Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2110/2023 07.11.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X11 Məmmədovanın sədrliyi, Vəlizadə Rövşən Nazim oğlunun katibliyi ilə, İddiaçı və onun nümayəndəsi (vəkil) X5, Cavabdeh və onun nümayəndəsi (vəkili) X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 (beş min) manat məbləğində borc pulun və 70 (yetmiş) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ondan 05 aprel 2023-cü ildə ümumi dəyəri 25440 (iyirmi beş min dörd yüz qırx) manat olan 13 baş iribuynuzlu heyvan almışdır. Həmin pulun 5440 (beş min dörd yüz qırx) manat hissəsini dərhal ödəmiş qalan pulu isə hissəhissə ödəməyi öhdəsinə götürmüşdür. Bundan sonra cavabdeh borcundan bir dəfə 10000 (on min) manat, bir dəfə 5000 (beş min) manat olaraq ödəniş etmiş, qalan 5000 (beş min) manat hissəsini isə ödəməkdən yayınmışdır. Dəfələrlə tələb etməyinə baxmayaraq cavabdeh ona olan borcunu qaytarmır və guya ödədiyini iddia edir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh məhkəməyə etiraz ərizəsi ünvanlayaraq etirazında bildirmişdir ki, İddiaçı Aylar oğlu ilə onun arasında heç bir alış veriş məsələsi olmamışdır. Onun həmin şəxsin oğlu ilə arasında heyvan alveri olmuşdur. Və aralarında olan haqq hesab bitmişdir. Belə ki, o Fərhadın oğlu Niyaməddindən heyvan almışdır. İddiaçının iddia etdiyi pulun 10440 manatını heyvanları alan gün öz həyətində şahidlər ilə birgə təqdim etmişdir. Hətta Niyaməddin ondan pulu istəmirdi ki, lazım olduqca həmin pulu ondan alacaq. Lakin özü israrla həmin pulu Niyaməddinə vermişdir. Sonra 5000 manatı Rəşad adlı şəxslə birgə təqdim etmiş, bir müddət sonra isə 5000 manatı yenidən Elvin adlı şəxslə birgə təqdim etmişdir. Sonuncu 5000 manatı isə şəxsən özü təqdim etmişdir. Bunula bağlı onun Niyaməddin və hazırki iddiaçı ilə arasında Polis bölməsində də mübahisə olmuşdur. Və həmin pulların Niyaməddinə qaytarmağı sübut olundu. Bu barədə Kür polis bölməsində də material var. Həmin materialda da onun Niyamdədinə borcu olmadığı öz əksini tapmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi (vəkil) X8 məhkəmə iclasında çıxış edərək bildirdi ki, İddiaçı ilə Cavabdeh almış olduğu 13 baş iribuynuzlu heyvanların cəmi dəyəri 25.440 manata razılaşmışlar. Cavabdeh həmin heyvanların pulundan müxtəlif vaxtlarda 10.000, 5440 və 5000 manatını verdi. Cavabdeh qalan 5000 (beş min) manatını isə qaytarmamışdır. Bu barədə İddiaçı Şəmkir Rayon Polis Şöbəsinə müraciət etmişdir. Cavabdeh Şəmkir RPŞ-yə dəvət edilmiş, cavabdeh Şəmkir Rayon Kür PB-də verdiyi izahatında göstərmişdir ki, İddiaçı 13 baş iribuynuzlu heyvanları şifahi alqı-satqı əsasında 25440 manata aldığını, ondan 5440 manatını heyvanları aldığı günü, daha sonra borcundan 10.000 manatını daha sonra isə 5000 manatını verdiyini bildirmiş, qalan 5000 manatını isə 1 həftə əvvəl Fərhadın adını bilmədiyi nəvəsinə verdiyini bildirmişdir. Halbuki Süleyman qalıq qalmış 5000 manatı nə Fərhadın nəvəsinə nədəki özünə verməmişdir. Ona görə də Cavabdeh şifaihi alqı satqı zamanı qalıq qalmış 5000 manat pulun alınaraq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədi və bildirdi ki, o, Fərhadı ümumiyyətlə tanımır, heyvan alverini Fərhadın oğlu Niyaməddinlə etmişdir. Onlardan 13 baş iribuynuzlu mal alıb. O, həmin heyvanları alarkən 10000 (on min) manatını dərhal vermiş, sonradan qalıq borcundan 5440 (beş min) manatını bir dəfə vermiş, 5000 (beş min) manatını da bir dəfə vermişdir. Bundan sonra qalan borcundan 5000 (beş min) manatını isə qardaşı oğlu Elvindən göndərmişdir. Elvin isə həmin pulu Fərhadın oğluna verdiyini bildirmişdir. Ümumiyyətlə, o pulun hamısnı birlikdə vermək istəmişdir, lakin iddiaçı buyna razı olmaməşdır. Çünki o illərdir heyvan alveri edir, heç baxt nisyə mal almır. Hazırda onun iddiaçıya borcu qalmamışdır. Ona görə də iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili X4 iddianı qəbul etmədi və bildirdi ki, düzdür, şahid ifadələri ziddiyətli olsa da, əslində həqiqətən də cavabdehin iddiaçıya borcu qalmamışdır. Ona görə də iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin ərizəsi əsasında dindirilmiş şahid X2 məhkəmə iclasında çıxış edərək bildirdi ki, əmisi Süleymanla maşında birlikdə Fərhada pul verməyə gedirdilər. Maşında onlardan başqa Zaur da var idi. Lakin pulu Fərhada deyil, deyəsən oğlu idi ona verdilər. Əmisi arxada oturmuşdur, yaxınlaşanda əmisi arxadan 5 min manatı ona verdi, o da maşının pəncərəsini açıb Fərhadın oğluna verdi pulu. Onların arasında daha nə qədər pul haqq-hesabı var onu bilmir. Məhkəmə iclasında cavabdehin ərizəsi əsasında dindirilmiş şahid X3 məhkəmə iclasında çıxış edərək bildirdi ki, Süleymanla maşında birlikdə Fərhada pul verməyə gedirdilər. Maşında onlardan başqa Süleymanın qardaşı oğlu Elvin də var idi. 5000 (beş min) manat pulu onun yanında Fərhadın oğluna Süleyman özü verdi. Onun yanında pul bir dəfə verilib və o pulun nə pul olduğunu bilmir. Fərhadla Süleymanın arasında daha nə qədər pul haqq-hesabı var onu bilmir. Məhkəmə iclasında cavabdehin ərizəsi əsasında dindirilmiş şahid X9 məhkəmə iclasında çıxış edərək bildirdi ki, Süleyman Fərhaddan 13 baş iribuynuzlu heyvanlar almışdır. Həmin heyvanların pulunun 10.000 (on min) manatını alqı-satqı zamanı vermiş, 5440 (beş min dörd yüz qırx) manatını isə sonradan vermişdir. Süleymanın Fərhada nə qədər borcu qaldığından xəbəri yoxdur. Məhkəmə iddiaçının, cavabdehin və şahidlərin izahatlarını dinləyərək, mülki işin digər materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş Şəmkir rayon polis şöbəsinin Kür polis bölməsinin PB-nin polis sahə rəisi polis leytenantı Elsevər İbrahimov tərəfindən xx.xx.2023-cü il tarixdə izahatı alınmış Cavabdeh izahatından bildirmişdir ki, barəsində şikayət edən İddiaçıı əvvəllər tanımışdır. Özü heyvan alveri ilə məşğuldur, Fərhadla 6 il olar ki, heyvan alveri edirlər. 1 ay əvvəl Fərhaddan 13 baş iri buynuzlu heyvanlar almışdır. Həmin heyvanların pulu 25440 manat etdi. Həmin puldan 5440 manatını heyvanları alan günü Fərhada verdi, daha sonra borcundan 10000 manat pulu Fərhadın oğlu Niyaməddinə vermişdir. Daha sonra borcundan yenə 5000 manatı Fərhadın oğlu Niyaməddinə vermiş, 1 həftə əvvəl isə qalan 5000 manat borcunu isə Fərhadın adını bilmədiyi nəvəsinə vermişdir. Sonradan xəbər tutmuşdur ki, Fərhad ondan şikayət edərərk guya onun 5000 manat borcu olduğunu bildirib. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında 25440 manat dəyərində 13 baş iribuynuzlu heyvanların nisyə alqı-satqısı barədə razılaşma olmuşdur. Cavabdeh şifahi razılaşma ilə nisyə alqı-satqı əsasında almış olduğu 25440 manat dəyərində olan, 13 baş iribuynuzlu heyvanların pulundan iddiaçıya 10.000 manat ilkin ödəniş etmiş, daha sonra iddiaçıya hissə-hissə 5440 manat bir və 5000 manat da bir qaytarmışdır. Sonuncu 5000 manat borcunun olmasını isə həm şahidlərin, həm də özünün ziddiyətli ifadələri ilə (etiraz ərizəsində özü şəxsən təqdim etdiyini, Polisdə verdiyi ifadəsində Fərhadın adını bilmədiyi nəvəsinə vermiş olduğunu) bildirsə də, sonda sübutetmə yükü onun üzərində olduğundan bunu sübut edə bilməmişdir. Odur ki, iddiaçı cavabdehdən pulunu tələb etməkdə haqlıdır. Məhkəmə iddianın hüquqi əsası ilə bağlı qeyd edir ki, tərəflər arasında yaranmış münasibətlər malın nisyə alqı-satqısı ilə bağlı olduğundan həmin münasibətlərə mülki qanunvericiliyin nisyə alqı-satqı münasibətlərini və öhdəliyin icrası ilə bağlı münasibətləri tənzimləyən normaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmənin iş üzrə gəldiyi yekun nəticə ondan ibarətdir ki, iddia təmin edilməli, Cavabdeh 5000 manat pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə, həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən ödənilmiş 70 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216–220 və 233, 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 5000 (beş min) manat və 70 (yetmiş) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №2(076)-2110/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2110/2023
07.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver