Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2119/2024 18.07.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması və uşağın müalicəsi üçün əlavə xərclərə cəlb edilmə” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24 sentyabr 2012-ci il təvəllüdlü Fərid adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəmkir Rayon Məhkəməsinin 26 avqust 2022-ci il tarixli, 2(076)-2253/2022 saylı qətnaməsi ilə hər ay bir uşaq müəyyən edilmiş 180 (bir yüz səksən) manat sabit pul məbləğində alimentin məbləği artırılaraq hər ay bir uşağa görə 235 (iki yüz otuz beş) manat məbləğində alimentin, Fərid adlı uşağın müalicəsi üçün hər ay 200 (iki yüz) manat vəsaitin və mediasiya xərci olaraq ödədiyi 55 (əlli beş) manat pulun Cavabdeh tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə birgə nikahlarından 24 sentyabr 2012-ci il təvəllüdlü X5 adlı uşaqları doğulmuşdur. Cavabdehlə aralarında baş verən narazılıqlara görə ayrılmışlar. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh hər ay bir uşağa görə 180 manat sabit pul məbləğində aliment müəyyən edilmişdir. Hazırda həmin aliment pulu ilə uşağın maddi ehtiyaclarını ödəyə bilmir. Fərid adlı uşağı böyüdükcə maddi tələbatları artır, orta məktəbdə təhsil alır, getdikcə xərcləri çoxalır. Həmçinin azyaşlı övladı Fərid dişlərin anomaliyasından və uzun müddətdir qan azlığı xəstəliyindən əziyyət çəkir. Şəmkir rayon X2 kabinetində həkim stomatoloqun müayinəsindən keçirtmişdir və hazırda dişlərinın müalicəsi üçün 1600 manat xərc tələb olunur. Azyaşlı övladı daim həkim müayinə və müalicələrində olur. O özü onkoloji xəstəlikdən əziyyət çəkir. Xəstəliyi ilə bağlı işləyə bilmir. O hər dəfə uşağın bütün xərcləri valideynlərinin köməkliyi ilə tək özü qarşılayır. Maddi imkansızlıq ucbatından uşağı tam həkim müayinəsindən keçirib, müalicə etdirə bilmir. Yalnız bəzi dərmanlarını alıb müalicə etdirir, lakin onun da heç bir köməyi olmur. Cavabdeh ona heç bir köməklik göstərmir. Azyaşlı uşağı isə daim müalicə olunmalıdır. Hətta məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği yetkinlik yaşına çatmamış uşağın maddi cəhətdən saxlanmasında kifayət etmir. Özü hazırda heç yerdə işləmir. Cavabdeh isə fərdi əməklə məşğul olur və aylıq qazanca malikdir. Yetkinlik yaşına çatmamış uşağı böyüyür və xərcləri olduqca çoxalmışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən 24 sentyabr 2012-ci il təvəllüdlü Fərid adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəmkir Rayon Məhkəməsinin 26 avqust 2022-ci il tarixli, 2(076)-2253/2022 saylı qətnaməsi ilə hər ay bir uşaq müəyyən edilmiş 180 (bir yüz səksən) manat sabit pul məbləğində alimentin məbləği artırılaraq hər ay bir uşağa görə 235 (iki yüz otuz beş) manat məbləğində alimentin, Fərid adlı uşağın müalicəsi üçün hər ay 200 (iki yüz) manat vəsaitin və mediasiya xərci olaraq ödədiyi 55 (əlli beş) manat pulun Cavabdeh tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsinə etiraz edərək, bildirdi ki, birgə nikahdan doğulmuş Fərid adlı uşağın saxlanılması üçün hazırda hər ay 180 manat aliment ödəyir. Qeyd edilən alimenti çətinliklə ödəyir, həminmalimentin artırılaraq hər ay 200 manat aliment müəyyən edilməsinə etirazı yoxdur. Hər ay 200 manat aliment ödəyə bilər. Uşağın müalicəsi ilə bağlı qeyd edir ki, hazırda uşağın xəstəliyi ilə bağlı mütəmadi müalicəyə ehtiyac olduğundan məlumatı yoxdur. Qeyd edilənlərə əsasən iddianın qismən təmin edilməsinə etiraz etmədiyin bildirmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, MŞG/MT/0033-2024- 00190 saylı ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, Cavabdeh və İddiaçı xx.xx.2024-cü il tarixə saat 10:00-da keçirilmiş mediasiya sesiyasında iştirak etmişlər. Lakin Cavabdeh mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir. İddiaçı mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 1127 nömrəli Şəmkir rayon qeydiyyat şöbəsi tərəfindən verilən arayışdan görünür ki, X5 24 sentyabr 2012-ci ildə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçı qeyd olunmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 1431 nömrəli Şəmkir rayon qeydiyyat şöbəsi tərəfindən verilən arayışdan görünür ki, Cavabdeh ilə İddiaçı nikahı 19.06.212-ci il tarixdə 224 nömrəli akt qeydi ilə tərtib olunmuşdur. Nikahın bağlananan sonra ərə “Rüstəmov”, arvada “Verdiyeva” soyadı verilmişdir. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 2(076)-2253/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2012-ci ildə anadan olmuş Fərid adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Şəmkir Rayon Məhkəməsinin 2(076)- 4757/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləği həddində müəyyən edilməsi və Cavabdeh alınıb İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan reseptdən, qəbzdən və xx.xx.2024-cü il tarixli 18-1-73/3- 255/2024 nömrəli “Şəmkir rayon mərkəzi xəstəxanası“ tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X4 dişləmə anomaliyası diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Qeyd edilən Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən olunmuşdur. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə qeyd edir ki, sonuncu məhkəmə qətnaməsi ilə aliment müəyyən edildiyi vaxtdan bugünə kimi yalnız uşaq üçün müəyyən edilmiş yaşayış minimumunun məbləği dəyişmişdir. Belə ki, Azərbaycan Respublikasında 2024-cü il üçün uşaqlar üçün yaşayış minimumu 235 manat müəyyən edilmişdir. Tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, sonuncu məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, hər ay bir uşaq üçün 200 manat sabit pul məbləğində müəyyən edilməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlanmalıdır. Məhkəmə “Fərid adlı uşağın müalicəsi üçün hər ay 200 (iki yüz) manat vəsaitin” tələbinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin maddəyə əsasən valideyn alimentdən əlavə, uşağın saxlanılması üçün yaranan əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Lakin bunun üçün əsas olan hallar məhkəmə tərəfindən müəyyən olunmalıdır. Maddənin dispozisiyasında belə müstəsna halların bir qismi sadalanmışdır: uşağın ağır xəstəliyi, şikəstliyi, uşağa kənar xidmətin göstərilməsi zəruriliyi. Lakin eyni zamanda qanunla digər hallarda da, valideynin əlavə xərclərin ödənilməsinə cəlb edilməsi imkanı müəyyən olunmuşdur. Lakin həmin tələbin təmini üçün uşağın xəstə olması, xəstəliyi ilə əlaqədar əlavə xərclərin yaranması və Ailə Məcəlləsinin 81.3-cü maddəsinə uyğun gələcək üçün də bu tələb irəli sürüldüyü halda, xərclərin gələcəkdə də çəkilməsinin zəruriliyi sübut olunmalıdır. Lakin iddiaçı tərəfidnən həmin sübutlar təqdim edilməmişdir. Qeyd olunanlara əsasən “Fərid adlı uşağın müalicəsi üçün hər ay 200 (iki yüz) manat vəsaitin “ tələbi ilə bağlı hissəsində iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd edilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının AM-nin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən deyil, hazırki məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Bundan başqa, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. Dövlət rüsumu haqqında Qanunun 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində rüsum ödənilir. Dövlət rüsumu haqqında Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Göstərilən qanunverilik normalarına əsasən məhkəmə hesab edir ki, mediasiya sessiyasında 50 manat xərc iddiaçı tərəfindən ödənildiyindən məhkəmə xərcinə daxil olan ilkin mediasiya sessiyasında çəkilən 25 manat xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin 2(076)-2253/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş, xx.xx.2012-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay bir uşağa görə 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh ödənilmiş mediasiya xərcinin əvəzi kimi 25 (iyirmi beş) manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-2119/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2119/2024
18.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver