Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2114/2024 14.08.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X4 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi İddiaçı: "xxxx" X5 Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" X5 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" X5 Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehdən 28 noyabr 2022–ci il tarixli 6355nkSMKRb/22 saylı kredit müqaviləsi üzrə 6.333,23 manat məbləğində pulun və ödənilmiş 87,18 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı bank tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış 28 noyabr 2022–ci il tarixli 6355nkSMKRb/22 saylı kredit müqaviləsinə əsasən cavabdehə xx.xx.2027–ci il tarixədək illik 29,3 % ödəmək şərtilə 4.700 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 1.1–ci bəndinə görə bank krediti müştərinin mülkiyyətinə verməyi, müştəri isə kreditdən təyinatına uyğun istifadə etməyi və faziləri ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. Həmin kredit müqaviləsi üzrə kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edilərək, cavabdehdən 300 manat əsas kredit borcu, 74,02 manat faiz borcu, 7,35 manat cərimə borcu olmaqla, cəmi 384,37 manat məbləğində pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınması xahiş edilmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023– cü il tarixli, 2(076)–3757/2023 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Maliyyə arayışında qeyd edilmiş cəmi 6.717,60 manat borcdan məhkəmə qətnaməsi ilə 384,37 manat borcun alınması qət edilmiş, bu səbəbdən cavabdehin ödənilməmiş 6.333,23 manat borcu qalmışdır. Odur ki, cavabdehdən 28 noyabr 2022–ci il tarixli 6355nkSMKRb/22 saylı kredit müqaviləsi üzrə 6.333,23 manat məbləğində pulun və ödənilmiş 87,18 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" X5 Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” əlavə ərizə təqdim edərək, cavabdehdən 28 noyabr 2022–ci il tarixli 6355nkSMKRb/22 saylı kredit müqaviləsi üzrə 4.400 manat əsas kredit borcu, 1.767,7 manat faiz borcu, 168,53 manat cərimə borcu olmaqla, cəmi 6.333,23 manat məbləğində pulun və ödənilmiş 87,18 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" X5 Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 məhkəmə iclası zamanı iddianı müdafiə edərək izahatında göstərdi ki, təmsil etdiyi bankla cavabdeh arasında bağlanmış 28 noyabr 2022–ci il tarixli 6355nkSMKRb/22 saylı kredit müqaviləsinə əsasən cavabdehə xx.xx.2027–ci il tarixədək illik 29,3 % ödəmək şərtilə 4.700 manat məbləğində kredit verilmişdir. Cavabdeh əsas məbləği və onun faizlərini ödəməyi öhdəsinə götürmüş, lakin müqaviləyə əsasən üzərinə düşən öhdəliyi lazımınca icra etməyərək müqavilənin şərtlərini pozmuşdur. Bu səbəbdən həmin kredit müqaviləsi üzrə kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edilərək, cavabdehdən 300 manat əsas kredit borcu, 74,02 manat faiz borcu, 7,35 manat cərimə borcu olmaqla, cəmi 384,37 manat məbləğində pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınması xahiş edilmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023–cü il tarixli, 2(076)– 3757/2023 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Maliyyə arayışında qeyd edilmiş cəmi 6.717,60 manat borcdan məhkəmə qətnaməsi ilə 384,37 manat borcun alınması qət edilmiş, bu səbəbdən cavabdehin ödənilməmiş 6.333,23 manat borcu qalmışdır. Belə ki, onların texniki səhvinə görə əvvəl məhkəməyə müraciət edərkən səhvən başqa maliyyə arayışı təqdim etmiş, həmin arayış üzrə də iddia ərizəsi vermişdir. Hazırda isə əvvəl qəbul edilmiş qətnamə üzrə cavabdehdən tutulması qət edilmiş məbləğ mövcud borcdan çıxılmış və cavabdehin 4.400 manat əsas kredit borcu, 1.767,7 manat faiz borcu, 168,53 manat cərimə borcu olmaqla, cəmi 6.333,23 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcunu ödəməkdən yayınmışdır. Odur ki, cavabdehdən 28 noyabr 2022–ci il tarixli 6355nkSMKRb/22 saylı kredit müqaviləsi üzrə 4.400 manat əsas kredit borcu, 1.767,7 manat faiz borcu, 168,53 manat cərimə borcu olmaqla, cəmi 6.333,23 manat məbləğində pulun və ödənilmiş 87,18 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir.. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM–in 147–ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. İş materialları ilə müəyyən edilir ki, cavabdehin məlum olan axırıncı yaşayış yeri ünvan 1 ünvanı olmuş, məhkəmə bildirişləri cavabdehə çatdırılması üçün Şəmkir şəhər İƏD üzrə nümayəndəliyə və Şəmkir şəhər 3 nömrəli Mənzil İstismar Sahəsinə xəbərnaməli poçt vasitəsilə göndərilmiş, nümayəndəliyin əməkdaşı xx.xx.2024–cü il tarixdə və xx.xx.2024–cü il tarixdə, Mənzil İstismar Sahəsinin əməkdaşı xx.xx.2024–cü il tarixdə xəbərnamələrə imza etməklə bildirişləri qəbul etmişdir. Ona görə də məhkəmə, Azərbaycan Respublikası MPM–in 147–ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 28 noyabr 2022–ci il tarixli ərizə–anket və imza nümunəsindən, həmçinin ona əlavə edilmiş sms mətnindən görünür ki, cavabdehə xx.xx.2022–ci il tarixdən xx.xx.2027–ci il tarixədək illik 29,3 % ödəmək şərtilə 4.700 manat məbləğində kredit xətti açılmışdır. İşdə olan cavabdehə ünvanlanmış bildiriş məktubundan görünür ki, cavabdehin banka olan borcu xatırladılaraq, ondan borclu olduğu məbləği qaytarmaq tələb olunmuşdur. İşdə olan maliyyə arayışından görünür ki, xx.xx.2024–cü il tarixədək cavabdehin 4.700 manat əsas kredit borcu, 1.841,72 manat faiz borcu, 175,88 manat cərimə borcu olmaqla, cəmi 6.717,60 manat məbləğində borcu yaranmışdır. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023–cü il tarixli, 2(076)– 3757/2023 saylı qətnaməsindən görünür ki, Cavabdeh 28 noyabr 2022–ci il tarixli kredit müqaviləsi üzrə 300 manat əsas kredit borcu, 74,02 manat faiz borcu, 7,35 manat cərimə borcu, 3 manat komisyon haqqı olmaqla, cəmi 384,37 manat məbləğində pulun, 0,40 manat xidmət haqqının və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınıb alınıb "xxxx" X5 Səhmdar Cəmiyyətinə verilməsi qət edilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış 28 noyabr 2022–ci il tarixli 6355nkSMKRb/22 saylı kredit müqaviləsinə əsasən cavabdehə xx.xx.2027–ci il tarixədək illik 29,3 % ödəmək şərtilə 4.700 manat məbləğində kredit verilmişdir. Cavabdeh 28 noyabr 2022–ci il tarixdə ərizə–anket imzalamaqla "xxxx" KB ASC– nin rəsmi səhifəsində yerləşdirilmiş 28 dekabr 2021–ci il tarixli ümumi oferta ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq etmişdir. Lakin borclu müqavilənin öhdəliklərini yerinə yetirməmiş, nəticədə onun ödənilməmiş borcu qalmışdır. Bundan sonra iddiaçı tərəfindən həmin kredit müqaviləsi üzrə kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edilərək, cavabdehdən 300 manat əsas kredit borcu, 74,02 manat faiz borcu, 7,35 manat cərimə borcu olmaqla, cəmi 384,37 manat məbləğində pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınması xahiş edilmiş, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023–cü il tarixli, 2(076)–3757/2023 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Maliyyə arayışında qeyd edilmiş cəmi 6.717,60 manat borcdan məhkəmə qətnaməsi ilə 384,37 manat borcun alınması qət edilmiş, bu səbəbdən cavabdehin ödənilməmiş cəmi 6.333,23 manat borcu qalmışdır. Belə ki, əvvəl qəbul edilmiş qətnamə üzrə cavabdehdən tutulması qət edilmiş məbləğ mövcud borcdan çıxılmış və cavabdehin 4.400 manat əsas kredit borcu, 1.767,7 manat faiz borcu, 168,53 manat cərimə borcu olmaqla, cəmi 6.333,23 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Azərbaycan Respublikası MM–nin 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə, bir tərəf (borcverən) pul vəsaitini və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2–ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 740.1–ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qaydada nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Həmin Məcəllənin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı bank qarşısında mülki məsuliyyət daşıyır. Odur ki, məhkəmə hesab edir ki, 28 noyabr 2022–ci il tarixli 6355nkSMKRb/22 saylı kredit müqaviləsinə əsasən Cavabdeh əsas kredit borcu üzrə 4.400 manat, faiz borcu üzrə 1.767,7 manat, cərimə borcu üzrə 168,53 manat olmaqla, cəmi 6.333,23 manat məbləğində pul və 87,18 manat ödənilmiş dövlət rüsumu alınıb iddiaçı "xxxx" X5 Səhmdar Cəmiyyətinə verilməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. 28 noyabr 2022–ci il tarixli 6355nkSMKRb/22 saylı kredit müqaviləsinə əsasən Cavabdeh əsas kredit borcu üzrə 4.400 manat, faiz borcu üzrə 1.767,7 manat, cərimə borcu üzrə 168,53 manat olmaqla, cəmi 6.333,23 (altı min üç yüz otuz üç manat iyirmi üç qəpik) manat məbləğində pul alınıb "xxxx" X5 Səhmdar Cəmiyyətinə verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh 87,18 (səksən yeddi manat on səkkiz qəpik) manat pul alınıb iddiaçı "xxxx" X5 Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X6
Məhkəmə qərarları › İş №2(076)-2114/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2114/2024
14.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver