5.2–ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Belə ki, işdə olan icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, “VAZ 21074” markalı 99–ZU–277 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022–ci ildən xx.xx.2023–cü ilədək "xxxx" ASC–də sığortalanmışdır. İşdə olan xx.xx.2023–cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası İXM–nin 327.2 və 327.6–cı maddələri ilə təqsirli bilinib 100 manat məbləğində inzibati cərimə edilmişdir. İşdə olan xx.xx.2023–cü il tarixli ekspert rəyindən görünür ki, “Opel Astra” markalı 77–EJ–189 dövlət qeydiyyat nişanlı avtomaşına 820 manat ziyan dəymişdir. İşdə olan və cavabdehlərə ünvanlanmış xx.xx.2023–cü il tarixli məktubdan görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" ASC–yə 899,54 manat sığorta ödənişi ödənilmişdir. İş materiallarında olan göndərilmiş məktubların siyahısından görünür ki, cavabdehlərə məhkəmə bildirişi göndərilmiş, cavabdehlər xx.xx.2023– cü il tarixdə xəbərnaməyə imza etməklə bildirişi almış, lakin həmin tarixdən 10 (on) iş günündən artıq müddət keçməsinə baxmayaraq, cavabdehlər iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə, cavabdehlərə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284–5.3–cü və 284–6.1–ci maddələrinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədlərin tədqiqi nəticəsinə əsaslanaraq hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77–ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4–cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edilimişdir ki, xx.xx.2023– cü il tarixdə Cavabdeh1 məxsus olan, Cavabdeh2 idarə etdiyi "xxxx" ASC– də icbari sığorta qaydasında sığortalanmış “VAZ 21074” markalı 99–ZU– 277 dövlət qeydiyyat nişanlı avtomaşınla X1 idarə etdiyi “Opel Astra” markalı 77–EJ–189 dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşaraq yol– nəqliyyat hadisəsi törətmiş, nəticədə sonuncu avtomaşını zədələmişdir. Aparılmış araşdırma zamanı Cavabdeh2 qeyd olunan yol–nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmiş və barəsində Azərbaycan Respublikası İXM–nin 327.2 və 327.6–cı maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunaraq, həmin maddələrlə inzibati məsuliyyətə cəlb edilmişdir. Hadisə baş verdikdən sonra “Opel Astra” markalı 77–EJ– 189 dövlət qeydiyyat nişanlı avtomaşının zədələnməsi ilə bağlı şirkət tərəfindən "xxxx" ASC–yə 899,54 manat sığorta ödənişi ödənilmişdir. İnzibati tənbeh vermə haqqında müvafiq qərarla Cavabdeh2 təqsiri sübuta yetirilmişdir. Azərbaycan Respublikası MM–nin 21.1–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2–ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Azərbaycan Respublikası MM–nin 1096.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2–ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası MM–nin 1108.1–ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Beləliklə məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehlərdən 899,54 manat məbləğində pul alınıb iddiaçıya ödənilməlidir. Ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1–ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM–in 216–220 və 222–ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 899,54 (səkkiz yüz doxsan doqquz manat əlli dörd qəpik) manat məbləğində pul müştərək qaydada alınıb iddiaçı "xxxx" ASC–yə verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 30,40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu müştərək qaydada alınıb iddiaçı "xxxx" ASC–yə verilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar